Архив по авторам | Xeyrulla Xəyal

SAŞA ÇORNI. QƏBİRİSTANLIQDA

saşa çornı

Bu, yaz fəslidirmi,  boz payız ya da?

Əsir cökələr və tozağacları.

Qarğalar hərlənir qüssəli halda.

İslanmış papağı üstdə şamların,
+

Xaçlar avazıyıb burda, həm çəpər,
Üşüyür buranın kolları, qumu,

Tutqun sarılıqla çıraq közərər,

Əbədi qüssənin mayağı kimi.

 +

Süpürüb aparır köçəri külək,

Nə vaxtdan kollarda yatan torpağı

Sinəyə dəmir mıx batırılan tək,
Ümid itimindən ürəkdə ağrı.

 +

Qəbir daşlarının üstə yıxılmaq,
Nə görmək, çağırmaq, gözləmək ya da.

Sonu görünməyən yuxuya dalmaq,
Əbədi qapalı səmanın altda.

 1910

ruscadan tərcümə

16.09. 2024, Samara

++++++++++++++

САША ЧЕРНЫЙ

НА КЛАДБИЩЕ

Весна или серая осень?
Березы и липы дрожат.
Над мокрыми шапками сосен
Тоскливо вороны кружат.
Читать далее

71 YAŞIN TAMAMINA

İqlim dəyişimindən,

Tapılmaz danışmayan.
İnanan döyüşdədir,
İnanmayanla çoxdan.

 +

Iqlim dəyişiminə,

İnansam da arabir,

Elə ki, üşüyürəm,

İnamım itib gedir…

 +

Ağalar və xanımlar!

İqlim iqlimlimliyində,

Ondan önəmli iş var,

Aktualdır  həlli də.

 +

Zaman! Zaman dəyişir!

Sürət ikiqat artıb,

Ayrı cür hərlənir Yer,

Həminki deyil artıq.

 +

Həminki deyil saat,
Gün həminki gün deyil.

Gecə başını at yat,

Səhər durdun – keçib il!

 +

Qırx beş-əlliyə indi

On beş ilə çatırsan,

Əlli elə dünəndi,

İndi neçə? Ay aman!

 +

Duyğuların enable,

Libido yerindədir.

Bu, error ola bilər –

Yetmiş, yetmiş bir nədir?!

+

 Yeri birlə yeddinin,

Düşüb bəlkə dəyişik?

Səhvi düzəldək indi,

Eləyək redirection!

24. 09. 2024, Samara

ROBERT BERNS. KAŞ Kİ, GƏBƏRƏSƏN, ADIN BATA, ƏR…

 Xor

Oxu, tonqal başında qaçır əldə dəyənək,
Və tonqal başında o qaçır əldə dəyənək.

“Görüm buynuzlarınla axura bağlanasan,

Çırpam o qədər səni, ər, dərindən çıxa qan!”

1.

Kaş ki, gəbərəsən, ər, adın bata,
Qəbrinin üstündə yaşıl torf bitə,

Dərdimdən dəlibaş dağlı dəlidir,
Dul qalan deyiləm mən heç bir həftə!

2.

Altı yumurta var bu tavada, ər,

Altı yumurta var bu tavada, ər,

Biri sənə düşür, mənə ikisi,
Üçünüsə bizim Dağlı Con yeyər.

3

Qoçun başı qaynar, ər, bu qazanda,
Qoçun başı qaynar, ər, bu qazanda.

Dağlıya ət düşür, həlim mənimdir,

Qoşa buynuzudur sənə çatan da.

ingiliscədən tərcümə

14.09. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS


O, An Ye Were Dead, Guidman

 

Chorus
Sing, round about the fire wi’ a rung she ran,
An’ round about the fire wi’ a rung she ran: —
‘ Your horns shall tie you to the staw,
An’ I shall bang your hide, guidman!’
Читать далее

SAŞA ÇORNI. SENZURASIZ SATİRA

saşa çornı

Gördüm bir rahibi karetada mən,

Cübbəsində ulduz şölələnirdi.

Ancaq nə düşündüm onu görərkən –

Heç vaxt söyləmərəm öldürələr də.

 +

Nazir Şvarts ilə üz-üzə gəldim
Qorxu içində tez çıxdım aradan.

Yolda pıçıltıyıa nələri dedim –

Heç kimə demərəm bunu, heç zaman.

