İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev çıxarılıb. Çıxarıldığı yerdə dərinliyi otuz metrə qədər olan çirkablı bir quyu yaranıb. İndi tələbələr yığılıb quyunu telefona çəkirlər. Polis hələlik mane olmur.
İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev çıxarılıb. Çıxarıldığı yerdə dərinliyi otuz metrə qədər olan çirkablı bir quyu yaranıb. İndi tələbələr yığılıb quyunu telefona çəkirlər. Polis hələlik mane olmur.
Rusiya azərbaycanlılarını demokratik bayraqlar altında görən olubmu? – mən görməmişəm. Kafelərini bir qayda olaraq şıhərdən kənarda cəngəlliklərdə tikən, tikinti aparanda öz fəhlələrinə “atan”, polisdə, məhkəmə orqanlarında həmişə “ad” çıxaran soydaşlarımızı hətta Jirinovskinin bayraqları altında görmək olar, çünki nəinki hakimiyyətə, hətta bu hakimiyyətin dəyənəyinə qısılmaq Rusiyadakı soydaşlarımızın üzvi xassəsidir.
Bir vaxtlar – bolşevik inqilabına qədər – vətəndə rus təhsili almış ya Rusiyada oxumuş adamlar Azərbaycanda demokratik fikir tərzinin ilk daşıyıcılarından olublar, ətraflarında demokratik mikromühit yaradıblar. Hələ Rusiyada yaşamış azərbaycanlıların yeni Azərbaycan ədəbiyyatının, musiqisinin yaradılmasında xidmətlərini demirəm. İndi Rusiyada yaşayan azərbaycanlılar millətin əm mürtəce hissəsidir, bunların böyük hissəsi padşahçı, əliyevçidir. Bu, əslində asanca izaholunandır, çünki bu adamların həyat tərzi, qurduqları biznes yarımfeodal, yarımqaçaqçılıq münasibətlər sistemi üzərində qurulub. Həm də nəzərə almaq lazımdır ki, Rusiya azərbaycanlılarının mühüm hissəsi fərarilərdir – onlar doxsanıncı illərin əvəllərində vətəni düşmən tapdağı altında qoyub qaçıblar. Burda əliyevçilik şüarları ilə ayıblarını örtməyə çalışırlar…
Gömrük komitəsinin sədri Aydın Əliyev Gəncədə görüş keçirib. Gəncəlilər ondan iş istəyiblər. Aydın Əliyev təəccüblə köməkçilərinə baxıb deyib: “Siz məni hara gətirmisiniz? Bara Gəncədir ya Naxçıvan? Gəncədirsə, niyə bu insanlar məndən gömrük işi istəyirlər?”
Çingiz Abdullayev deyib: » Mən Ukrayna hadisələrinə pis baxıram».
Bundan belə nəticə çıxarmaq olar ki, Ukrayna hadisələri Çingiz Abdullayevin gözünə soxulur.
Bakı metropoliteninin rəisi Tağını işdən çıxarıblar.
İlham Əliyev dartıb, çıxara bilməyib. Mehriban xanımı çağırıb. Dartıblar, çıxara bilməyiblər. Arifi çağırıblar, Nərgizi çağırıblar, Leylanı, Emini, Fikrəti, İsgəndəri çağırıblar. Dartıblar, dartıblar, çıxarıblar…
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib ki, Azərbaycanda Maydan olmayacaq.
Kişi doğru deyir. Hardan olar? Azərbaycan dünyanın heç bir ölkəsinə bənzəmir. Bütün dünya ölkələri Yer kürəsiylə birgə Günəşin başına flrlandıqları halda Günəş özü Azərbaycanın başına fırlanır, çünki Heydər Əliyev Günəşdın böyük ulduzdur…
Qurumsaqlar düz deyirlər…
Salyan rayon Gənclər, İdman və Turizm idarəsi 26 Fevral Xocalı qırğınında qətlə yetirilən insanların xatirəsinə həsr olunmuş boks idmanı üzrə yarış keçirəcək. Salyan boksçuları erməni kölgələriylə döyüşəcəklər. Ermənilərin kölgələrinin də heybətli olduğunu nəzərə alıb. Salyan idmançılarına döyüşdən əvvəl “qara” veriləcək”.
Ermənstan Yazıçılar Birliyi bəyanat vermişdir. Bəyanatda deyilir ki, “bestseller” (ən yaxşı satılan) adı Əkrəm Əylislinin “Daş yuxular” romanına yox, Əkrəm Əylislinin özünə verilmişdir. Bu günlərdə “Bestseller” (ən yaxşı satılan) vəsiqəsi Yerevandan Əkrəm Əylisliyə göndəriləcək.
Xədicə İsmayılovanın hər gün prokurorluğs çağırıldığını xəbər verirlər. Uzaqdan-uzağa səbəbini başa düşmək çətindir. Bu məsələ bir az Xudayar bəylə Zeynəb əhvalatına oxşayır. Yəni İlham Əiyev Xədicəni almaq istəyir, Xədicə isə deyir ölərəm, ona getmərəm, İlham Əliyev də onu prokurorluğun vasitəsiylə itaətə gətirməyə çalışır… Bunun həqiqətə uyğunluğunu İlham Əliyevin burnundan da bilmək olar, çünki cənab Əliyevin burnu Xudayar bəyin burnuna çox oxşayır, Mirzə Cəlil yazırdı: “mən çox gözəllər görmüşəm ki, burunları əyridir, ancaq Xudayar bəyin burnu çox pis əyridir…” Bir tərəfdən baxanda Xədicə Xanım İlham Əliyevin burnuyla məqalə yazmayacaq ki. Əyridir əyridir də…