İNNA LİSNYANSKAYA
(24.06.1928 – BAKI – 12.03.2014, İsrail)
TANRI, APAR MƏNİ ONUN YERİNƏ…
«Возьми меня, Господи, вместо него…»
Tanrı, apar məni onun yerinə,
Onasa rəhm elə, onasa dəymə.
Həyatda vecsizin mən ki biriyəm,
Yolla, məsləhətsə, lap cəhənnəmə.
Rəhm elə, yaşasın hələ dünyada,
Çalışsın, axtarsn uğur qazancı.
Razıyam əriyim qır tiyanında,
Tabutu başında yanmayım ancaq.
Tanrı, gözüyaşlı yalvarıram mən.
Rəhm elə, damarda qanımı dondur.
Günahıma görə apar – axı bilirsən,
Səndən daha artıq sevdiyim odur.
1978
Ruscadan tərcümə
11-12.06 – 2017
Samara