RADYARD KİPLİNQ. UŞAQLARIN NƏĞMƏSİ

RADYARD KİPLİNQ

1.

Sənə məhəbbətimiz, doğma yurd, əbədidir,
Xidmətində yorulmaq bilmərik heç vaxt nədir;

Böya-başa çataraq tutanda yerimizi,
Millətin içində biz kişi və qadın kimi.

2.

Sən ey Göydəki ata, sən sevirsən hər kəsi.
Ah, kömək əsirgəmə, eşitsən uşaq səsi;

Və onlar da nəsildən-nəslə yarada bilsin,

Mayası şərdən uzaq saf və qənirsiz irsi.

3.

Cavanlıqda əsarət çəkməyi bizə öyrət,
Göstərərək mətanət, həqiqətə sədaqət;

Ki, vaxtımız çatanda bəxş edə bizə Lütfün,

Xalqlara qanun olan Həqiqəti də bir gün.

4.

Öyrət öz-özümüzü idarə edək necə,

Nəzarətli və təmiz olaq gündüz, həm gecə.

Qurban gətirə bilək, zərurət olsa əgər,
Bir eybi də olmasın, görən də versin dəyər.

5.

Öyrət nə əməlimiz olsa həytda, ancaq
Dostlara yox, tək Sənə bir hakim kimi baxaq.

Həm əzmli, həm ötkəm səninlə gedə bilək,

Kütlənin hədəsinə, tərifinə də gülək.

6.

Öyrət elə Gücə ki, fikirdə, həm əməldə,

İncidə bilməyək biz zəifi seçib hədəf,

Sənin idarən altda bizə elə Güc gərək,
Fəlakət üz verənə təsəlli ola bilək.

7.

Öyrət adicə şeydə Ləzzəti dadaq, duyaq,
Sevincə öyrət acı çeşmələri olmayan.

Şərdən və kindən azad Mərhəmət nədir, öyrət,
Və günəş altındakı hər insana Məhəbbət.

8.

Ana, doğma yurdumuz, bizə fəxr, inamsan,
Uğrunda axıdıblar atalar, babalar qan.

Ah, ana torpağımız, and içirik əbədi,

Sənin xidmətindədir ürək də, baş da, əl də.

1906

ingiliscədən tərcümə

22-24.11. 2024, Samara

+++++++++++++++++

RADYARD KİPLİNG

The Children’s Song

1

Land of our Birth, we pledge to thee

Our love and toil in the years to be;

When we are grown and take our place

As men and women with our race.

2

Father in Heaven who lovest all,

Oh, help Thy children when they call;

That they may build from age to age

An undefiled heritage.

3

Teach us to bear the yoke in youth,

With steadfastness and careful truth;

That, in our time, Thy Grace may give

The Truth whereby the Nations live.

4

Teach us to rule ourselves alway,

Controlled and cleanly night and day;

That we may bring, if need arise,

No maimed or worthless sacrifice.

 

5

Teach us to look in all our ends

On Thee for judge, and not our friends;

That we, with Thee, may walk uncowed

By fear or favour of the crowd.

6

Teach us the Strength that cannot seek,

By deed or thought, to hurt the weak;

That, under Thee, we may possess

Man’s strength to comfort man’s distress.

7

Teach us Delight in simple things,

And Mirth that has no bitter springs;

Forgiveness free of evil done,

And Love to all men ‘neath the sun!

 

8

Land of our Birth, our faith, our pride,

For whose dear sake our fathers died;

Oh, Motherland, we pledge to thee

Head, heart and hand through the years to be!