Архивы

«AZƏRBAYCAN», «AZƏRBAYCAN»… «TURİST» VƏ TURİSTLƏR…

1983 MOSKVA

İntim xidməti “Azərbaycan” mehmananasında təkcə personal yox,  başqa respublikalardan gəlmiş turistlər də göstərirdilər. Yay sessiyalarının birində bizimlə bir mərtəbədə çox yekə və hətta aşkar koordinasiya problemi olan ağ arvad qalırdı. Bir gün onun yəqin ki, admistratorla söhbətdən qayıdarkən, dəhlizdə kiminləsə deyindiyini eşitdik. Deyəsən adminstrator məzənnəni qaldırmışdı ki, bu da qədim peşə sahbini  haqlı olaraq hiddətləndirmişdi: “Razve ya millionerşa?” – arvad fəryad edib monoloqunu bitirdi. Qabaritlərini, üstəlik koordinasıyasının pozulduğunu, yəni elə bl hopana-hoppana yeridiyini nəzərə alsaq, xanımın qazancı o qədər çox olmazdı.

Ancaq”Azərbaycan”a gənc, gözəl, koordinasiyası və başqa şeyləri yerində olan xanımlar da gəlirdilər — əsasən Rusiyadan. Onlar əslində istirahətə, Xəzər dənizində çimməyə və Abşeron günəşinin altında zərif ağ dərilərini qaraltmağa gəlirdilər. Ancaq istirahəti niyə cəmiyyət üçün faydalı oalan bir işlə bir araya sığışdırmayasan? “Azərbaycan” mehmanxanasının içində və həndəvərində vaxtaşırı o vaxtın “qızıl gəncləri” vurnuxurdular. Onlar nazir, prokuror, hakim, korrupsioner rektor və dekan, zavod direktoru, mağaza müdiri, sexçi kimi adamların uşaqları ola bilərdilər. Hər iki tərəfin niyyəti eyni olduğuna görə tanışlığa çox vaxt getmirdi və “sevgililər” Xəzər sahilinin yaxşı yerlərinə yollanırdılar…

“Azərbaycan” mehmanxanasında yerləşən rusiyalı ya pribaltikalı qonaq qanımların çoxu “peşəkar” deyildi, bu sevişmələr onlar üçün məsum kurort romanı və səfərə çəkilən xərci yaxşı bir oğlana çəkdirmək üsulu idi. Əsl peşəkarların yeri “Turist” idi.

Mən “Turist” mehmanxanasında iki gün qalmışam. Sessiyaların birində “Azərbaycan”da yer ala bilmədim, bir tanış tələbə dedi ki, get “Turist”ə, orda yer olur. Şəhər tamam yadımdan çıxdığından “Turistin” harda yerləşdiyini deyə bilmirəm. Yeddimərtəbəli bu bina eə bil ki, çəpinə, yerləşdiyi kvadrata diaqonal kimi tikilmişdi. Bir tərəfi motostadion idi ki, orda motosikl yürüşləri və motobol yarışları keçirilirdi. Motobol – bilməyənlər üçün deyirəm – futbol kimi bir oyundur, ancaq oyunçular piyada yox, motoskletlə oynayırlar. Təkcə qapıçı piyadadır. Qapıçını saymasaq, oyunda eyni zamanda hər iki tərəfdən dörd oyunçu iştirak edir. Təsəvvür edin ki, elə futbol meydançası boyda yerdə eyni zamanda səkkiz motoskletlə top qovulur. Sovet motoskletlərinin necə tüstü buraxdığı məlumdur.  Nəinki stadiounu, hətta bütün yaxın ərazinin üstünü tüstü bürüyürdü…

Bu oyunu keçən əsrin ortalarında fransızlar yaradıblar. Fransızlar ingilislərlə çox qədim düşməndirlər, əsrlərlə bir-birlərinin qanlarını axıdıblar. İndi dostlaşsalar da, hərb baltasını çoxdan torpağa basdırsalar da, ən azından rəqabət hissi yaşamaqdadır. İngilislərin yaratdığı möcüzə — futbolun qabağına fransızlar nəsə çıxarmalıydılar və çəxarıblar – motobol. Qəribə olsa da, bir vaxtlar SSRİ birinciliyində Bakının “Nord” adlı komandası da iştirak edirdi ə hətta 1968-ci ildə bürünc medal da qazanıb…

Mən “Turist”də qaldığım iki gündə stadionda oyun keçirildiyini görmədim, ola bilsin ki, mən dərsdə olanda keçirilib. Ancaq çoxlu “turist” xanım gördüm. Mehmanxanada atmosfer işgüzar idi. Hər şeyin və hər kəsin yeri və qiyməti məlum idi. Elə bil ki, “Turist” mehmanxanası elə əsl “maison de tole’rance “ idi və bu motostadion, motobol oyunları intim xidmət biznesini pərdələmək üçün yaradılmışdı…

İki gündən sonra başqa mehmanxanada, bəlkə yenə “Azərbaycan” mehmanxanasında, yer alıb “Turist”dən getdim…

Qiyabi ali təhsil, hər sahəsinə korrupsiyanın dərin nüfuz etdiyi Azərbaycan  həyatında neqativ nə vardısa, özündə əks etdirirdi.

(Azərbaycan həyatında neqativ olmayan nəsə vardımı?)

Heminqueyə Mamunquey deyən  və ya aşağı sinif şagirdi səviyyəsində yaza bilməyən arvadları və kişiləri kim universitetə qəbul edirdi? Üstəlik altı il ərzində bu insanların az-çox əhilləşdirilməsi üçün heç nə edilmirdi.125 nəfər yaşlı arvadı və kişini niyə kiçik bir sinif otağına təpirdilər? Məgər qiyabiçilərin sessiyasını gündüzlər tətilə çıxan vaxta salmaq olmazdı? Universitet auditoriyası heç olmasa davranış mədəniyyəti baxımından biz qiyabiçiləri xeyli dəyişə bilərdi. Hərçənd burda da şübhə oyanır: bizə dərs deyən müəllimlərin özündə davranış mədəniyyəti, yumşaq desək,  elə də yüksək deyildi. Altı ildə cəmi üç-dörd müəllimin tələbələrə “siz” dediyini görmüşəm: professor Ağamusa Axundov, fars dili müəllimi Aşura müəllim, rus dili müəlimi Solmaz müəllm (təəssüf ki, soyadlarını xatırlamıram). Qalanları “Əə, sən” deyirdi…

Elə birinci kursdan qiyabiçilərin mütləq çoxluğu “sağmal inəyə” çevrilirdi – yoxlama işləri, kurs işləri pulla yazılır, imtahanlar pulla verilirdi. İmtahan vaxtı utanmadan cibindən tez-tez siyahı çıarıb baxan müəllimlər də vardı.Bəzi “professionallar” elə fənni başlayanda psixoloji hücuma keçir, oxumaq istəyənlərin də iradəsin sarsıdırdılar. Fəlsəfə müəllimi Əziz Məmmədov yaxşı yadımdadır. Dərsə başlayan kimi 30-40 addan ibarət ədəbiyyat siyahısı yazdırdı, əksəriyyəti də rus dilində. (125 nəfərin içində dörd-beş rus dili bilən tapılardı). Özü də az qala qışqıra-qışqıra xəbərdarlıq edir ki, filan müəlliflərin kitabını oxumayın, filan müəlliflərinkini oxuyun…

Heç kim kəsilmədi. Sabirabadlı soğançı da, ucarlı pambıqçı da, bütün hamilə gəlinlər də yaxşı qiymətlər aldılar. Mən bir dəfə onunla sözləşib qapını çırpanda demişdi ki, “gör başına nə oyun açaram”. Ancaq əlbəyaxada üç ala bildim…

Mənimlə bir vaxtda qiyabi şöbəyə girən 125 nəfərin içində ali təhsilə layiq ən azı on ya on beş nəfər vardı. Tədricən bu eybəcər atmosfer, açıq korrupsiya, məişət çətinlikləri onları da üzür, onlar da ayrı-fənlərdən imtahanlara ya pul verir, ya “adam” tapırdılar. Gündüz tələbəsinin qiyabiçidən üstünlüyü var. Gündüz tələbəsi bütün mühazirdə olubsa, seminarlara gedibsə, müəllimlər onu tanıyırlar, imtahandan hökmən keçirəcələr. Qiyabiçini beş-on günlük dərslərdə kim yadında saxlayır? Heç kim. Biletində bilmədiyin suallar düşübsə, müəllim özünə əziyyət verib sənin biliyini yoxlamır,əksinə, qurdu ulayır,  “hazır deyilsən” deyib auditoriyadan… pardon, sinifdən qovur. Niyə də qovmasın? Kəsirli tələbən çevrilir müştəriyə…

Maison de tole’rance  xatırladan mehmanxanalar, hərdən qaldığım özgə yataqxanaları və kirayə evlər Bakını mənə sevdirmədi. Mən həmişə özümü

loqistik səhv üzündən getmək istəyiyi yerə yox, ayrı şəhərə düşmüş turist kimi hiss edirdim. Bakı heç vaxt yuxuma girmir. Hərdən yuxuma imtahan girir. Ya da gəlirəm universitetə, mənə deyirlər ki, sən imtahana buraxılmırsan, çünki fizikadan yoxlama işini verməmisən. Mən dəhşətə gəlib deyirəm: mən filfakda oxuuyuram, bizdə fizika yoxdur. Qulu Xəlilovun mənim vaxtımda dekanlıqda işləyən qardaşı deyir: “O yan-bu yan eləmə, fizika bizdə çoxdan var. İmtahana buraxılmaq istəyirsənsə, mənə başmın dəstəsi ilə qonaqlıq ver, 4-cü mikroraroyonda yaxşı yer var, əla kətə də verirlər…”

