Çexovun “6 №-li hekayəsində” İvan Dmitriçlə həkim Andrey Yefimiç arasında belə bir dialoq baş verir.
“ -…məni nəyə görə burda saxlayırsınız?
— Ona görə ki, siz xəstəsiniz.
— Bəli, xəstəyəm. Ancaq onlarla, yüzlərlə dəli azad gəzirlər, ancaq siz cahilliyiniz üzündən onları sağlamlardan ayıra bilmirsiniz …Siz, feldşer, baxıcı, bütün vu xəstəxana əclafları əxlaqi cəhətdən ölüçüyəgəlməz dərəcədə bizim hər birimizdən aşağısınız, niyə biz bağlanmışıq, siz yox? Hanı məntiq?— Əxlaq məsələsi və məntiqin bu işə dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. Kimi qapayıblar, o oturur, kimi qapamıyıblarsa, o gəzir, vəssalam. Mənim həkim, sizin ruhi xəstə olmağınızda hem nə əxlaq var, nə məntiq yalnız təsadüflik”. (sətri tərcümə mənimdir — X.X.)
FB-un lentində (Azərbaycanlıların səhifəsi) nə qoyulmuş bir posta rast gəldim.
«Tam əminliklə deyirəm və istənilən adama da sübut edərəm ki, Anadoludan tutmuş Çin səddinə qədər bütün mədəniyyət məhz Azərbaycandan yayılıb və bu gün də İrandan tutmuş Turana qədər hər şey bizdən oğurlananlardır. Gürcü və ermənilər də bu coğrafiyaya köçürüləndən sonra ilk işləri bizə aid olanları öyrənmək, istifadə etmək və özününküləşdirmək olub».
Müəllif – fəlsəfə doktoru dosent Zaur Əliyev.
Ağlı başında olan hər kəsə bunu oxuyan kimi aydın olacaq ki, bu adam ya dəlidir ya da özünü dəliliyə qoyub. Bir neçə sual çıxır. 1. əgər doğrudan da dəlidirsə, niyə dəlixanada deyil? 2. Əgər özünü dəliliyə qoyubsa, bunu nə məqsədlə edir? 2. Özünü dəliliyə qoymuş adama kim dosent rütbəsi verib ona tələbə etibar edir?
Mən Tvitterdə farslarla cənub azərbaycanlılarının davasını ara-sıra izləyirəm. Turandan dəm vuran cənublu soydaşlara fars millətçiləri deyirlər: çıxar o Turanndan öz dilinizdə bir kitab, yazı ortaya qoy. Çıxara bilmirsənsə, dilini qoy qarnına. Turanın tüklərə heç bir aidiyyəti yoxdur.
Bu dəli ya da özünü dəliliyə qoymuş fəlsəfə “doxduru” da elə. Kəllə hissəsi ağboranıya oxşayan bu “doxdur” iddia edir ki, gürcülər, ermənilər gəlmədirlər, onlar gələnə qədər biz burda böyük mədəniyyət yaratmışıq, onlar gəlib bizdən hər şeyi oğurlayıblar.
Gürcülərin çoxsəsli xorunu eşitmək kifaytədir ki, bu millətin nə qədər qədim və zəngin olduğunu anlayasan. Gürcü rəqslərinin ilk akkordlarından bilirsən ki, bunlar gürcü rəqsləridir. Bizim rəqslərimizin adlarına baxın: “Şalaxo” (!), “Ləzginka”(!), “Tərəkəmə” (!!!)… Sovet vaxtı “Kolxoz” rəqsi yaranmışdı. Sonra “İrani” (!!!!) çıxdı…
Mən hələ gürcülərin əlifbasını, məbədlərini demirəm….
Erməninn qədimliyini sübutu ən azı onların burnundadır. Azərbaycanlıların ərəbə, afrikalıya, türkmənə oxşayanları var. Erməni isə elə ermənidir…
Erməni arxitekturası var? Əlbəttə, var. Bəs bizim? İçinə heç vaxt gün işığı düşməyən evlər. üzü qibləyə tikilən evlər? Hökmən üzü qibləyə — çünki ölməkdən başqa əlacımız yoxdur?
İndi işlətdiyimiz əlifba sayca üçüncüdür. Hələ 1929-dan 1940-cı ilə qədər işlənən, ancaq indiklindən fərqlənən latını da saysaq, dördüncü olur. Erməni isə az qala iki min ildir elə bir əlifbanı işlədir…
Mən niyə bu dəliyə ya özünü dəliliyə qoymuş “doxdura” baş qoşuram? Ona görə ki, bu adam dərs deyir, yəni yüzlərlə gəncin ağlını da çaşdırır, əxlaqını da pozur.
Turan-muran isə cəfəngiyatdır. Özünə cidd-cəhdlə saxta tarix yaradan adamlar naqis insanlardır və bu kimi qondarma tarix siyasi rəhbərliyin sanksiyası ilə cəmiyyətə yeridilirsə, bu, o deməkdir ki, millətdə işləmək, böyük mədəniyyətlər səviyyəsində mədəniyyət yaratmaq, müasir cəmiyyət qurmaq niyyəti və qeyrəti yoxdur. Zaman – fərd üçün məhduddur, xalq, millət, ölkə üçün zaman – min illərdir. Bu da bizə şans verir ki, intellektual potensialımızı artıraq, qabaqcılların cərgəsinə girə bilək. Bu isə millətin siyasi, mənəvi azadlığı şəraitində ola bilər. Bizim millət kölə vəziyyətindədir. Ona görə də inkişaf şansı yoxdur – köləlikdən xilas olana qədər. Bizim millət təxminən son səksən il ərzində, yəni Üzeyir Hacıbəyoivdan sonra mədəniyyət sahəsində dəyərli heç nə yaratmayıb. Rəhbərin ağzına baxan, özü də ikiqat əyilib aşağıdan yuxarı baxan millət götlü-başlı bir şey yarada bilməz…
Gürcülərlə, ermənilərlə, xüsusən farslarla qədimlik davası bütün mədəni, elmli dünyanı bizə güldürər. Çünki mədəni, elmli dünya ermənilərin, gürcülərin, xüsusən farsların kim olduğunu yaxşı bilirlər. Azərbaycanlıların kim olduğunu isə… pardon, bilmirlər. Uzağı onu bilirlər ki, nefti, qazı olan Azərbaycan adlı bir ölkə var və onu atasından miras alan İlham Əliyev kolxoz kimi idarə edir…
Fəlsəfə “doxdur”u Zaur Əliyev barəsində isə təfbir görmək zəruridir. Bilmirəm, Salyanın Şorsulu kəndindəki dəlix… xəstəxana indiəycən işləyir ya yox…
- 03. 2025 Samara
