Əkrəm Əyilisli “Daş yuxular” romanının erməni nəşrini vərəqləyir və qəmli-qəmli başını bulayaraq deyir:
— Eh, bu millətçi azərbaycanlılar bizi elə sıxışdırdılar ki, öz kitabımı ana dilində oxuya bilmirəm…
Əkrəm Əyilisli “Daş yuxular” romanının erməni nəşrini vərəqləyir və qəmli-qəmli başını bulayaraq deyir:
— Eh, bu millətçi azərbaycanlılar bizi elə sıxışdırdılar ki, öz kitabımı ana dilində oxuya bilmirəm…
Əkrəm Əylisliyə qoşulub ermənilərə olan sevgilərini ifadə edən “liberal” bakılı cavanlar (20-35 yaşlılar) məxsus olduqları milləti “bu millət” adlandırırlar. Və əslində “Bu” əvəzliyi ilə özləri ilə millət arasında məsafə yaradırlar. Yəni millət zibildir, onlar isə bu zibilin içində qızılgül kimi boy atıb böyüyüblər və xarıci kömək axtarırlar ki, onları bu zibilidən qoparıb nəcib bir yerə əksin…
“Bu millət üçün heç yazmaq lazım deyil!” –Bunu deyən xanım sanki “Hərb və sülh romanını yazmağa hazırlaşırmış, millətinin vəhşiliyini görüb qələmi qoyub yerə…
Və dediyimiz yaşda olan bakılı gənclər nə müasir dövrün azdalıq hərakatında iştirak ediblər, nə Qarabağda vuruşublar. Qız qalaasını, Şirvanşahlar sarayını onlar tikməyiblər. “Koroğlu”nu da onlar yazmayıblar – nə dastanı, nə operanı… Və dastanı da, operanı da yaradanlar “bu millət” deməyiblər. Ancaq onların haqqı olub ki, Andrey Platonov kimi “Без меня народ неполный» desinlər…
Yüz ildən sonra – yəni haçan? 2006-cı ildə?
Mirzə Cəlil həmişə başa düşülüb, belə olmasaydı, onun həhtəlik jurnalı uzun illər ərzində nəşr oluna biıməzdi. Onu başa düşməyənlər yox idi, eşitmək istəməyənlər vardı. Ona görə Mirzə Cəlil deyirdi: Sözünü o adamlara de ki, səni eşitmək istəmirlər.
Mirzə Cəlil Əkrəm Əylislidən fərqli olaraq qondarma parlament deputatı olmayıb, müstəbid prezidentdən belini əyə biləcək ağırlıqda ordenlər və təqaüd almayıb, oğlunu da gömrükdə ən yağlı yerə düzəltməyib. Bunlar bir yana, Mirzə Cəlilin “Kamança” pyesini və Əylislinin “Daş yuxular” romanını oxuyan hər kəs belə fikirləşə bilər ki, bu iki yazıçı bir millətdən ola bilməz…
O ki qaldı Əylisliyə havadar çıxan Bakı “leberal-demokratlarına” və hər cür qrantyeyən zümrəyə, onların bəlkə də hər kəsi, hətta Andraniki də müdafiə etməyə haqları var. Ancaq qoy Mirzə Cəlilin adını bura qatmasınlar…
Səməd Vurğun deyir: “Mənim babam olmuş 26-lar” və əlbəttə, Stepan Şaumyanı, baş komissarı nəzərdə tutur. Ancaq Səməd Vurğun anadan olanda Şaumyanın 28 yaşı varmış, belə çıxır ki, o, Səməd Vurğunun babası yox, atası ola bilər. Misra da belə olmalıdır:”Mənim atam olmuş 26-lar”…
Ata ya baba – maraqlı burasıdır ki, xalq şairi Səməd Vurğunla xalq yazıçısı Əkrəm Əylisli qohum çıxırlar…
Azərbaycan yazıçılar birliyi Əkrəm Əylislinin ermənipərəst romanıyla əlaqədar olaraq Azərbaycan ədəbiyyatında fövqəladə vəziyyət elan edib və Anarın səlahiyyətini on il də artırıb.
Əkrəm Əylisli:
— Kirvə, mənim 30 draxmımı haçan göndərəcəksiz?
Serj Sarqsyan:
— Kirvə, ürəyini sıxma, göndərəcəyik, başımız bir az qarışıqdır, bir namizədi gülləynən vurublar…
Əkrəm Əylislinin son iki videomüsahibəsinə (“Azadlıq” və “Amerikanın səsi”) baxıb təəccüb edirsən: bu kişi özünü təlxəkliyə qoyub ya doğrudan da ağlını itirib: “Mən ermənilərə mesaj göndərirəm”. (!) Ermənilər Ağdamın, Zəngilanın adını dəyişiblər, Zəngilanda təzə kilsə tikiblər, küçələrdə erməni uşaqları marş keçirirlər – bu onlara mesaj göndərir! Mesajı qalib tərəf göndərər, ərazisinin dörddən birini itirən tərəf mesaj göndərirsə, biabırçı məğlubiyyətiylə barışdığını etiraf edir…
Əkrəm Əylisli “Hacı Murad” povestini xatırladır və bununla özünü Lev Tolstoyla bir sıraya qoyur – yəni Əylisli təvazödən ölməz…Lev Tolstoy böyük imperiyanın yazıçısıydı və imperatordan artıq nüfuzu vardı, ona görə soyqırıma məruz qalan az saylı dağlı xalqlara “mesaj” göndərə billərdi. Müharibəni rüsvayçı şəkildə uduzmuş, misilsiz itkilər vermiş xalqın yazıçısından qaliblərə göndərilən mesaj işğalçı əsgərin çəkməsindən öpmək kimidir…
Erməni prezidenti S. Sarqsyan bildirib ki, Əkrəm Əylisliyə siyasi sığınacaq verməyə hazırdır və hətta ona Kovsakan ( Zəngilan) rayonunda yaxşı bir ev də təklif edib…
Bakıda Əkrəm Əylislinin evinin qabağında aksiya keçirilib. Aksiya iştirakçıları özləriylə İran istehsalı olan barmaqkəsən maşın gətirblər ki, yazıçının “Daş yuxular” romanını yazan barmaqlarını kəssinlər.