Dəhşət içində ayılıram. Elə bil kəfəni yırtıb çıxmışam…

23. 09. 2023 , Samara

AZƏRBAYCAN, AZƏRBAYCAN… «NÖŞ NÖŞÜN VƏRMİR…»

1983 MOSKVA

Avropa ədəbiyyatında, xüsusən hekayə janrında, çoxlu əsərlər var ki, onları “liman nəsri” adlandırmaq olar. Çünki süjet məkanı -müxtəlif ölkələrin limanlarıdır. Uzun səfərdə olan gəmi ya səfərini başa vuraraq və ya sursatını təzələyib yoluna davam etmək üçün bu limanlardan birinə yan alır. Matroslar bir neçə ay açııq okeanda olublar, bir-birləridən başqa adam görməyiblər. Qadın görmədiklərini demək artıqdır. Ona görə səfərdə pul qazanmış matroslar sahilə çıxan kimi ilk növbədə əyləncə yerlərinə baş çəkirlər. Ən vacib əyləncə yeri isə fransızların «maison de tole’rance»  dediyi evlər idi. Ruslar qadınların kişilərə intim xidmət göstərdiyi bu evlərin adını kalka üsulu ilə «дом терпимости» kimi çeviriblər..

Mopassanı oxumağa dəyər…

Bakı da, əlbəttə, şərti olaraq liman şəhəridr. Ancaq Xəzər necə dənizdirsə, Bakı da elə limandır. Yəni Marsel deyil. Məndə fransızların maison de tole’rance dediyi yerlərlə assosiasiya yaradan Azərbaycan mehmanxanası idi. Əlbəttə, bura matroslar gəlmirdilər. Burda kolxoz sədrləri, raykom katibləri, prokurorlar, mağaza müdirləri (xalq arasında zammağ) və s. nəcib vətəndaşlar qalırdılar.Və, əlbəttə, qiyabiçilərin qaldığı, lazaretə oxşayan nömrələrdə yox. Mehmanxananın dəbdəbəli nömrələri vardı…Bu nəcib zümrənin necə yeyib-içdiyini, özləri kimi nəcib xanıçların xidmətindən necə istifadə etdiyini biz yalnız uzaqdan və ötəri müşahidə edə bilərdik. Ancaq qiyabiçi kişilər, qəribə də olsa, xüsusən ailəlilər, gəmidən təzə düşmüş və qaranəfəs özünü “yavaxana”ya yetirmiş matrosları xatırladırdılar.

Qiyabiçi sessiyaya aylarla hazırlaşır. Mən dərs hazırlığını demirəm. Çünki qiyabiçi tələbələrin böyük əksəriyyəti — əlbəttə, mənimlə bir kursda oxuyanları nəzərdə tuturam – dərs oxumurdu. İmtahanlar pulla ya “adamla” verilirdi. Heminqueyə Mamunquey deyən qiyabiçi “filoloq”un necə dərs oxuduğunu özünüz təsəvvür edin. Yay-qış əkin-biçinlə əlləşən, soğan, qarpız yetişdirən sabirabadlı qiyabiçi  Kantı ya Hegeli haçan ya necə oxuyardı? Sabirabadlı bostançı imtahanlara hazırlaşmırdı, o, beş ay ərzində qazandığınıın bir hissəsini “sessiya” üçün ayırır, Bakıya  beləcə hazırlıqlı gəlir. Səkkiz ya on uşaq atası olan cəlilabadlı qiyabiçi özünü çox işə verən deyildi, elə son ayın maaşının üstünə borc da alıb qoyur, ailəni Allaha tapşırıb Bakıya tələsirdi. Mehmanxanada yerbəyer olan kimi “suyumuzu dəyişək” adlanan prosedurun icrasına başlanrdı. İntim xidməti Azərbaycan mehmanxanasında buranın ştatında olan peşəkarlar yox, elə otelin öz işçiləri göstərirdilər. Müxtəlif vəzifə tutanaların və müxtəlif yaşda olanların məzənnələri də müxtəlif idi. Kəndli qiyabiçilərin yemi göy beşliyə razılaşanlar idi. Göy beşlik az pul deyildi. Göy beşliklə, qənaəşt eləsəydin, beş-altı gün dolanmaq olardı. Cəlilabadlı 10 il qapalı türmədə yatıb təzəcə çıxmış adam kimi tələsirdi. Gözləri qızarır, əlləri əsirdi. Başı daz olmasaydı, yəqin ki, tükləri biz-biz olardı…

Sessiyaların birində ikimizə bir nömrə aldıq. Çantalarını çarpayının üstünə tullayıb “mən getdim” dedi və şığıyıb çıxdı… On beş  dəqiqə sonra qayıdanda gözlərinin işığı sönmüşdü, üzü də beşlik kimi göyərmişdi…

Bir ucarlı vardı, qaraqaş-qaragöz, boydan hündür, saçı qabaqdan seyrəlib. Yayın günü pencək geyir, rezinli qalstuk bağlayırdı. Güman edirəm ki, ədəbiyyatdan bildiyi olsa-olsa “Fərhad əməkçi insan surətidir” cümləsi idi…

(Fərhad əməkçi insandır?)

Ucarlı Ş. göy beşliyə alınan xidmətin müştərisi olmaqla qalmırdı. O, təmənnasız vasitəçilik də edirdi. Bilmirəm, bəlkə bu qabiliyyətin filologiyaya aidliyi var. Axı vasitəçi söz sənətkarlığı nümayiş etdirir. Hərçənd bu işdə nə ustalq – bu, beşlik, bu da…lənət şeytana… bu da xidmət…

Sabirabadlı A. O qədər arıq idi ki, elə bilirdin orta hissəsi yoxdur, qurşaqdan yuxarını qurşaqdan aşağıya burağac verib bağayıblar…. Alt-üst qızıl dişləri isə doğrudan da burağaclı idi. Onun evli olub-olmadığı yadımda deyil, yəqin evli olardı, sabirabadlının ağzında o qədər qızıl varsa, deməli, onu hökmən evləndiriblər.

Sabirabadlı göy beşliyi ucarlıya verib deyir ki, get danış. Ucarlı beş-on dəqqədən sonra qayıdıb deyir:

-Beşə vərmir.

Sabirabadlı az qalır ağlasın:

— Nöş vermir?

Ucarlı təəccüblə deyir:

— Nöş nöşün vərmir? Vərmir də…

 

(ardı var)

22. 09. 2023, Samara

 

AZƏRBAYCAN, AZƏRBAYCAN… MEST NET!

1983 MOSKVA

S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan dövlət uiversitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil müddəti altı il idi. Səssiyaların sayı yəqin on iki olardı – qışda on gün, yayda 30 gün. Sessiyaların təxminən yarısını “Azərbaycan” mehmanxanasında qalmışam.

Ümumiyyələ, kənd yerlərindən qiyabiçilər Bakıya gələndə harda qalırdılar? Demək olar ki, harda gəldi. Paytaxtda yaxın qohumları olanlar az deyildi. Mənim Bakıda heç kimim yox idi, olsaydı da sığınacaq istəməzdim. (Bir yaxın qohumumun evində haçansa plov yemişəm, indiyəcən başıma qaxır… Qorxumdan Azərbaycana həsrət qalmışam…) Üstəlik şəhəri tanımırdım. Paytaxta ilk dəfə 1968-ci iln payızında Əli Bayramlı pedaqoji məktəbində oxuyarkən gəlmişdim. Bir qrup tələbəni sonralar, səhv etmirəmsə, xalça muzeyinə çevrilmiş Lenin muzeyiinə gətirmişdilər. Bakı muzeyi Moskvadakı mərkəzi muzeyin dəqiq surəti idi. Moskvadakı bütün eksponatların surəti yaradılmışdı. Muzey əməkdaşı Leninin şüşə dolabdan asılmış paltosunu bizə göstərib fəxrlə deyirdi ki, Kaplanın gülləsindən yaralanan  vaxt dünya proletariatının rəhbərinin əynində olan və güllədən deşilən  paltonun parçası xüsusi texnologiyalarla yaradılıb və sovet mütəxəssisləri parçanı hətta “köhnəldiblər” də. Bu parçadan daha 14 palto tikilib müttəfiq respublikaların paytaxtlarında olan muzeylərə verilmişdi…

Muzeydən aldığım təəssür barədə heç bir xatirəm yoxdur. Avtobusumuzun dayandığı yer hamsı bağınsa qırağı idi. Ağacların iyi indiyəcən yadımdadır. İylərə qarşı həssasam, iylər yaddaşımda həmişəlik qalır, bunun yaxşı və pis tərəfləri var…

1969-cu ildə Bakıda “Əlibayramlı günləri”ndə iştirak etdim. “Azərbaycan” mehmanxanasında lazaretə oxşayan yekə bir otağa on-on beş oğlan təpilmişdi… Yox, ayrı adamlar da var idi. İndi xatırlayıam ki, bir neçə əsl “mehman” var idi, orta yaşlı bu adamlar Ermənistandan gəlmişdilər, bəlkə də şikayətə, müəllim idilər, dyeyirdilər, ki, Ermənistanda Azərbaycan məktəblərinin vəziyyəti ağırdır…Hə, bu, yadımda qalıb, adamların üzünü xatırlamıram, təsadüfən eşitdiyim söhbət isə, yqin ki, “qoxulu” olduğuna görə yaddaşımdan getməyib…

1971-ci ilin payızında Əli Bayramlı pedaqoji məktəbinin xalq çalğı ansamblının tərkibində Bakıda “Qızıl payız” festivalında iştirak eləmişəm. Tədbir Yaşıl teatrda keçirilirdi. Səhərə günorta gəlib axşam qayıtdıq…

Birinci qəbul imtahanına məni tibb institutunun tələbəsi olam mərhum dayıoğlum Hacı aparıb. Hacı olmasaydı hökmə azar, imtahana gedib çıxmazdım.

