
Не ругайтесь. Такое дело!
Məni danlamayın. Belə gəlib iş!
Uzağam həmişə söz alverindən.
Mənim qızıl başım elə bil şişib,
Dayanmır çiynimdə ağırlığından.
Nə kəndə sevgim var, nə də şəhərə,
Başımı götürüb aparım hara?
Saqqal uzadaram, atıb hər şeyi,
Rusu səfil kimi mən dolaşaram.
Tamam unudaram şeri, kitabı,
Torbam da dalımda bir dilənçi tək,
Çünki bu çöllərdə hamıdan artıq,
İçki düşgününə oxuyar külək.
Gələr soğan iyi, turp iyi məndən.
Gecə sükutunu pozub ucadan
Burnumu ovcuma arıtlaram mən.
Gicliyə qoyaram özümü hər an.
Elə mən istəyən uğurdur bu da:
Bayılım, boranı eşidim ancaq.
Yaşaya bilmərəm mən bu dünyada,
Hoqqalar olmasa çünki bu sayaq.
1922
Ruscadan tərcümə
09. 06. 2019, Samara
Не ругайтесь. Такое дело!
Не торговец я на слова.
Запрокинулась и отяжелела
Золотая моя голова.