Архив тегов | Смотрю на женщин как смотрели встарь

BELLA AXMADULLİNA. «KEÇMİŞDƏ BAXILAN TƏK BAXIRAM QADINLARA…»

Keçmişdə baxılan tək baxıram qadınlara,

Dərin bir ehtiramla, baxış yayındırmadan.

Necə xoşa gələndir oturub-durmaqları,

Başlarını əyməyi, əl işi görən zaman.

 +

Yaxın sayıram ancaq kişi tayafasını mən,

Ona xas düşüncələr, savaşlar və hoqqalar,

Ağırlığı altında qırışların əyilən,
Alınlarında necə gözəllik, əzəmət var.

 +

Kişi – döyüşçü, kişi —  yaradır kitab, elm.
Ali bir oxşarlığı iddia eləyərək,

Mən də nəcibliyimlə, sənətkarlığımla həm

Fikrim var çatam kişi mərtəbəsinə gərək.

 +

Mən onların tayıyam. Zaman olub ki, bəzən,

Sınq-salxaq bir taxtın üstündə çömbələrək,

Enməməkçin arada olan fərqə qədər mən,

İçmişəm, geri atıb başımı kişilər tək.

 +

Eyni şərəf, məhkəmə bizi sonda gözləyir,
İşləmişik bərabər ciddi və bacarıqla.

Açıb buna əks olan mahiyyəti elə bil,

Zəng kimi cingildəyir qulaqlarımda sırğa.

 +

Və bu cingiltilədə — pərişanlıq və qüssə, var

Bir uşaq zəifliyi, müdafiəzisliyi,

Kişi çiyinlərinə eləyirəm etibar,

Bərabərsizlikdəki əzablı şirinliyi.

1960-61

ruscadan tərcümə

18-19. 10. 2024, Samara

++++++++++++++++++

БЕЛЛА АХМАДУЛЛИНА

 

Смотрю на женщин, как смотрели встарь,

с благоговением и выжиданьем.

О, как они умеют сесть, и встать,

и голову склонить над вышиваньем.
Читать далее