Başlanğıc sessiyasını dayıoğlumun yanında qalmışam. Hacı başqa bir tələbə erməni ailəsinin həyətində otaq kirayələyirdi…

“Azərbaycan” mehmanxanasında yəqin ki, ikinci kursdan qalmışam.

Bu mehmanxana, səhv etmirəmsə, İnşaatçılar prospektində yerləşirdi. Bir tərəfi mərkəzi avtovağzal, bir tərəfi “Spartak” stadionu idi. Sonralar, mən Moskvada oxuyanda, yəni 80-ci illərin əvvəllərində, eşitdim ki, mehmanxanın adını dəyişib eləyiblər “Naxçıvan”. Mənim rəhbərim, əfsanəvi Xalıq Koroğlu gülümsəyərək deyirdi: “Tezliklə bütün Azərbaycanın adını qoyacaqlar Naxçıvan…”

İlk dəfə “Azərbaycan” mehmanxanasında necə yer aldığım yadımda deyil. O vaxt Bakı mehmanxanarında heç vaxt yer olmurdu. Yer əslində var idi. Ancaq mehmananın qapısından girən hər kəs arşın hərflərlə yaılmış xəbərdarlıqla rastlaşırdı: “Мест нет!» Bu, xüsusən nabələd adama ikinci dünya müharibəsinin əsgərinə “Warte, es ist eine Sprengfalle!” xəbərdarlığı kimi təsir edir, öz ürəyinin döyüntüsünü eşidirdi. Yer, əlbəttə var idi. Bunun üçün pasportun arasına ya göy beşlik, ya da qırmızı onluq qoyub milliyyəti bilinmyən, saçını, üzünü rəngləyib özünü rusa oxşatmış və rusca danışan admintrator arvada uzatmaq lazım idi. Ancaq bu işdə səriştə lazımdı, ürək lazımdır. Məndə ürək yoxdur, mehmanxanalar gəzdiyim altı il ərzində rüşvət vermək səriştəsi də qazanmadım. Pulu həmişə başqaları verirdilər…

O vaxt, yəni mənim qiyabi oxuduğum 1974-81-ci illərdə mehmanxanalarda, mağazaların əksəriyyətində, apteklərdə, dövlət idarələrində rusca danışırdılar. Lap Akaki Akakeyüviç səviyyəsində olan xırda klerk də rusca bilməyən ya da zəif bilən adamla rusca danışaraq onu sarsıdır, iradəsini əzir, aşağlayır, əgər təbiətində sadistlik varsa, yıxıb sürüyürdü…Mehmanxanada saçını saraltmış arvad “mest net”i elə tonla deyirdi ki, elə bil səni siçan kimi şişə taxıb divara dirəyirdi…

Bir az geriyə qayıdım. 1972-si ilin payızında mən təyinatımı dəyişmək üçün Bakıya gəldim və Maarif nazirliyində qəbula yazıldım. Üç gümdən sonra nazirin birinci müavini Rəfiqə Hüseynova məni qəbul elədi. Saçı rəngli bu arvad Putinin kovirstolu kimi uzun stolun başında oturmuşdu. Mənə nisbətən yaxın oturmuş referentinə rusca buyurdu ki,  mənim nə istədiyimi soruşsun…

(“Nəçərnik , başına dönüm, bilmirm mənim eşşəyimi Heydərxan körpüsünə daş daşmağa aparıblar, yoxsa karvansaraçı məni aldadır…”)

Mən öz dilimizdə nə istədiyimi referentə danşdım. Referent Rəfiqə arvada tərcümə elədi. Sonra arvad yenə referentə rusca nəsə dedi. Referent dedi get Salyanda gözlə, cavab ora gələcək…

Sonra Rəfiqə Hüseynovanı Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri qoydular…

Çox təəssüf ki, Puşkinin, Tolstoyun dili xüsusən Heydər Əliyevin vaxtında millətin olan-qalan ləyaqətini tapdalamaq üçün istifadə edilirdi…

“Azərbaycan” mehmanxanasında rüşvət alıb yeri üç-dörd günə verirdilər.  Bəzən müddətin başa çatmamış deyirdilər ki, şələ-şüləni yığışdır, Moskvadan rəsmi qonaqlar gəliblər. Təzədn pasportun arasına göy beşlik ya qırmızı onluq qoyulurdu…

(ardı var)

21. 09. 2023, Samara

GƏDƏBİYYAT: DÖVLƏT MİLYONÇU BABA VƏZİROĞLUYA VERDİYİNİ YÜZ ŞƏHİD AİLƏSİNƏ VERMƏYİB…

BABA VƏZİROĞLU 3

Amerikada irqi seqreqasiya dövrünə aid filmlərdə küçədə qara (zənci) çəkməsilənə ayaqqabı təmizlətdirmə səhnələrinə çox rast gəlmək olur. Nyu Yorkun ya Çikaqonun bir küçəsində ağ…  yox, centlmen yox, mafiozi hündür kətildə oturub, qara yeniyetmə isə mafiozinin onsuz da parıldayan ayaqqabılarını səylə sürtür. Qara oğlan maraqdan mafioziyə suallar verir, mafiozi də, salyanlılar demişkən, eycahanlıqdan bu suallara ətraflı cavab verir…

Kulis.az saytında (https://kulis.az/xeber/media/baba-veziroglu-o-xalq-yazicisi-menim-olum-fermanimi-imzaladi-musahibe-39630) Baba Vəziroğlu ilə bu yaz çap olunmuş müsahibə mənə belə bir səhnəni xatırlatdı. Bu müsahibədə mafioziyə Baba Vəziroğlu, qara çəkməsilənə isə jurnalist Ulucay Akif bənzəyir. Baba Vəziroğlu haqqında xeyli danışmışıq, həm də Azərbyacnda onu mənsiz də və məndən min dəfə yaxşı tanıyanlar var. Bu Ulucay Akif isə məndə elə təəssür yaratdı ki, valideyinləri ona tərbiyə yox, “tərbiyə minus” veriblər, yəni deyiblər ki, bala, tərbiyə, abır-həya deyilən şeylər yalandır, üzlü ol, sırtıq ol, lazım gələndə əyil, ikiqat ol, şüşədən deyilsən, sınmazsan, işin düşənin ayaqqabısını sil, dilinlə yala, desə öp – öp, istəsə yıxıl altına…

Gəlin müsahibənin lap axırına baxaq:

“…Ümumiyyətlə, qadın göz yaşlarını ciddiyə almaq lazım deyil. Gəl, qadın mövzusunda daha da dərinə getməyək (gülür). (Yəqin Bayıl türməsi yadına düşür — X.X.)

— Yaxşı (mən də gülürəm). Baba müəllim, maraqlı və səmimi cavablarınız üçün təşəkkür edirəm!

Mafiozi gülür, çəkməsilən də… (Mən də gülürəm…)”

Əlbəttə, gülərsən, canın da çıxar… Mahnı var idi: sən də gül… Onu Baba yazmamışdı…

 

“- Neçə eviniz var? Elə tək eviniz budu?

— Yox, evim çoxdu, maşallah. Birini Sovet hökuməti vermişdi, onu kiçik qızıma hədiyyə etmişəm. Sizin sədriniz Anarla qapıbir qonşuluqdadı.

….  Sonra bir ev SSRİ Yazıçılar İttifaqı verdi, düz Hökumət Evinin arxasındakı binada. Sonra özüm-özümə bir yaradıcılıq evi aldım, Səməd Vurğunun heykəlinin yanında. Sonra Prezident mənə bu evi hədiyyə elədi”. 

 

Neçə ev oldu? Saya bildiniz? Sovet hökumətindən şəhərin mərkəzində iki ev alıb, sonra birini də prezident bağışlayıb…

Şəhid ailələrinin yaşadığı yarıuçuq komaları göstərən videoları görməyən var?

  “…mahnı sözləri üçün aldığınız ən yüksək qonorar nə qədər olub? Səmimi deyin.

— Ən yüksək 100 min manat olub”.

Bir mahnı mətni üçün 10o min manat alan adama əhalisinn səksən faizi kasıb ya dilənçi halda yaşayan ölkənin höküməti niyə üç ev bağışlayır? Bu necə ölkədir? Daha, doğrusu, ölkədirmi? Heç bir əxlaq və hüquq norması işləməyən, mafiyanın hərlədiyi ərazi deyilmi? Mənim keçmiş şagirdimin igid oğlu Şahlar özünü vətən uğrundamı qurban verdi ya bu şərəfsiz və abırsız adamın harın həyatı naminə öldü?

Özünün dediyinə görə, min beş yüz mahnıya mətn yazmış Baba milyonlarla pul qazanıb, bu pulu keşlə alıb və əlbəttə, dövlət xəzinəsinə bir qəpik də vergi ödəməyib. Gərək vergii cinayətinə görə ömrünü havayı aldığı evlərdə yox, Kürdəxanıda keçirə…

“- Bəs, bağ eviniz yoxdu?

— Var. İsmayıllının Buynuz kəndində ikimərtəbəli, böyük, geniş həyətli bir evim var.

