Архивы

QURAN ŞEİRLƏRİ: ALLAHIN ADIYLA MALINDAN KEÇƏN 2; 261-262

surə 2 ayə 261

Malından kim keçsə Allah adıyla

Bir dənə bənzər ki, bitər o dəndən,

Yeddi sünbül – yüz dən hərəsində də.

Kimə istəyirsə, artırır Allah.

 +

Keçsə kim malından Tanrı yolunda,

Və danlaq, töhmət də vurmasa əgər,
Allahın o kəsə mükafatı var.

O nə qorxu duyar, dərd bilər nə də.

06. 10. 2022 Samara

QURAN ŞEİRLƏRİ: SƏDƏQƏ HAQQINDA. 2; 263-264

ƏL bƏQARA

Xoş söz, mehribanlıq daha yaxşıdır

Nəinki sədəqə verib kasıba,

Ona tənə, qınaq eşitdirəsən.

Kim sədəqə verib qınasa əgər,

Onun sədəqəsi hədərə gedər.

O kəsə bənzər ki beləsi şöhrət

Eşqiylə malını sərf edər, ancaq,

Nə Axirət bilər, nə də ki, Allah.

Belə bir insansa qayaya bənzər:

Torpaq var üstündə qayanın, hərçənd,
Leysan yağan kimi lüt qalar qaya.

Malını Allahdan lütf qazanmağa,
Kim ki sərf edərsə, təpə üstdəki,

Bir bağa bənzəyər; leysan gedərsə,
İkiqat olacaq onun meyvəsi
Leysan yağmasa da – şeh onun bəsi.

 05. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: VERİRSƏN – YAXŞISINI VER. 2; 267-268

сура 2 аят 267

İman gətirənlər! Öyüddür sizə:

Sədəqə, ianə verirsinizsə
Qazandığınızın, sizinçin ya da

Bitirdiyimizin yaxşılarından

Verin; Elə bir şey verməyin ki, siz,
Əgər özünüzə təklif edilsə,
Ancaq göz yumaraq götürərsiniz.

 +

Şeytan yoxsulluğu sizə vəd edir
Föhşü, simicliyi sizə öyrədir.

Allah hikmət verir kimə istəsə.

Allahın neməti var hikmədəsə.

 

04. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: HAKİMLƏRƏ RÜŞVƏT HAQQINDA. 2; 188

СУРА 2 АЯТ 188

Malınızı yeməyin,
Boş yerə aranızda.

Onu rüşvət verməyin

Məhkəmələrə ya da,

Ki, özgə malına da

Yiyələnib, yeyəsiz,

Bu, günah olan halda.

Bunu bilirsiinz siz.

03. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ORUCLUQ HAQQINDA 2; 183-184

сура 2 аят 183

İman gətirənlər! Sizə orucluq,
Vacib buyurulub, necə ki, sizdən,

Əvvəl gələnlərə qanun olub bu.

Bəlkə də xof olar ürəyinizdə.

+

Bu, ayın müəyyən günlərindədir.

Kimsə sizdən əgər azarlı olsa,
Ya da yol üstəsə, o vaxt qədəri,
Sonra oruc tuta gərək o insan.

+

Belə bir üzrlü səbəb olmadan
Oruc tutmayansa buna əvəz tək

Kasıb insanları yedirdə gərək.

Hansi bir xeyir iş görsə kim haçan,
Xeyrini görəcək özü o insan.

02. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: VALİDEYNƏ HÖRMƏT. 46; 15

сура 46 аят 15

İnsana buyurduq valideyninə

Gözəl münasibət gərək bəsləsin.

Bətnində əzabla daşıyır ana,
Sonra doğmağı da əzablı, çətin.

Süddən ayırınca otuz ay çəkir.
Yetkin qırx yaşına çatır elə ki,

Deyir: “Sövq et, Tanrı, mənim qəlbimi
Valideynimə də, mənə də sonra,
Sənin yetirdiyin nemətə görə,
Minnətdarlıq duyum axıra kimi.

Xeyir işlər görüm sənə xoş olan,
Lütfünü əskiltmə sən də nəslimə,

Sənə üz tuturam, həqir müsliməm”.

01.10. 2022, Samara

 

QURAN ŞEİRLƏRİ: BAŞQASINA GÜLMƏK VƏ LƏQƏB HAQQINDA 49;11

49 СУРА

İman gətirənlər! Qoy kişilərdən
Biri digərinə gülməsin heç vaxt.

Qadın da qadına; lağa qoyulan,

Yaxşıdır bəlkə də lağa qoyandan.

 +

Möminlər! Bir kişi gərək heç zaman,
Başqa bir kişiyə  gülməyə gərək,

Qadın da qadına; lağa qoyulan

Yaxşıdır bəlkə də lağa qoyandan.

Kiməsə ayıb ad, ləqəb verərək,
Özünü alçaldar, bilin, müsəlman!

30. 09. 2022, Samara

“AH, YENƏ BAŞLANDI YAĞIŞ MÖVSÜMÜ…”

  U LENİ. KİNO       

leytenant kəndçimiz Hüseyn Bədəlova

 

Ah, yenə başlandı yağış mövsümü,

Hey yağır andır bir ara vermədən.

 +

Gözlə görünmür giləsi, damlası,
Şırnaq ilə sanki axır vedrədən.

 +

Rəngi haçandır ki, açılmır göyün,

Qeyz ilə buz tək suları əndərir.

 +

Çox küçədə göl yaranıbdır dərin,

Var hünərin – keç dizəcən girmədən.

 +

Çətrini dartıb çevirər tərsinə,

Tərs külək əssə, gedəni büdrədər.

 +

Ah, bu yağışlar şəhərə neyləyər? –

Leysan özü burda bir əyləncədir.

 +

Gör nə qədər indi igid soydaşım,
Postda durubdur, ya da səngərdədir!..

 

29. 09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: YAXŞI VƏ PİS. 41; 34-35

сура 41

Bərabər deyildir yaxşı ilə pis

Yaxşıya güvənib pisi rədd elə.

Elədə səninlə düşmən olan kəs,
Ən yaxın dostuna yəqin çevrilər.

 +

Buna yetər ancaq səbr eləyənlər,
Kim ki, bu dünyaya gəlib bəxtəvər.

29.09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: YARDIM VƏ SƏLƏM. 30; 38-39

CEHF 30

Haqqı olanları ver yaxınlara,

Həmçinin kasıba, yolçuya da ver.

Allahın vəchini axtaranlara,
Bu, xeyir gətirər, edər bəxtəvər.

 +

Artırmaq istəyib malıyla xalqın,

Sələmə versəninz indi nə qədər,

Bilin ki, yanında artmaz Allahın.

Allahın vəchinə ümidlə əgər,

Kim zəkat verərsə, o, qat-qat artar.

 

28. 09. 2022, Samara