Архивы
АРАС АГАЛАРОВ ВСЕГДА ЗАЩИЩАЕТ СЛАБЫХ И УЩЕРБНЫХ!
İLHAM ƏLİYEV ŞƏXSƏN LEYLA YUNUSU AZAD EDİB
AZƏRBAYCANDA ARAQ YAPÇI BİLETİYLƏ HAVAYI VERİLƏCƏK
Prezident İlham Əliyevin fərmanıyla Azərbaycanda spirtli içkilər nağd pula satılmayacaq, «Yeni Azərbaycan» partiyasının biletiylə havayı paylanacaq.
UTANMIRSINIZ?
«Başın sağ olsun, Azərbaycan!»
Bu ifadən ilk dəfə işlədən insanı… Yox öldürmək istəməzdim. Raykinin dediyi kimi, gözlərinin içinə baxıb soruşardım: «Utanmırsan?»
Bu ifadəni oxuyanda adam öz başını divarın tininə vurmaq istəyir…
Azərbaycan elə bil böyük şadlıq sarayıdır, hamı da tamada kimi danışmaq istəyir. Ölkədə tamadaya məxsus düşüncə və danışıq tərzi, tamada leksikası hökm sürür. İnsanlar öz yaslarını bayağılaşdırırlar, məzhəkəyə çevirirlər. Dillərini qarınlarına, qələmlərini isə bir ayrı yerə soxsalar, yaxşı olar…
Əgər bu münasibətlə müraciət etmək lazımdırsa, müraciət Azərbaycanın «başına» yox, bu başda oturan adama olmalıdır…
HACI TALE İMAM HÜSEYNİ FÜRERƏ DÖNDƏRİB
“Leyli və Məcnun”da Qeyslə Leyli məktəbdə tanış olurlar.
Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələkmisal qız həm.
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm’ oldu behiştə hurüqılman.
Oğlanlara qızlar olsalar yar,
Eşqə bulunur rəvaci-bazar.
Qız nərgisi-məst edib füsunsaz,
Oğlana satanda işvəvü naz
Oğlan necə səbr pişə qılsın?
Vər səbri həm olsa, nişə qılsın?
Bu, 16-cı əsrin məktəbidir, məktəb isə şiələr üçün müqəddəs şəhər Kərbəladadır. Göründüyü kimi, burda qızlar nəinki təhsil alırlar, onlar oğlanlarla bir sinifdə oxuyurlar! On altıncı əsr! İndi sual çıxır: qız uşaqlarını xırda yaşdan bürüyüb basdıran, məktəbə qoymayan nardaranlılar hansı əsrdədirlər və onlar müsəlmandırlarmı?
On altıncı əsrdə Kərbəlada qız uşaqlarının başına çuval keçirilmədiyini Lyelinin təsvirindən görmək olar – poemanın bu hissəsi Füzulinin ən gözəl şeirlərindəndir:
Ol qızlar içində bir pərizad
Qeys ilə məhəbbət etdi bünyad.
Bir türfə sənəm ki, əqli-kamil,
Gördükdə onu olurdu zail.
Zülfeyni-müsəlsəli girehgir,
Can boynuna bir bəlalı zəncir…
Şəhbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rahü rəvişi müdam qəmzə,
Başdan-ayağa təmam qəmzə.
Ayruqca şəklü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm səri-muyinin tüfeyli,
Məhbubeyi-aləm, adı Leyli….
Füzulinin poemasından bu qısaca parça Hacı Tale və onun kimilərinin islamçılıq, şiəçilik adıyla kütləyə sırıdıqları təlimin klassik islamla və şiəliklə əlaqəsi olmadığına sübutdur.
Hacı Tale ritorikasının əsas fiqurları “Hüseyni şüur”, “hüseynçi şüur”dur. Aydın olan burasıdır ki, “hüseyni şüur”lu adam – kişi cinsindəndir, çünki Nardaran tipli dünya quruculuğunda qadın nəinki siyasətin, hətta heç bir social hərəkatın ya proqramın subyekti deyil – belə halda şüur onun nəyinə lazımdır? Hacı Tale və onun kimilərin çoxsaylı videoçarxlarında qadın yoxdur, Nardaranda qarışıqlıq vaxtı bir neçıə qadın küçədə göründü — əslində onların qadın olduğunu yalnız təxmin etmək olardı, çünki görünən yalnız gözləriydi. Şiə konstitusiyalı İranda da qadınlıar delə bürünmürlər, İranda qızlar elliklə təhsil alırlar, bütün sahələrdə işləyirlər. Nardarandakı qadın indiki statusu, yəni statussuzluğu ilə İŞİDdəki qadınlar vəziyyətindədir, yəni ki, özünü mə qədər şiə ritoruikası ilə pərdələsə də, Hacı Tale İŞİD tipli dövlətin arzusundadır.