— Bakıda yoxdu bağ eviniz?

— Bilirsən, Bakı mənim təbiətimə uyğun deyil. Düzdü, Bakıda çoxlu torpaq sahələrim var, amma Bakı bağlarını sevmirəm. İstirahətimi Buynuz kəndində eləyirəm. Amma Şuşanı görəndən sonra İsmayıllı da adama Kürdəmir kimi görünür (gülür)”

 Diqqət edin: “Bakıda çoxlu torpaq sahələrim var…” Bakıda torpağın qiymətini bilənlər bəlkə bu mafiozinin sərvətinin miqyasını təsəvvür edə bilərlər. Hacı Zeynalaabdindən kasib olmayan bu adama hökumət üç ev verir…

Mən Azərbaycandan doqquzuncu ildir ki, çıxmışam və yəqin ki, bir də oranı görmərəm. Ucuz yollar bağlıdır, hava yolu mənlik deyil, orda qalmağa yerim də yox… Anamdan sonra gedib görməyə adam da qalmayıb… Əslində bu cümlə belə olmalıdır: məni görmək istəyən adam qalmayıb…

Bir şey də var: ölkəni (şərti ölkə, əslində ölkə deyil) Baba Vəziroğlu kimilər basıb-bürüməsəydilər, yəqin ki, gedərdim. Anam ölənəcən ölkə mənim üçün vətənliyini saxlayırdı. Sonra itirdi. Deputatlar, polislər, məhkəmələr, məmurlar, tamadalar, zurnaçılar, gitaraçılar, vampir doktorlar, Səməd Vurğun, Leyla Əliyevanın ruscadan tərcümə olunmuş şeiri salınmış dərsliklər, Anar, Rəşad Məcid, Baba Vəziroğlu…

Mənə elə gəlir ki, anarların, babaların, elçinlərin, Ramizrövşənlərin iştirakı ilə yaranmış mədəni-mənəvi rəzalət polis-DTX əsarətindən qorxuludur. Polis əsarəti müqavimət doğura bilər, insanların ən azı bir qismində şəxsi ləyaqət hissini oyada bilər. Bayağılığa, zövqsüzlüyə, tamada, gitaraçı, dümbəkçi səvyyəsinin təzyiqinə  isə insanların əksəriyyətində müqavimət immuniteti yoxdur, professor adı daşıyan ahıl cənab da eycahanlıqdan Baba Vəziroğlunun, məzmunu abırsız, qrammatikası başayaq, leksikası küçə çəkməsiləni səviyyəsində msralarını zümzümə edir. Baxırsan, qəşəng qadın, ya gənc qız. Ağzını açır – qulaqlarını tutub qaçmaq istəyirsən. Çünki dünən gördüyü teleşoudan danışır, özünü şou aparıcısına oxşatmağa çalışır…

Qoy məni vurub öldürsünlər: niyə ailənin gözünün ağı-qarası tək oğul torpaq uğrunda ölməlidir? Onun azad etdiyi torpaq Baba kimilərinə çatacaq. Onun valideynlərnin torpağöı isə yalnız, Hamlet sayağı desək, uzağı onun özünü, ürəkləri parçalanmış valideynlərini, bacı-qardaşlarını basdırmağa bəs elər…

“Bakıda çoxlu torpaq sahələrim var, amma Bakı bağlarını sevmirəm. İstirahətimi Buynuz kəndində eləyirəm. Amma Şuşanı görəndən sonra İsmayıllı da adama Kürdəmir kimi görünür (gülür).”

Gördünüz? Bugün-sabah, əgər artıq almayıbsa, Baba Şuşada da torpaq alar. Əslində niyə alır ki?  Prezident bağışlayacaq. Mənim kəndçim Şahların qanının axdığı torpağı…

Bir dəfə bir felyoton yazmışdım: guya Əliyevlər yığışırlar Londonun məkəzindəki evlərindən birinin eyvanına, növbə ilə ya hamısı birdən tüpürürlər eyvanın altından keçən ingilislərin başına…

İngilislərin başına, yəqin ki, hələlik tüpürmürlər. Anncaq azərbauycanııların başına, üzünə, ləyaqətinə tüpürürlər.

Müharibə gedə-gedə Ramiz Rövşənə ikinci evi bağışlamaq vətəndaşlara tüpürmək deyil?

Baba Vəziroğluya üç ev vermək nədir?
Müharibə gedə-gedə Sabir Rüstəmxanlının donuzsifət  arvadının döşünə Şöhrət ordeni taxmaq nədir?

Yadınıza slıram ki, şəhidlərin doxsan faizindən çoxu yalnız dəmir medallarla təltif olunub. Hətta qaniçən Stalində əsgərinə ordeni əsirgəmirdi.

Milli Qəəhrəman adı 2-ci Qarabağ müharibəsində bir nəfərə də verilməyib!

Baba Vəziroğlular ölkəni hərləyir və meydan sulayırlar. Anarlar, çingizlər, babalar, ramizrövşənlər ölkəni liman yavaxanasına döndəriblər…

Babanın kabinetinin fotosuna baxın. Diqqətinizi mafiozinin divardan asılmış portretinə yönəldin.

Baba Vəziroğlu 4

Necədir?

Eh, götürəsən bir vedrə rəngi, tökəsən bu portreti yadradanın, yerli Rafaelin başına…

Siz fikirləşirdiniz ki, öndərin və oğlunun portretlərini görəcəksiniz?

Mafiya filmləri görməmisiniz?

Kabintlərində divardan həmişə özlərinin parad portreti asılır…

20. 09. 2023, Samara

GƏDƏBİYYAT. BAYIL TÜRMƏSİNDƏ BABA VƏZİROĞLU ÖZ-ÖZÜNÜ ÖZ KÖKSÜNƏ NECƏ SIXIRMIŞ?

BABA VƏZİROĞLU 3

Babanın qələmindən çıxan hər bir mətn əşyayi-dəlildir, yənin onun Azərbaycn dilini bilmədiyinə sübutdur.

“Qəlbimdən asılan bir daş imiş, daş!”

Qəlb – ürək deyilmi? Yəni ürəkdən asılan daş imiş? Ürəkdən nə asılıbmış? Bəlkə Baba demək istəyib ki, sinəsindən asılan daş imiş, ancaq deyə bilməyib?

Sıxanda köksünə özün-özünü,
Arabir yadına düşəcəyəm mən…

Adam öz-özünü necə köksünə sıxa bilər? Qurban Məmmədli demişkən: əziz həmvətənlər! Gəlin Babanı verək məhkəməyə, dünyanın ən ədalətli məhkəməsi olan Azərbaycan məhkəməsinə. Qoy bu aferist sübut eləsin ki, adam öz-özünü necə köksünə sıxır. Məhkəmə eksperimenti kimi Baba hakimin tələbiylə bu hoqqanı andlı iclasçılar qarşısında nümayş etdirsin. Bəlkə Baba Vəziroğlu Bayıl türməsində öz-özünü sıxırmış, yəni zad eləyirmiş, qızğın adamdır, bunu iistisna eləmək olmaz.. Ancaq öz-özünü köksünə necə sıxardı?

Haşiyə çıxıb Molla Nəsrəddin lətifəsini xatırladım.Molla Nəsrəddin müvəqqəti qazi işləyəndə yanına iki nəfər ərizəçi kəlir. Biri o birindən şikayət edir ki, guya o buna kəllə vurub. Cavabdeh and içir ki, kəllə-zad vurmayıb, şikayətçi özü-özünə kəllə vurub. Molla deyir gedin, yarım saatdan sonra gələrsiniz. Tək qalan kimi Molla özü eksperiment keçirir ki, görsün adam öz-özünə kəllə vurar bilər ya yox. O qədər hoppanır ki, axırda başı divara dəyib yarılır…

Möhtərəm hakimlər! Əziz həmvətənlər! Bu adam, bu aferist öz müsahibəsində deyir ki, bir mahnısına 100 min manat alıb. Bəlkə elə “öz-özünü köksünə sıxmağa” görə. O  pul təcili müsadirə olunub dünyada ən şəffaf fond olan Heydər Əliyev fonduna verilməlidir!

Gözlərim əbədi gözünə həsrət,

Qulağım bir şirin sözünə həsrət,

Özüm bu dünyanın özünə həsrət,

Nə yaxşı sən varsan, sevirəm səni.

Fikirləşəndə ki, bu mətnə mənim millətim bəh-bəh deyir, mən millətimdən üz çevirirəm. Bu Babalar bir deyil, beş deyil… Bu babalar elə-belə yaranmırlar. Natəmizlik olan yerdə hər cür qurd-quş əmələ gəlir. Mənim xalqımın tələbatı belədir, mənim xalqım bayağı, səthi, misraları başayaq, mübtədası xəbəriylə uzlaşmayan mətnləri sevir. Gürcü filosof   Merab Mamamrdaşvili 80-ci illərin sonlarında demişdi ki, əgər gürcü xalqı Qamsaxurdianın dalınca getsə, o, gürcü xalqına qarşı çıxacaq… Mənim xalqımın siyasi seçimi yoxdur, estetik, bədii seçimi isə Baba Vəziroğludur və Baba Vəziroğlu kimilərdir. Mənim övladım olsaydı və o, Babanın sözlərinə yazılmış mahnını zümzümə eləsəydi, mən ondan üz döndərərdim. Mən Babasevərlə bir süfrədə oturub çörək kəsmərəm. Mənim xalqım necə mənəvi rüsvayçııq bataqlığına qərq olduğunu başa düşmür…

Baxın yuxarıdakı bəndə:

“gözünə, sözünə, özünə…” Şərəfsiz həyatının yetmişinə çatmış bu adam əlli ildir deyir  “gözüm gözünə həsrət”.

