MƏHƏMMƏDİN ONUNCU ARVADI. YƏHUDİ XƏZİNƏSİ, TƏRTƏRSAYAĞI İŞGƏNCƏLƏR, QUL ALIŞ-VERİŞİ…

Məhəmmədin onuncu arvadı Səfiyyə bint Huyay Banu Nadir tayfasından olan yəhudi idi/ Xeybər döyüşündən sonra dul qalmış, erkən müsəlmanlar tərəfindən ələ keçirilmiş, nəticədə Məhəmmədin onuncu arvadı olmuşdur.

Səfiyyə Mədinədə anadan olub, yəhudi qəbiləsi Banun Nadirin rəhbəri Huvayy ibn Axtabın qızıdır. Ana babası Samaual ibn Adiya islama qədərki dövrün məşhur yəhudi ərəb şairi idi. Müxtəlif mənbələr, o cümlədən İslam Ensiklopediyası onun Sallam ibn Mishkama ərə getdiyini, sonralar boşandığını deyir.

Banu Nadir tayfası 625-ci ildə Məkkədən qovulanda onun ailəsi Mədinənin 125 kilometrliyində olan Xeybər vadisində yurdd salır. Atası və qardaşı Xəndək döyüşü zamanı Məhəmmədi mühasirəyə alan məkkəlilərə və bədəvilərə qoşulurlar. Məkkəlilər çəkiləndə Məhəmməd Banu Qurayzanı mühasirəyə alır. 627-ci ildə Banu Qurayzanın məğlubiyyətindən sonra Səfiyyənin atası, Məhəmmədin çoxdankı opponenti Huvay ibn Axtab müsəlmanlar tərəfindən edam edilir.

627-ci ildə ya 628-ci ilin əvvəlində Səfiyyə Banu Nadirin xəzinədarı olan Kənana ibn Rabiyə ərə gedir. O vaxt 17 yaşında olub. Müsəlman mənbələri iddia edirlər ki, Səfiyyyə Kenanaya yuxusunu danışır. Guya yuxusunds görür ki, göydən ay qopub onun qucağına düşdü. Kenana bun arvadının Məhəmmədə (17 yaşlı gəlinin 57 yaşlı kişiyə! – X.X.) ərə getmək istəməsi kimi yozur və üzünə elə şillə vurur ki, yeri Səfiyyə ilk dəfə Məhəmmədlə görüşənəcən qalırmış…

(“Tarixi şillə” buna deyirlər…)

628-ci ilin mayında Məhəmməd Xeybərə girir və müxtəlif yəhudi qəbilələri məğub edilərək təslim olurlar. Bəzi qəbilələrə illik məhsullarının yarısını müsəlmanlara vermək şərti ilə şəhərdə qalmağa icazə verilir.Torpaq özü müsəlman dövlətinin mülkiyyəti olur. Bu saziş Banu Nadirə  aid edilmir və bu qəbiləyə aman verilmir.

Banu Nadir xəzinəsinin qoruyucusu, Səfiyyənin o vaxtkı əri Kənana ibn əl Rabi Məhəmmədin yanına çağırılır ki, sərvətin yerini desin. Kenananın avam göründüyünə baxmayaraq, yəhudi müəyyən xarabalıqdakı yeri göstərir. Məhəmməd oranı qazmağı əmr edir. Xəzinənin yalnız bir hissəsi çıxır. Qalanınn yerini deməkdən Kənana imtina edir. Məhəmmədin əmri ilə Zübeyr ibn əl Əvvam qızdırılmış poladı Kenanın sinəsinə basıb onu ölümcül hala salanadək işgəncə verir. Sonra Məhəmməd yəhudini Məhəmməd ibn Maslamanın ixtiyarına verir ki, o da Kenananın başını bədəndən ayırır… (Rojers;  Robinson; əl Təbari)

(Biz də təəccüblənirik ki, Tərtər işgəncələri hardandır…)

Məhəmmədin ardıcıllarından olan Dihya əl Kəlbi əsirlərdən birini özünə qul götürmək istəyir. Məhəmməd təklif edir ki, o özü seçsin. Dihya gedib baxır və Səfiyyəni seçir. Peyğəmbərin başqa bir yaxını bunun şahidi olur  və Səfiyyənin gözəlliyi və öz qəbiləsində yüksək statusu barədə Məhəmmədə məlumat verir. Məhəmməd əmr edir ki, onları çağırsınlar.

Səfiyyə gətiriləndə yanında başqa bir qadın da olur. Həmin qadın başları bədəndən ayrılmış meyidləri görndə vəhşi kimi qışqırır, üzünü cırır, başına qum sovurur. Məhəmməd onu “dişi şeytan” adlandırır və buyurur ki, rədd etsinlər. Məhəmməd Səsiyyni öz əbası ilə bürüyür (çılpaq imiş?)  və elan edir ki, onu özünə götürür.Dihyaya isə deyir ki, əsirlərin içindən hər hansı başqa qızı seçsin. Rəvayətə görə, Dihya Səfiyyənin əvəzinə əsirlərin içindən yeddi qız götürür.

Məhəmməd is Səfiyyəyə evlənir…

Məhəmməd əl Buxariyə görə, Səfiyyə ilə izdivaca girərkən Məhəmməd üç gün Xeybərlə Mədinə arasında qalıb. O, Səfiyyəyə məsləhət görüb ki, İslamı qəbul etsin. Səfiyyə razılaşıb və Məhəmmədin arvadı olub.

Məhəmməd bir dəfə Səfiyyəyə deyir ki, əgər günüləri onu yəhudi olduğuna və gözəlliyinə görə qısqandıqları üçün təhqir etsələr, o belə cavab verməlidir: “Mənim əcdadım Harun peyğəmbər olub, onun qardaşı Musa peyğəmbər olub və mənim ərim Məhəmməd peyğəmbərdir”.

Peyğəmbər arvadları ilə ciddi söhbətlər edirmiş…

İslam alimləri Məhəmmədlə Səfiyyənin zifafı barədə qalaq-qalaq kitab yazıblar.

Ümumi fikir belədir ki, əri döyüşdə öldürüləndən sonra onun kəbini ləğv olunmuş sayılırdı ki, bu da ərin ölümü və ya boşanma hallarından fərqlənir. Buna görə də zifaf iddəyə yox, istibrəyə əsaslanır.

Əl Ənsariyə aid edilən hədisdə deyilir: “Huayn günündə Allahın Elçisindən eşitdiyimi sizə danışımmı… Allaha və axirətə inanan kişi  əsir qadınla aybaşı müddəti bitməmiş  (cinsi) əlaqəyə girə bilməz.”

Ənas ibn Malikə aid edilən hədisdə deyilir: “Məhəmməd onu özü üçün seçdi və biz Sədd əl Səhba adlanan yerə çatanda onunla təkləndi, Səsiyyə qanuni (yəni menstrual baxımdan) qanuni idi və Məhəmməd onunla izdivaca girir”…

Fiziologiyanın dərinliyindən baş gicəllənir…

Səfiyyə 670-ci ya da 672-ci ildə ölüb. Torpaqdan və mal-çülkdən ibarət yüz min dirhəmlik sərvıti qalıb, üçdə birini yəhudilikdə qalan bacısına vəsiyyət edib. Onun Mədinədəki evini Müaviyə 180 min dirhəmə alıb…

İslam banilərinin tamahsı olduqlarına, sadə yaşadıqlarına şübhə ola bilməz…

 X.X.

17. 11. 2024, Samara