 +

Baş çəkdim tanış bir müdavim qıza,
Bütün bu işlərdən yorğun idim mən,

İçdikcə qaynanmış suyu məm, düzü,
Deyinir, get-gedə xumarlanırdım.

 +

Marusya!, əzizim, ver sağ əlini,

Tək sevinc – həyatdır, iztirab – heç nə!

Və dinməzcə ona sarı əyildim…

Niyə? Bu barədə susaram yenə!


1908

ruscadan tərcümə

18. 09. 2024, Samara

QEYD:

Şvarts A.N. (1845-19115) – 1908-1910-cu illərdə xalq maarifi naziri. Onun təyinatına böyük ümidlər bəslənilirdi, ancaq bu sahədə Şvartsın elə ilk addımları onun soyadının müdhiz məcazi mənasını təsdiq etdi (şvarts –aımanca “qara”dır).

 ++++++++++++++++

САША ЧЕРНЫЙ
ЦЕНЗУРНАЯ САТИРА

Я видел в карете монаха,
Сверкнула на рясе звезда…
Но что я при этом подумал
Я вам не скажу никогда!
Читать далее

ROBERT BERNS. SEVGİ ƏZABLARI

Robert Burns

Kişi

Sevgi əzabları daha şirindir ,
Həyatda hər hansı ayrı nəşədən.

Qüssənin ləzzəti varsa belə bir,

Həzz nə xəzinədir – özün düşün sən!

 

Qadın

Təhlükəsi böyük onu dadmağın,
Qorxuram ehtiras əsirliyindən.

Şirin oxumağım, qəlb açıqlığım –

Bu, vecinə deyil bir kişinin də.

1788

ingiliscədən tərcümə

13.09. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

The Cares O’ Love.

 

HE

 

The cares o’ Love are sweeter far

Than onie other pleasure;

And if sae dear its sorrows are,

Enjoyment, what a treasure!

 

SHE

 

I fear to try, I dare na try

A passion sae ensnaring;

For light’s her heart and blythe’s her song

That for nae man is caring.

 

DEPORTASİYA

20230721_135628

Ölümün qəribə cəhətləri var:

Qayda, nizam gəlir onunla bəzən.

Başlayaq ondan ki, təmiz yuyurlar,
Geyirsən təzə və ağappaq kəfən.

 +

Görmədiyi günə düşür çox insan,

Yığışıb gəlirlər, ağlayan da var.

Tapıb danışırlar yaxşı söz ondan,
Borclunun borcunu bağışlayırlar.

 +

Qərib ölən isə  ölümdən görür,

Atadan-anadan görmədiyini.

İndi sənədi var, sənəddə möhür,

Bir poqonlu ona söz deməz yəni.

 +

Ədəbli, abırlı yola salınar,
İcma yas pulu da düzəldib yəqin.

Sərhədin açılmaq ehtimalı var:

Daş deyil ürəyi prezidentin!

 +

Mərhum soydaşımın üçcə gün əvvəl,
Ağlına gəlmirdi vətənə gedə.

Deportasiya da eləsəydilər,

Min bir hoqqa ilə gələrdi bir də.

 +

İndisə dalaraq sükuta gedir,
Lap danışa bilə, nə deyər axı?

Vətəndən — yaşayan, sağ gileylidir,

Ölənə vətənin hər cürü yaxşı…

 +

Fərman icrası tək gəlir ölümlər,
İstə ya istəmə — yola çıxırsan,

Deportasiyadır hər ölüm elə,

Dönməyə heç kimin yox amma şansı…

 

20.09. 2024, Samara

 

İQOR SEVERYANİN. HAMI GÜNAHKARDIR

ИГОРЬ СЕВЕРЯНИН

Hərbdə haqlı olan yox, hərbdə hamı günahkar,

Millətlər və siniflər, ucdantutma hər biri.

Yox bəraət ölkəyə, hərbə olsa səbəbkar,

Kim silaha əl atsa, günahkardır, deməli.
Ağlı yerində ölkə heç vaxt dəstəkləməsin,

Torpaq mənimsəməyə çağırışları gərək.

Hansı ölkə rəhbəri qudurub sərsəmləsə,

Onun cəzası məlum: meydana çəkiləcək.