Korsan?

Yaxşı, biz də özümüzü qoyduq korluğa. Üçüncü misra:

“Özüm bu dünyanın özünə həsrət”.

Bəs bu nədir? “Dünyanın özü” nədir?

 

“Təzəcə doğulan bir Aya baxdım”

Hardasan, ay Zinyət müəllim! Yapışaydın Babanın kirli qulağından, soruşaydın ki, ay yaramaz, neçə ay var ki, biri ya ikisi ola?

Özü də bu şeir Allaha müraciətlə yazılıb. Allah sənin…

“Göydə şimşək kimi çaxdın, İlahi”…

Sonra da yağış kimi yağır…

Məndən inciyəndə, məndən küsəndə,
Qəlbimə sopsoyuq küləklər əsir.

“Sopsoyuq küləklər” – necədir?

Lamançlı Don Kixotu tanıyan var? Heç vaxt görmədiyi Dulsineyanı sevir, onun şərəfinə döyüş qələbələri qazanmaq eşqi ilə yel dəyirmanları ilə vuruşurdu…Bizə məktəbdə izah ediblər ki, Don Kixot kimdir, niyə xəyalında Dulsineyanı yaradıb, niyə dəyirmanlarla vuruşur və s. Bu Babada bir qram donkixotluq, idealistlik, romantiklik yoxtur, Baba son dərəcə soyuqqanlı aferistdir. Görmədiyi gözəli sevdiyini deyirsə, məqsədi kəndlərimizdə telefodan başqa bir nəinki əyləncələri, hətta ümid yerləri olmayan qızların və oğlanların sadəlövh, heç br nizamlı, məzmunlu estetik tərbiyə almamış qəlblərinə girməkdir. Başı telofinda olan gənc heç bilmir ki, Baba yetmiş yaşında pozğun bir qocadır, zorlama ittihamı ilə Bayıl türməsində oturub, bu qafiyələi sevgi demaqoqiyası pul tələsidir…

Bilmirəm gözlərin necədir senin ?

Saçların bir zulmət gecədir sənin,

Bilmirəm yaşını, neçədir sənin,

Nə yaxşı sən varsan, sevirəm səni.

Yenə ən ədalətli Azərbaycan məhkəməsiunin hakiminə müraciət edirəm. Möhtərəm hakim! Bu aferist cənab əgər arvadı görməyibsə, hardan bilir ki, saçları “zülmət gecədir”? Möhtərəm hakim! Üçüncü misrada ciddi qrammatik səhv var. Yuxarıda da deyilənləri nəzərə alsaq, bu, Baba Vəziroğunu nəinki ali məktəb diplomundan, hətta attesstatdan məhrum etməyə əsas deyilmi?

(ardı var)

19. 09. 2023, Samara

GƏDƏBİYYAT. BABA VƏZİROĞLUNUN BAYIL TÜRMƏSİNDƏN BAŞLANAN «ŞƏRƏF» YOLU

Səndən mənə bir ömürlük xatirə, 

Məndən sənə nə qalacaq, nə bilim? 

Çətin bir də daş üstdə daş bitirəm, 

Niyə uçdu bu qalaçıq, nə bilim… 

 +

Bəlkə bir də yaz olacaq, bilmirəm,
Bir ayrılıq az olacaq, bilmirəm..
Məndən sənə nə qalacaq bilmirəm..
Səndən qalan xatirədir ayrılıq.

Bu iki bəndi diqqətlə oxuyu. Tanış gəlir? Kimin qələmindən çıxıb? Nizami Gəmcəvi? Xaqani? Füzuli? Molla Pənah Vaqif? Səməd Vurğun?

Tapmadınız?

Əslində bu iki bənd iki müxtəlif şeirdəndir. Hər bəndin öz müəllifi var. Birinci bənd Məmməd Arazındır. İkinci – Baba Vəziroğlunun. Bayıl türməsində Baba Vəziroğlu vaxtını boş keçirməyib, oğurluq da öyrənib. Əslində Məmməd Arazın bütün bəndini və qafiyələrini oğurlayıb, ancaq ikinci misranı isə olduğu kimi qatlayıb qoyub cibinə, daha doğrusu, şeirinə.

Əslində hər iki bənd cəfəngiyatdır, çünki Məmməd Arazın qafiyəbazlıqda tayı olmayıb. Ruslarda daha yaxşı söz var: рифмоплет, yəni qafiyə toxuyan. “Qalacaq, qalacıq…” Lər, lər, pəncərələr… Bəs şeir hanı? Şeir yoxdur. Kim kimdən ayrılıb, niyə ayrılıb, nə baş verib – məlum deyil.

Günlər mənə gün yazmağı unutdu, 

Gülüm, günün güllərimi qurutdu. 

Günlərin gün yazmağını necə başa düşək? Kolxozda əmək günü yazırlarmış, kolxozçuya əmək günü yazmağı briqadir unudanda, kolxozçunun evi yıxılırmış…

Günlər necə gün yazır və necə unudur?

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?

Kim kiminlə qumar oynayır? Məmməd Araz sevgilisiylə?  Fikir verirsiniz, Məmməd Araz Əliağa Vahid kimi “peşiman” yazır, çünki qayda ilə “peşman” yazsa, heca sayı düzəlməz…

Məmməd Araz kimi Baba Vəziroğlu da daim ayrılır. Baba Vəziroğlu ilk dəfə Bayıl türməsinə gedəndə ayrılıb, çıxandan sonra permanent ayrılma prosesi yaşayır. Burda gərək Freydi çağırasan köməyə: Babanı məcburi evləndiriblər, Dostoyevskini qəhrəmanı demişkən, “na çujix qrexax”… bu adamda məcburi nikah zəncirlərindən qurtulmaq arzusu ayrılıq şeirləri ilə sublimasiya edilir…

Və Baba Vəziroğlu daim ayrıldığı kimi daim sevir də. Xristianların bir ifadəsinə yaxın düstur: Sevməsən, ayrılmazsan. Xristian deyir ki, günah eləməsən tövbə də eləməzsən. Baba Vəzir oğlu da elə. Çörək ağacı olan ayrılıq mövsusu üçün əvvəl gərək sevə. Çörək, əlbəttə, Baba kimi adam üçün çox təvazölü çıxır, yəqin ki, bu ədəbiyyat aferisti orta əsrlərin məliküşşüarası kimi yaşayır…

Ayrılıq şeirlərindən əvvəl bir sevgi şeirinə baxaq:

Çıx qatar yoluna bahar gələndə…
Şeir uzundur və hər bənd də bu misra ilə başlayır.Təkcə bu misra onu göstərir ki, Zinyət Əlizadə Baba Vəziroğlunu bir vaxt universitetdən qovdurubsa, tamam haqlı olub. Baxın:

Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.

Qatarla göndərilən şeyi almalı olan adam hara çıxır? Qatar yolu nədir – yüz kilometrlərlə, min kilometrlərlə uzanan relslər. Adam bu yolun harasına çıxmalıdır? Bəli, adam qatar yoluna çıxmır, qatarın qabağına çıxır, qatarı qarşılayır. Bu adamın şeir dili bərbaddır, vulqardır və bəsitdir. Baxın, deyir ki, qatar yoluna bahar gələndə çıx, “Mən sənə çiçəkli bahar göndərim”. Əgər bahar gəlibsə, onu qatarla niyə və necə göndərirsən? Özün deyirsən ki, “bahar gələndə”, yəni bahar gəlib. “Çiçəkli bahar” – çiçəksiz bahar olur? Baharda hətta tundra da çiçəkləyir…

“Vüsal meyvəsindən dada bilmədik…”

Təvazökarlıq eləmə, niyə dadmamısan? Bəs səni Bayıl türməsinə niyə basmışdılar? Aha, bu ayrı arvada həsr olunub. Özgə arvadına ya qızına…

Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami, qəmi itirim…

Hansı “qərib axşamı”? Biz bilmirik. Bəlkə ətraflı məlumat verəsən?

Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin

Bayaq qatarla pay göndərirdi, indi məlum olur ki, özü şəxsən “qatar yolu”nda olacaq. Bir vaxt Nəbi Xəzri kimi şairlər deyirdilər ki, külək saçı darayır. Dağılan saçı daramazlar, sığal çəkərlər… Baba deyir ki, külək saçını dağıdacaq, qoy mən darayım. Bilirsiniz niyə görə “darayım” deyir? Çünki, sonrakı beytdə “arayım” olacaq.

Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni…

Bir şey başa düşdünüz? Bir misra əvvəl saçını daradığı arvad hara qeyb oldu? Bəlkə o arvad, o xanım  həmişəlik o qatar yollarında əsir-yesir olmalıdır ki, Baba Vəziroğlu onu kefi, türkün məsəli, qalxanda tapa bilsin?

Yox, bu cəfəngiyatı izah eləmək mümkün deyil!

Elə bilirsiniz Baba Vəziroğlu dəlidir? Yox, Baba əqidəsiz və şərəfsiz adamdır, ancaq rasional adamdır, bilir ki, yazdığı şeir deyil, cəfəngiyatdır. Baba kütləni tanıyır, bilir ki, yazdığı əsl kütlə yemidir, Azərbaycaanda qazancı isə kütlə yemi gətirir…

Baba Vəziroğlunun eşqi-ehtrası soyumaq bilmir. Ayrılsa da, arvadı “bişirməyə” davam edir.