Qayıdaq “hüseyni şüura”. İmam Hüseyndən yazılı əsərlər qalmayıb, bu şəxs ölümündın qabaq fəal dövlət quruculuğuyla məşğul olmayıb, buna görə də Hacı Tale kimi ekstremistlərin öz fantaziyalarında yaratdığı və Nardaran kimi ərazilərdə sınaqdan keçirdiyi kvazi dövlət modelini Hüseynin adıyla bağlamaq arxasında təhlükəli məqsədlər gizlənmiş spekulyasiyadır. “Hüseyni şüura” dolmuş azərbaycanlı gəncə nə təklif olunur? Hacı Talenin moizələrində heç bir iqtisadi, sosial proqramın rüşeymi belə yoxdur. Bu insan hakimiyyət, özü də böyük, total, Xomeyni tipli totalitar hakimiyyət eşqiylə yanır və dərin savadlı olmasa da, instinktlə başa düşür ki, hakimiyyətə gəlmək olar. Buna görə də o, kişiləri şəhidliyə, qana çağırır, bilir ki, ölkədə qarışıqlıq yaransa, dinbazların hakimiyyətə gəlmək şansı tamamilə gerçəkdir, çünki rejim bütün siyasi həyatı sarsıdıb, insanları dünyəvi təşkilatlarda birləşməyə, özünüidarəni öyrənməyə qoymur, az-çox fəal siyasi qüvvələrin isə liderləri yoxdur,bütün zirəklər rejim ya qorxudub, ya dama salıb. Yeganə mütəşəkkil və məscidlərdə arxayınca yığışa bilən zümrə dinbazlardır.
Yəni Hacı Talenin hakimiyyətə gəlməsi üçün əsas şərt qarışıqlıqdır, ruslar buna smuta deyirlər. Əslində smutanın xeyli əlamətləri indi Azərbaycanda var. Tam qarışıqlıq üçün qan tökülməlidir. Kişilər isə qanı ən çox qeyrət, bəzən səhv başa düşülən qeyrət üstündə tökürlər. Ona görə də Hacı Tale bilə-bilə hicabdan yapışıb, dayanmadan kişilərə deyir ki, hökumət sizin arvad-uşağınızın başını açır, sizin namusunuza toxunur. Hacı Tale məhəllə etikasının incəliklərini çox gözəl bilir, belə insanların fitnəsiylə nə qədər gənc öz anasını, bacısını doğrayıb, qonşusunu güllələyib! Yəni Hacı Tale peşəkar fitnəkardır.
Təkrar edirəm ki, Hacı Talenin heç bir social, iqtisadi proqramı yoxdur. Hakimiyyət ehtirası var. Kütlə üzərində hakimiyyətin şirinliyindən məst olub və axıracan getməyə hazırdır. Öz miqyası hələlik ölkə üçün kiçiklik edir. Ona görə də İmam Hüseyni qabağa atıb. Əslində real İmam Hüseynin Hacı Talenin qara bayrağa qaldırdığı Hüseynlə heç bir əlaqəsi yoxdur. Hacı Talenin kütləyə sırıdığı imam Hüseyn Hacı Talenin qurmaq istədiyi totalitar dövlət üçün mifik fürer surətidir. Və bu mənada Hacı tale İslamı da, şiəliyi də, İmam Hüseyni də diskreditasiya edir…
ЭЙНУЛЛА ФАТУЛЛАЕВ ПОДЕЛЬНИК АКИФА ЧОВДАРОВА?
Весной в азербайджанских СМИ началась кампания против Рашада Мамедова, начальника Площади Государственного флага. На самом деле кампанию в основном вел сайт Эйнулла Фатуллаева, публикуя «эксклюзивные» материалы. Сначала обвинения были чисто экономического характера, мол, г-н Мамедов незаконно захватывал участки, людей заставлял съезжать и т.д. Потом у Мамедова появилась вторая фамилия – Матросов. Мама Рашада стала армянкой, которая якобы еще в советское время перечисляла деньги в фонд карабахских сепаратистов. Сам Рашада Мамедов был объявлен идейным дашнаком.
Понятно было, что публикации Эйнуллы Фатуллаева – это артиллерийская подготовка перед штурмом, который вскоре случился. Рашад Мамедов был уволен и арестован.
Теперь Эйнулла Фатуллаев пишет, что Рашада Мамедова оклеветал некий бизнесмен. Цитата: » Оказывается, по распоряжению экс-министра национальной безопасности Эльдара Махмудова, Субахир Гурбанов под пытками и угрозами заставил предпринимателя Забиля Салманова написать заявление и оговорить маклеров Исфендияра Исфендиярова и Арзу Мамедова, а также ранее арестованного экс-начальника Управления комплекса Площади государственного флага Рашада Мамедова«.