1940

ruscadan tərcümə

15.09. 2024, Samara

+++++++++++++++

ИГОРЬ СЕВЕРЯНИН

Виновны все

 

В войне нет правого: виновны все в войне

И нации, и классы поголовно.

Нет оправданья ни одной стране:

Кто взялся за оружье — все виновны.

К завоеванию призывы не должны

Поддерживаться мыслящей страною.

А для взбесившихся правителей страны

Есть наказанье площадное.

28 января 1940

ROBERT BERNS. CON MAKLEUDUN ÖLÜMÜNƏ

Robert Burns

Bacısı ilə müəllifin yaxın münasibətdə olduğu Con Makleudun , eskvayr, ölümü haqqında elanı qəzetdə oxuyanda

1.

Qəmlidir xəbərin, yaramz kağız,

Sənin hekayəndə yas hüznü vardır.

Ağuşundan əziz İzabellanın,
Ölüm qardaşını alıb apardı.

2.

Şehin mirvari tək gilələriylə,

Bəzənib qızılgül açılar səhər,

Gündüzün coşqun və soyuq yeliylə,
Yerə bu gözəllik sərilə bilər.

3.

Səhəri gözəldi İzabellanın,
Günəş iltifatla gülümsünürdü.

Tezliklə buludlar örtdü səmanı,
Və üzdü xoş günə olan ümüdü.

4.

Taleyin ürəkdə qırdığı tellər,
Ən incə tellərdir təbiətdəki.

İzabellanın da bu ağır xəbər,

Ürək tellərini qıeıb yəqin ki.

5.

Hərşeyəqadirin özüdür ancaq,
Vurduğu yaranı sağalda bilən.

Dərdli, yaşla dolu gözləri uzaq

Axirətə açıb təsəlli verən.

6.

Yenə xoşəməllik çiçəklər açar,

Səni qorxutmasın soyuq küləklər.

Qənirsiz ismətin var, İzabella,
Tale də, üzünə, nəhayət, gülər.

1787

İingiliscədən tərcümə

  1. 09. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

On Reading In A Newspaper The Death Of
John McLeod, Esq.

1.
Sad thy tale, thou idle page,
And rueful thy alarms:
Death tears the brother of her love
From Isabella’s arms. Читать далее

ROBERT BERNS. AH, KAŞ HEÇ VAXT EVLƏNMƏYƏYDİM…

Xor

Çovdar sıyığıdır səhər, günorta,
Çovdar sıyığıdır gündə üç dəfə.

Gündə kimə versən çovdarı suda,
Çeçəyər, gözləri çıxar kəlləyə.

1.

Ah, evlənməyəydim kaş ki, mən heç vaxt,
Nə dərdim olardı, nə də ki, qayğım.

İndi uşaq basıb, çünki var arvad,
Daim çığırırlar: “Çovdar sıyığı!”

2.

Qorxudur aclıq və acı ehtiyac,

Artıq artırmaya gəlib çıxıblar.

Qapıda onlarla əlbəyaxayam,
Qorxuram içəri girələr onlar.

ingiliscədən tərcümə

09.09. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

O, That I Had Ne’er Been Married

Chorus
Ance crowdie, twice crowdie,
Three times crowdie in a day!
Gie ye crowdie onie mair,
Ye’ll crowdie a’ my meal away.
Читать далее

İQOR SEVERYANİN. DOQQUZ YAŞINDA

ИГОРЬ СЕВЕРЯНИН

     M.A. D.

Doqquz yaşında ikən vurulmaq, ayrı düşmək,

Otuz beş il keçəndən sonra qəfil görüşmək,

Təəccübdən gözlərin gen açmaq bəbəyini,

Dayanaraq baxışmaq bircə kəlmə demədən,
Və bir-birinə məlum olanı salmaq yada,

Məlum olansa nədir? Xırdaca şeylər yəni,

Bəlkə də elə budur onları əziz edən…

1931

ruscadan tərcümə

  1. 09. 2024, Samara

+++++++++

ИГОРЬ СЕВЕРЯНИН

В девять лет…

М. А. Д.

 

В девять лет, быв влюбленным, расстаться,

Через тридцать пять лет повстречаться,

  В изумленьи расширить зрачки,

Друг на друга смотреть бессловесно,

Помнить то, что друг другу известно.

  А известно-то что? Пустячки!

Может быть, оттого и прелестно…

 

Париж