Sənsiz həyat deyil ömür, gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.

İkinci misraya baxın. Bunu neçənci sinif şagirdi yazıb? Zinyət müəllim bunu necə qovmayaydı? “Mənə ürəkdən yanan tək sənsən” – normal cümlə quruluşu belə olmalıdır. Bəs ikinci “sən” burda nə qayırır? “Sənsən sən mənə…”

Saçına əl vurma, aman günüdü,
Mənim əllərimçün darıxacaqdır

Yəni arvadın saçını “qatar yolu”nda darayıb yenə yoxa çıxıb, bəlkə başqa bir arvadın dalınca düşüb. İndi atdığına deyir ki, “Saçına əl vurma, əllərimçin darıxacaqdır”. Bu misraların dil baxımdan yöndəmsizliyini bir yana qoyuram. Bu misralar gigiyenik mülahizələr doğurur. Necə yəni saçına əl vurma? Yəni Babanın əlinin izini qorumaq üçün yumasın? Arvadın başını bit bassın?

İndi bu bayatıya baxın:

Dağlarda qar ətri var,
Bağlarda bar ətri var,

Ölsəm sinəmi yumuyun,
Sinəmdə yar ətri var….

Bu incini  yaradan Azərbaycan xalqı beləmi, bu qədərmi deqradasiya edib ki, Baba Vəziroğlu kimi aferistlərin tükürpədici dərəcədə vulqar misralarına bəh-bəh deyir?

 

(ardı var)

18.09. 2018, Samara

ardı burda: https://xeyrulla.com/2023/09/19/gedebiyyat-bayil-turmesinde-baba-veziroglu-oz-ozunu-oz-koksune-nece-sixirmis/

ZİNYƏT MÜƏLLİM HAQQINDA. AŞIQ AYDIN, BABA VƏZİROĞLU…

Ziynət əlizadə

Dalda oturmağımın iki səbəbi vardı: dərslərə gecikirdim və qabaqda yer qalmırdı; dalda yatmaq olurdu, dərslərin çoxunda isə yuxu basırdı. Qiyabiçinin gündə 6 cüt dərsi olurdu, yəni 12 saat, gecə də yaxşı yatmamısansa, müəllim gözünün içinə baxsa da, yuxu aparır… Dərslərin də çoxu keyfiyyətsiz olduğundan itirilən vaxtı yalnız yuxu mənalı edə bilərdi. Yuxuya getməklə dezodorantın, saç boyasının, ucuz ətirlərin, tütünün, tərin qarışıb yaratdığı cəhənnəmi tərk edirdin…

Yəqin ki, gecikdiyimdən Zinyət müəllimim tanışlıq monoloqunun əvvəlini buraxmışam. Monoloq və ya qiyabiçi kütləsinə müraciəti bu yerindən eşitdim: “Bilirəm necə girmisiniz. Hamınızın dayısı olub, ya da rüşvət vrmisiniz, heç o yan-bu yan eləməyin, yaxşı bilirəm…”

Bunu eşidəndə çox məyus oldum. Zinyət müəllim məni, də özünün beş verdiyi adamı da, qatdı kütləyə… Hətta ürəyimdən keçirdi ki, dalda pərçim olub oturduğum yerdən qalxıb deyəm ki, Zinyət müəllim, bəs yadınızda deyil… Ancaq desəydim, Zinyət müəllimi də, kütləni də özümə güdldürərdim. Bu basabasda kim kimi tanıyır?… Məni bu rüsvayçılıqdan Zinyət müəllimin moloqunu da kəsən hadisə qurtardı. Birdən bərk tappıltı eşidildi. Elə bil ki, sement dolu kisəni ən azı iki metr hündürlükdən atdılar. Qabaqda hay-küy qalxdı, qadınlar qışqırışdılar, ağlaşdılar…Yəqin ki, sarsıntıdan Zinyət müəllimin səsi çıxmırdı…

Aşıq Aydının haralı olduğunu bilmirdim, bəlkə tovuzlu, bəlkə qazaxlı idi, ancaq Bakıda olurdu. Yaxşı saz çalırdı, hamı da ona aşıq deyirdi. Yaşı yəqin ki, otuza yaxın olardı. Aydının ürəyi gedirdi. Ancaq həmişə yox. Hər dəfə sinfə təzə fənnin müəllimi  gələndə həmişə qabaqda, müəllim stoluyla üzbəüz parta dalında oturan Aydın dərs başlayandan beş-on dəqiqə sonra tappıltı ilə az qala müəllimn ayaqları altına yıxılır və ağaca dönürdü. Müəllimlər də, xüsusən, qadınlar, az qalırdılar özlərindən gedələr. Dörd-beş qiyabiçi Aydını çiyinlərinə qaldırır, onu cənazə kimi apararaq dəhlizdə yer tapıb asta-asta enndirirdilər. Aydının özünə gəlməyi yarım saata qədər çəkirdi. Bu müddət ərzində onun keşiyini çəkənlər sonra onun qoluna girir, bəyi toyxanaya gətirən kimi gətirib yerində oturdurdular. Dərsin qalan hissəsində müəllim özünü morqa salınmış kimi hiss edirdi, oğrun-oğrun Aydın tərəfə baxır, tez baxışlarını çevirirdi…

Aydın sözün əsl mənasında universitetdə ürəklə oxuyurdu. Yəni ürəyi ilə. Hansı müəlilim epileptikin xətrinə dəyərdi?

Zinyət müəllim, səhv etmirəmsə, Aydının “tutması”nı şərh eləmədi, yəqin ki, öz mülahizələrinə arxayın deyildi. Ancaq imtahanda suallara cavab verə bilməyən Cəfər adlı tələbəyə Zinyət müəllim qeyri-kafi yazmaq istəyəndə Cəfər sağ əliylə sinəsinn solunu qamarladı, gözlərini axıtdı, başını sinəsinə endirdi. Yenə qadınlar qışqırışdılar ki, vay, Cəfərin ürəyi getdi. Zinyət müəllim özündən çıxdı: “Bu kurs dəlixanadr, nədir? Birinin ürəyi gedir, bir dombalır, biri doğur…”

Zinyət müəllimin iki iradı yüz faiz doğru idi. Üçüncüsündən başqa. Bizdə çoxlu hamilə qadınlar olsa da, hələ doğan olmamışdı…Bəlkə də olub, mən bilməmişəm. Mən dərsdə yuxuya gedəndə bərk yatırdım. Bir dəfə Musa Adilovun dərsində məni oyada bilmirdilər. Bu, ayrı söhbətdir…

 Mən Zinyət müəllim haqqında yazmaq fikrinə düşəndə İnterneti axtardım, ancaq görkəmli pedaqoq və alim haqqında heç nə tapmadım. Onun deputat oğulları anaları haqqında bir abırlı, onun xatirəsinə layiq arayış da hazırlayıb qoymayblar. Mən bir neçə dəfə Zinyət müəllimin haqqında, lənət şeytana, Qurban Məmmədlidən eşitmişəm. Vallah, onun Zinyət müəllimdən nə dediyyini də başa düşməmişəm. Onu başa düşmüşəm ki, Qurban Məmməli Zinyət müəlim, Zinyət Əlizadə, Zinyət xanım demir. Elə “Zinyət”deyir və onun adını elə nifrətlə çəkir ki, eə bil boşanma prosesində sonuncu şalvarını da əynindən çıxarmış, üstəlik onu qardaşlarına da döydürmüş keçmiş arvadından danışır. Çox qəribədir…

Dah çox qəribə odur ki, Zinyət müəllimi Quqlla axtaranda daha çox Baba Vəziroğlunun adı çıxır. “Zinyət Əlizadə böyük şair Baba Vəziroğlunu universitetdən qovdurdu!” – bu cür çığıran başlıqlarla dolu səhifələr İnternetdə çoxdur. Yəni İnternet Zinyət müəllimi xatırlayırsa da, bunu ancaq Babanın xətrinə edir…

Taleyin ironiyası…

Onda bəlkə mən də Baba Vəziroğludan yazım?

Bu günlərdə işığım söndü, iki saat qaranlıqda oturdum. Əslində iki saatın birini. Birdən ağlıma gəldi ki, telefonun işığına kitab oxumaq olar. Qırx il ərzində dönə-dönə oxuduğum “Бесы» romanını vərəqləməyə başladım. Stepan Trofimoviçlə bağlı səhifələri. St. Trofimoviçin himayədarı Varvara Nikolayevna onu evləndirmək fikrinə düşür. Yaşı 60-ı keçiş dostuna tərbiyə edib böyütdüyü gənc qızı vermək istəyir. Evlənmək, özü də gənc qıza evlənmək perspektivi qoca subay Stepan Trofimoviçi sarsıdır, cürbəcür fikirlərə düşür. Və şübhələnir ki, bu iş elə-belə deyil. Yəqin qızın “eybi” var, və onu “özgə günahlarına” evləndirmək istəyirlər. Dostuna şikayətlənir: “Ah, dostum, yəqin ki, uşaqlar da olacaq, əlbəttə, məndən olmayacaqlar, tezliklə başımda  məlum kişi bəzəyi yaranacaq…” (Yaddaşla çevirirəm; məlum kişi bəzəyi – buynuzlar).

1980-ci ildə ya təxminə ona yaxın vaxtlarda az qala bütün ədəbiyyat Bakısı Baba Vəziroğlunun “özgə günahlarına” evlənməyindən danışırdı. Mən bu əhvalatı bir-biri ilə tanış olmayan ən müxtəlif adamlardan eşitmişəm, ona görə səhihliyinə inanıram.