Получается, что компрометирующие материалы через Эйнуллаева сливал именно сам Акиф Човдаров. А кто же еще? Вполне возможно, что Човдаров тему подсказывал в общих чертах, а сочинял душещипательные рассказы про идейного дашнака Мамедова-Мартиросова сам Эйнулла Фатуллаев.
Самое интересное заключается в том, что в Интернете во множестве сайтов есть ссылки на Эйнуллу Фатуллаева. Практически во всех публикациях про Рашада Мамедова цитируют Haqqin.az и дают соответствующий линк. Но линк оказывается пустым! Ни одна из тех множественных разоблачающих Рашада Мамедова публикация на сайте Эйнулла Фатуллаева не сохранилась!
Или он сам их не сохранил? Ведь если судить по этим публикациям, Эйнулла Фатуллаев получается подельником Акифа Човдаров? Разве не так?
Вывод предварительный: Эйнулла Фатуллаев в настоящее время провокатор номер один в Азербайджане. Хотя там провокаторов в Азербайджане много, имя им – легион…
ARAZ TOPUĞUNDA…
DİNDARIN YERİ MƏSCİDDİR, MEYDAN DEYİL!
Əslində hər bir Azərbaycan kəndinin Nardarana çevrilmək təhlükəsi var və indinin özündə neçə belə Nardaranın olduğunu ancaq güman etməl olar.
Son beş-altı il ərzində kənddə keçirdiyim bir aya yaxın vaxt mənə haram olur – hər gün azı iki dəfə kəndin ortasında Qorbaçov dövründə tikilmiş məsciddə qoyulmuş dinamiklərlə azan verilir, iranlıların ifasında yazılmış azan elə ucalıqda səsləndirilir ki, evin köhnə divarları titrəyir. Bizə bu azan lazım deyildi, biz onu sifariş etmənişdik – mərhum anam dindar deyildi, mən dindən uzağam – mənə niyə azanı zorla eşitdirirlər? Kim məscidə yığılmış beş-altı adama bu hüququ verib ki, gündə bir meçə dəfə kənd sakinlərinin rahatlığını pozsun? Mən bilirəm ki, lap məscidin yanındakı evlərdə ürək xəstələri var və belə uca azan səsi onlar üçün işgəncədir.
Mən orda bu mövzuda danışanda qonşular mənə tövsiyyə edirdilər ki, danışmayım. “Qulaqlarına çatar!”
Dəhşətdir! Mənə öz evimdə işgəncə verirlər, mənsə sarımı udub dururam. Heç bir hüquqi hakimiyəti olmayan beş-altı adam kənd sakinlərinin ürəyinə qorxu salıblar! Səhər onlar əllərinə tüfəng götürsələr, kim onların qabağına duracaq?
Məsələ burasındadır ki, hökumət özü bu situasiyanı yaradır. Hökumət özünüidarəni hər cür formada məhv edir. İncanlar hətta kənd bələdiyyəsini də özləri seçə bilmirlər – seçki oyuna çevrilir, bələdiyyə üzvləri rayon mərkəzindən təyin olunurlar. Və belə saxta bələdiyyənin heç bir fəaliyyəti, nəticə olaraq heç bir hörməti yoxdur. Kəndin icma işləri məscid tərəfindən tənzim olunur – xüsusən dıfn mərasimləri,- kənddə bu, çox vacibdir. Və tədricən məscid özünüidarə orqanına çevrilir. Heç bir siyasi partiya, siyasi fəaluiyyət yoxdur və ola bilməz, yeganə mütəşəkkil qüvvə — məscidə yığışan kəmsavad, ancaq əzmli, qətiyyətli, radikal hərəkətlərə hazır insanlardır. Onların bütün hakimiyyəti almağı ancaq vaxt istəyir.
Radikalları tutmaqla iş bitmir. Cəmiyyədəki liberal azadlıq rejimi yaratmaq lazımdır, ateistlərin, başqa məzhəbdən olanların hüquqları tam qorunmalıdır, özünüidarəni boğmaq yox, dəstəkləmək lazımdır. Kəndlərə mədəniyyəti zorla, Pasternakıb dediyi kimi, kartof kimi əkmək lazımdır, kəndlərə kino gəlməlidir, teatr, konsert gəlməlidir. Dini ideologiyanın qabağında daha güclü alternativlə durmaq olar.
Ölkədə siyasi həyatı bərpa etmət lazımdır. Türməyə salınmış siyasətçilər buraxılmalı, əhalinin siyasi-ictimaihəyata qatılması üçün şərait yaradılmıldır.
İslamı isə heç bir formada siyasətə və hakimiyyətə buraxmaq olmaz…