70-ci illərin sonunda gənc Baba Elmlər akademiyasında işləyən, özündn bir neçə yaş böyük qadınla tanış olur və ya bu tanışlığı kimsə qəsdən təşkil edir. Bir az sevişəndən sonra qadın tələb edir ki, Baba onu alsın. Baba, özünün özü haqqında dediyi kimi, qeyrətli bir türk olaraq, yüksək statuslu ədəbiyyat adamının məşuqəsi olmuş qadına evlənməkdən qətiyyətlə imtina edir. Qadın dərhal milisə ərizə verir ki, Baba onu zorlayıb. Və Babaının başını qırxıb  basırlar içəri. İki ya üç ay Bayıl türməsində qeyrətli türk oğlu olduğunu unudan Baba bu fikrə gəlir ki, buynuz gəzdirməyin elə bir çətinliyi yoxdur, həm də buynuzlar real buynuzlar deyil, onlar yalnız məsələdən xəbərdar olanların təsəvvüründədir…

Baba deyir ki, buraxın məni. Razıyam, alıram…

17. 09. 2023, Samara

ardı burda: https://xeyrulla.com/2023/09/18/gedebiyyat-baba-veziroglunun-bayil-turmesinden-baslanan-seref-yolu/

 

ZİNYƏT ƏLİZADƏ. ZİNYƏT MÜƏLLİM HAQQINDA XATİRƏ

Ziynət əlizadə

1974-cü il iyunun 4-də ya 5-də S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan dövlət universitetinin binasını çətinliklə tapıb naşı oğru kimi həyəcandan əsə-əsə içəri girdim və yeddi-səkkiz dəfə qabağıma çıxanlardan soruşa-soruşa imtahan gedən otağa girdim.

Kəndimizdən bir az böyük yerdə indiyəcən azıram…

İçəridə filologoya fakultəsinin qiyabi şöbəsinə ikinci imtahan – Azərbaycan dili və ədbiyyatından şifahi imtahan gedirdi. Mən də beş-altı adamla bərabər bilet çəkib oturdum. Otaqda sakitlik idi. Sükutu yalnız səkkiz ya on uşaq atası olan cəlilabadlı Azadın səsi pozurdu. Gövdəsindən, xüsusən daz başından Zidana oxşayan cəlilabadlı sinif müəllimi tez-tez yerində dikəlir və hamıya müracit edərək yəqin ki, qıraqda da eşidilən piçıltıyla soruşurdu: “Ayə, kimdə Sabirin “Əkinçi”si var?”

Birdən imtahan masası ətrafında da hay-küy qalxdı. İmtahanı iki nəfər götürürdü: orta yaşlı qadın və təxminən 40-45 yaşı kişi. Qadın müəllim imtahan verən qıza səsini ucaldırdı: “Ay qız, sənin cümlə təhlilindən xəbərin yoxur, sən savadsızsan. Sən yazı imtahanından necə beş almısan?” Başını dikəltməyən qız astadan yalvardı: “Xotya bı bir üç verin…” Qadın müəllim lap alovlandı: “Ay qız, sən “xotya”nı mənə azərbaycanca deyə bilmirsən, məndən qiymət istəyirsən? Dur get…”.

Qız çıxdı. Onunla mənim aramda bir nəfər də vardı. Kişi müəllim “müştərini” adıyla çağıranda qadın onu saxladı: “Yox, qoy Süleymanov cavab versin, o da yazıdan beş alıb. Görək necə alıb”.

Ədəbiyyatdan olan sualların heç biri yadımda deyil. Qadın müəllimi əslində cümlə təhlili maraqlandırırdı. Mən cümləni təhlil edib onun suallarına cavab verən kimi qadın müəllim kişi həmkarına dedi: “Yaz “beş”ini”. Kişi müəllim qalxmaq istədi: “Gedim Famili çağırım”. Qadın müəllim səsini yenə ucaltdı: “Sən boyda kişi gedib Famili çağıracaqsan? Yaz “beş”i”.

Kişi itaət göstərib oturdu və imtahan vərəqimə “beş” yazdı…

70-ci illərin əvvələrində guya korrupsiyaya qarşı mübarzə kimi əla qiymət qəbul imtahanlarında yalnız dövlət imtahan komissiyasının sədrinin iştirakı ilə verilməliydi. Famil, bunu sonra bildm, şair və professor Famil Mehdi, ona minnətə getmək istəyən –dosent Cəlal Abdullayev, mənə “beş”i yazdıran isə dosent Zinyət Əlizadə idi.

Zinyət müəllimlə ikinci görüşüm il yarmdan sonra oldu. İkinci kursun qış sessiyasında leksika müəllimiylə aramızda yaranan münaqişədə dekan Əkbər Ağayev tərəfindən hakim təyin edilən Zinyət müəllim işi mənim xeyrimə həll elədi.

Üçüncü kursun yay sessiyasında Zinyət müəllim bizə morfologiyadan dərs deyirdi. Biz qəbul imtahanlarından sonra universitetlə diplom müdafiəsinəcən vidalaşmışdıq, bütün dərslərimiz 225 saylı məktəbdə keşirilirdi. 30 şagird üçün nəzərdə tutulmuş sinif otağına 125-ə qədər qiyabiçi təpilirdi. Bunalrın içində sumo güləşçilərinə oxşayan kişilər və hamilə gəlinlər də vardı… Sinif otağı auditoriyadan çox qaçqın düşərgəsinə bənzəyirdi. İndi bu qaçqın düşərgəsini gözünüzün qabağına gətirin – iyul ayının istisi, qiyabiçilər ac, susuz…. Yazı taxtasının qabağında özünə birtəhər yer eləyib dayanmış Zinyət Əlizadə müəllimdən çox patronaj bacısını xatırlada bilərdi…

Mən də həmişəki kimi oturmuşam lap dalda…

ardı burda:https://xeyrulla.com/2023/09/17/zinyet-muellim-haqqinda-asiq-aydin-baba-veziroglu/

16. 09. 2023, Samara

RÜBABƏ MURADOVA SALYANDA: SAÇLARI TOPUĞUNA DƏYİRDİ…

Rübabə Muradova

“Xeyrulla muəllim, mən sizə deyim ki, Rubabanın çox uzun saçları vardı”, — Sabir müəllim bunu deyib divandan qalxır, otağın ortasında uzun boyunu əyərək bir əlini topuğuna çatdırmaöa çalışırdı. “Vot, do syuda doxodili, ya vam toçno qovoryu”.

Beləcə azərbaycancadan ruscaya keçərək Sabir müəllim mənə uşaq vaxtı gördüyü Rübabə Muradovanı təsvir edirdi. Əgər Rübabənin Salyana İrandan 1946-cı ildə gəldiyini nəzərə alsaq, müğənni gözəlliyi, xüsusən topuğuna dəyn saçları ilə doqquz yaşlı Sabir Talışinskini sarsıtmışdı…

Rübabə Muradovanın Vikipediyadakı bioqrafiyası əməlli-başlı detektiv əhvalatdır. Rusca Vikipediyada yazılıb ki, Rübabə molla ailəsində anadan olub və 1946-cı ildə  Əlibayramlı şəhərinə gəlib. Azərbaycanca Vikipediya atası haqqında və ailənin Şimala haçan və hara gəldiyindən heç nə demir. Ancaq onun guya az müddətdə Sabirabad dövlət teatrında işlədiyi yazılıb.

1946-cı ildə Sabirabadda Dövlət teatrı olub?

Mənin müəllim yoldaşım Sabir Talışinski görkəmli veneroloq Rüstəm Talışinski və əməkdar göz həkimi Klavdiya Fleqontovna Şarovanın oğlu idi. 70-ci illərin əvvəllərindən mən bu ailəyə gedib-gəlirdim və doktor Şarova hər bazar günü məni gözləyir, getməyəndə danlayırdı… Doktor Şarova ilə dostluğumuz bu nadir insan ölənəcən davam elədi…

Həm doktor, həm də oğlu Rübabə Muradovanı Salyanda yaxşı xatırlayırdılar. Necə də xatırlamasınlar? Rübabənin atası göz xəstəxanasının baş həkimi olan doktor Şarovanın yanında feldşer işləmişdi ki, bu özü də bir mini-detektivdir. Sabir müəllim deyirdi ki, gənc Rübabə Salyan küçələrində əri ilə görünürdü, ərinin adı Boris, özü də blond idi…

İndi atasından. Rübabənin ailəsi Salyana gələndən sonra atası yerli məmurlara iş üçün müraciət edir və deyir ki, göz həkimidir, ancaq İrandan qaçanda sənədlərini götürə bilməyib. Doktor Şarovadan xahiş ediblər ki, kişini imtahan eləsin. Klavdiya Fleqontovna yoxlayanda görüb ki, bu adam gözə dərman tökməkdən başqa heç nə bilmir. Mühaciri incitməmək üçün ona xəstəxanada iş veriblər. Gözə dərman tökürmüş…

Doktor Şarovanın dediyinə görə, salyanlılar Xəlil kişiyə sataşırlarmış. “Öz aramızdır, sən yaxşı həkimsən, ya Şarova?” Xəlil kişi də dramatik pauzadan sonra deyirmiş: “ Şarova professordur, mən doxturam…”

Sabirabadda teatrın olmağı ağla batan deyil, ancaq müharibədən sonrakı illərdə Salyanda doğrudan da teatr olub. Əfsanəvi müğənnimiz Qulu Əsgərov sənət yoluna o teatrdan çıxıb. Bakılı aktyor Ələkbər Səfərli arvadı ilə Salyan teatrında işləməyə gəlib və həmişəlik orda qalıb. Rübabə Muradova da Salyan teatrında çalışıb – müddətini deyə bilmirəm.

Əlibayramlıda Rübabə Muradovanın qardaşı və kiçik bacısı olurdu – mən orda oxuyan vaxtlar. Müğənninin qardaşı çörək dükanında işləyirdi.

Rübabə Muradova ölümündən bir az əvvəl – dəqiq vaxtını, təəssüf ki, deyə bilmərəm – Salyanda olmuşdu. Onu doktor Şarovanın yaşadığı bina ilə qonşu ikimərtəbəyə qız toyuna gətirmişdilər. Toy axşam həyətdəki çadırda olmalıydı. Şənliyin başlanmağına bir neçə saat qalmış Rübabə xanım ona yemək çəkiləndə konyak istəyir. “Arxayın olun, içki mənə təsir eləmir”, — deyir. Bir də görürlər ki, müğənni elə oturduğu yerdə yuxuya gedib.Toy başlananacan nə qədər çalışırlarsa, ayılda bilmirlər. Tələsik bir oxuyan tapıb toyu yola verirlər…

Rübabə xanım, nəhayət, ayılanda üzrxahlıq edir. Toy sahibi ona danışdıqları qonorarın yarısını uzadıb deyir ki, sən toyda oxumamısan, bu yarısı bəsindir. Rübabə Muradova pulu alıb cırır və deyir ki, mən bu qədər pulaBakıda ayaqqabımı sildirirəm…

Bu, detektiv deyil, adi əhvalatdır. Həm də doğru əhvalatdır…

12. 09. 2023, Samara

AŞIQ PƏNAH KAZUSU. PƏNAH ÖLÜMÜNDƏN SONRA PİANİNO ÇALMAQ ÖYRƏNİB…

aşıq pənah

Tövrat deyir ki, Tanrı insanı öz surətində yaratdı. Sovet hökuməti də aşıqları öz surətində yaratmışdı: aşıqları 20-ci  illərin qırmızı komissarları, qırmızı komandirləri və çekistləri kimi geyindirmişdilər. Raykom katibləri də, kolxoz sədrləri də  uzun müddət belə geyinirdilər.Və hər bir aşıq ideoloji cəbhənin əsgərləri və komandirləri idilər, onların əsas vəzifəsi şura hökumətini xalqa bəyəndirmək, yarıac-yarıtox əhalini tezliklə komunizm qurulacağına inandırmaq idi. Bu mənada aşıqlarla mollalar arasında ciddi yaxınlıq vardı və onarda ümumi olan təkcə Allahşükür papağı deyildi. Molla öz auditoriyasını axirət, tükənməyən günlərin kef-damaqla keçəcəyi cənnət vədi ilə ələ alırdısa, aşıqlar eyni şeyi kommuniozm vədiylə edirdilər. 50-ci, 60-cı illərin lent yazılarına qulaq asan nabələd adama elə gələr ki, elə o vaxtlar xalq firavan yaşayıb. Pənahın, Şakirin kolxoz, kənd barəsində oxuduğu mahnılarda Salyanın ya Kürdəmirin kəndləri Avropa şəhərlərindən də abaddır…

Başdan-başa şəhər olub ellərim.

Gözəl keçir növbaharı qolxozun

 

Toy paltarın geyib qızlar, gəlinlər,
Səfalıdır hər diyarı qolxozun (kolxoz nədir ki, onun diyarları ola? – X.X.)

Yazıq aşıq Şakir… Yaxşı xanəndə səsi olub, ancaq bolşevik onun başına Allahşükür papağı basıb ki, sən aşıqsan, o yan-bu yan eləmə, gərək kolxozu tərif eləyəsən…

Kommunizmin binaları tikilir.

Düşmənlər baxdıqca bağrı sökülür

Hər otağa elektrik çəkilir,
İşıqlıdır lampaları qolxozun

 

Şakirəm xoş gündə gəldim cahana,

Azadlıq bəxş olub hər bir insana…

İndi Şakir bilə ki, Qubad İbadoğlu damdadır, kəfənini cırardı… Görəcəkli günlərimiz varmış!…

Aşıqların kütlələrdəki səviyyəyə uyğun musiqi təbliğatınının gücü elə böyük idi ki, insanların psixi durumunu kütləvi gipnoz  ya da identikliyin dissosiativ pozulması kimi də qiymətləndirmək olar. Kənd yollarında cırıq rezin çəkmələrlə palçığa bata-bata hərəkət edən kand sakini dirəyə vurulmuş radiodan Şakirin ya Pənahın ifsasında eşidir ki, kəndin yolları güzgü kimi asfaltdır, hər addımda İliç lampaları yanır… Sovet hökumətindən qorxan, Şakiri sevən, radioya inanan kənd sakini çaşıb qalırdı: bəlkə doğrudan da elədir və bu palçıq, bu yamaqlı şalvar, bədənimdə iki-üç həftənin kiri mənim başımın xəstəliyindəndir, bəlkə mən dəli olmuşam?

Salyan-Şirvan aşıqlarının sovet dövründə yazıya alınmış çoxlu mahnılarına qulaq asıb biir mühüm nəticəyə gəlmək olar: “Salyan-Şirvan aşıq məktəbi” sovet ideoloqlarının uydurmasıdır, Aşıq Pənahın, Aşıq Şakirin və onlarla eyni ampluada fəaliyyət göstərmiş yüzlərlə adamın aşıq sənəti ilə heç bir əlaqəsi yoxdur. Aşıq sənətinin iki əsas tərkib hissəsi var: saz ifaçılığı və şairlik. Lap tanınmışları götürsək, nə Pənah, nə də Şakir saz çala biliblər, qiymətli daşlarla bəzədikləri alətlərini yalnız zınqıldadıblar. O ki qaldı şairlirə, onların heç biri mətn yazmayıb. Daha sonra: Salyan-Şirvan aşıqlarının oxuduqları mahnıların melodiyalarının da aşıq musiqisinə dəxli yoxdur. Bu primitiv melodiyalar xalq mahnısı kimi yaranıb, bəzilərini “aşıq proyekti”nin icrası zamanı aferist şairlərin aferist bəstəkar həmkarları qondarıblar. On illərlə Salyan-Şirvan aşıqlarıını oxuduqları, lentə yazdırdıqları havaladan yalnız birini əsl musiqi əsəri saymaq olar: bu, “Şirvan şikəstəsi”dir. Və bu gözəl şikəstənin ifası açıq-aydın göstərir ki, Şirvan, Salyan aşıqlıqğı deyilən şey uydurmadır.

“Şirvan şikəstəsi”nin ən gözəl ifaçılarından biri, zənnimcə, Aşıq Bəylərdir. Alim Qasımovla Aşıq bəylərə Şikəstə ifaçılığında birinci və ikinci yerləri verərdim. İndi baxaq: Alim Qasımov “Şikəstə oxuyanda aşıq olur? Və ya Bəylər Qədirov şikəstə oxuyanda xanəndə olur?

Daha bir sual: “Şirvan şikəstəsi”nin “Qarabağ şkəstəsindən hansı struktur fərqləri var ki, birinci aşıq mahnısı sayılır, ikinci isə daha çox ritmik muğam. Nyə?

Bir yalanı örtmək, pərdələmək istəyəndə yeni yalanlar uydurulur və nətcədə yalandan dağ vurulur. Aşıq Pənahın 90 illik yubley tədbirində çıxış edənlərdən biri deyir ki, Pıhan keçirmiş pianinonun, türkün məsəli, arxasına və hər gün yeni-yeni melodiyalar bəstələyirmiş…

Pəhah piano arxasında. Təsəvvür edirsiniz? Peşə aləti olan sazı çala bilmir, ancaq pianinoda mahnı bəstələyir.

Salyanda bir müəllim vardı: Zöhrab Əliyev. Vaxtaşırı “Kommuunst”, “Sovet kəndi”  qəzetlərində yazıları çıxırdı. Sosialist kəndində insanların necə bəxtəvər yaşadığındn yazırdı. Bir yazısı bizim qonşu kənddəki çoban ailəsinə həsr olunmuşdu. Yazının əvvəlində kəndin geniş asfalt yolları, klub, xəstəxana (heç biri yox idi) təsvir olunurdu. Sonra keçilirdi çoban ailəsinə. Bu ailə ağ xalatda, gözəl şəraitli fermada (əslində dizə qədər zımrıq işində) çalışır, şam yeməyindən sonrahərə bir musiqi alətinin, türkün məsəli, arxasına keçirdi. “B. tarın sədəfli pərdələrində dilə gətirir, Ə. –nin barmaqları pianinonun şirmayı dillərində gəzişirdi…”

1970-ci illərin ortaları, “Komunist” qəzeti…

Aşıq Pınahın ailəsi yöndəmsiz Aşıqlar birliyi ilə birlikdə “Aşıq Pənah” proyektini yeni yalanlarla zənginləşdirəcək, həyat səhnəsindən getməyə qoymayacaq.  Ciddi iş gedir və sürətlə gedir. Aşıq Əlipəanah Pənahov ölümündən sonra pianino çalmağı öyrənib və dərin mənalı yeni şeirlər yazıb və bir gün də yazmağından qalmır…

Salyanın bir saylı məktəbinin şagirdlərində ya da valieynlərində hünər ola, məktəbdən Pənahın adını götürüb qoçulardan birinin adını verələr. Bioqrafiyalarınnda yalan heç nə yoxdur…

Avqust-sentyabr 2023, Samara