əvvəli burda: https://xeyrulla.com/2024/10/23/peygember-aiseni-bosaya-bilerdimi-yox-i/

İngiliscə Vikipediya müxtəlif mənbələrə istinadla yazır ki, Aişə Mədinəyə qayıdandan sonra xəstələnir və hiss edir ki, Məhəmməd ona qarşı çox soyuqdur. Haqqında yayılan şayiəni üç həftə sonra “çöldə su başına çıxıb qayıdarkən” ona Umm Mustah danışır. Aişə anasının yanına gedib ondan nə danışıldığını soruşur. Anası deyir: “Qızım, sakit ol, gözəl qız başqa arvadları olan kişiyə ərə gedirsə, o biri arvadlar onda hökmən eyib tapacaq”.
Arvadının günahsızlığından arxayın olmayan Məhəmməd Usama ibn Zeydin və Əlinin fikrini soruşur. Usama Aişənin günahsızlığına zamin durur. Əli deyir: “Qadınlar boldur, sən asanlıqla ona əvəz taparsan.” Əlinin təklifi ilə Aişənin kənizindən soruşurlar. Kəniz deyir ki, xanımından ancaq yaxşı danışa bilər, bircə şeydən başqa: Aişəyə xəmirə baxmaq tapşırılanda o, mürgüləyib, qoyun gəlib xəmiri yeyib… (mənbələr: əl Şati, Glabb)
(Qoyun xəmir yeyir?)
Məhəmməd Aişənin valideynləri ilə görüşür, tövsiyə edir ki, əgər Aişə günah edibsə, boynuna alsın, Allah rəhmli və bağışlayandır. Ancaq qalmaqaldan bir ay keçməsinə baxmayaraq, Aişə təkid edir ki, günahsızdır. O, düşdüyü vəziyyəti Yusifin başına gələnə oxşadır, Yusif də doğrunu deyirdi, ancaq ona inanmırdılar…
İngilis Vikipediyası yazır ki, az sonra Məhəmməd trans yaşadı və ona Aişənin günahsızlığını təsdiq edən ayələr gəldi…
Məhəmmədin düşdüyü vəziyyət, yumşaq və russayağı desək, həsəd aparılası deyil.
Mən mömin deyiləm, hərçənd heç bir möminlərin dini hisslərinə toxunmaq niyyətində deyiləm, niyyətim öz fikrimi bildirməkdir. Mən boyunbağı söhbətinə inanmıram, peyğəmbərin və ali baş komandanın arvadının kəcavədən heç kim görmədən çıxıb “su başına”, özü də tək getməyi mümkün deyil. O qırışmal ibn Muattalla aralarında nə olub, məni az maraqlandırır. Ona əminəm ki, Məhəmməd arvadının günahsızlığına əmin olmayıb və ona vəhy-zad gəlməyib. Buna inananlara məsləhət görürəm ki, dünya okeanının dibində çəkilmiş filmlərə baxsınlar: okeanının içi də, dibi də o qədər mürəkkəb və zəngindir ki, yerüzünün həyatı onunla müqayisədə uşaq bağçasına bənzəyir. Və sözlə ifadə oluna bilməyən bu həngaməni yaradan Qüvvə Məhəmmədi şübhədən çıxarmaq üçün ona ayə göndərməliydi? Biz buna inanmaqla Yaradanı, Tanrını, ali Qüvvəni kiçiltmirikmi, alçaltmırıqmı?
Peyğəmbərin çəkdiyi əzabları …Uilyam Şekspir təsvir edib. “Otello” faciəsində. Hərçənd biz, yəni tamaşaçılar və oxucular, bilirik ki, Dezdemona günahsızdır…
“Qeysərin arvadı şübhədən kənar olmalıdır” – bunu Yuli Sezar məhkəmədə arvadı Pompeyanı boşamağının səbəbii izah edərkən deyib.
Məhəmməd Aişəni boşaya bilərdimi?
Yuli Sezardan fərqli olaraq, Məhəmməd qızğın ərəb temperamentlidir, qəzəbində də, sevgisində də, qısanclığnında da qızğındır. Gənc arvadı ilə fatal bağlılığını biabırçı qalmaqal sarsıda bilmir. Hərçənd peyğəmbər sevgisini ürəyindən və qızğın qanından qovub çıxarsaydı da, Aişəni boşaya bilməzdi.
Aişə Əbu Bəkrin qızıdır. Əbu Bəkr islamı ilk qəbul edənlərdn biridir, Məhəmmədin yaxın dairəsində olanların çoxu da Əbu Bəkrin təbliğat və tövsiyəsi ilə İslamı qəbul etmişdir. İngilis Vikipediyasında oxuyuruq: “O (Əbu Bəkr) Məhəmmədi Mədinəyə hicrdə müşayiət etmiş, onun cangüdənlərindən biri olmuşdur. Məhəmməd olmayanda Əbu Bəkr ibadətə rəhbərlik edirdi.
(Azərbaycanca Vikipediyada oxuyuruq: “Mədinədə Əbu Bəkr Məhəmmədin dəstəsinə qoşulub və icmaları üçün təhlükə yaradan müşriklərə qarşı döyüşlərdə həmişə topuğuna tüpürüb qaçmışdır.” https://az.wikipedia.org/wiki/%C6%8Fbu_B%C9%99kr)
Çox təəccüblüdür.)
Belə bir adamın qızını boşamaqla (zina ittihamı ilə!) Məhəmməd yeni formalaşmaqda olan icmanın sütunlarından birini yıxmış olardu. Əbu Bəkr qızının zina etdiyini qəbul etsəydi də, reputasiyanı silinməz ləkə düşəcəkdi. Məhəmməd gənc arvadına olan bütün sevgisinə baxmayaraq, boşamaqla onun zinakarlığını təsdiq etmiş olacaq, arvadı gəzəyən kişi kimi hörmətdən düşəcəkdi.
Yaranmış sitüasiyadan şərəfli çıxış yolu yox idi. Buna görə də Məhəmməd sınanmış üsula əl atır. Ona Allah tərəfindən Aişənin günasiz olduğunu təsdiq edən vəhy gəldiyini elan edir….
Kaş belə vəhylər indi də və indiki kişilərə gələydi. Nə qədər səbəbsiz şübhəyə düşən kişi arvadını bıçaqlayır, baltalayır, boğur… Cavan arvad məhv olur, qatil türmədə çürüyür, körpələr yetim qalır…
Sə ey müsəlmanların Allahı, peyğəmbərinə göndərdiyin vəhylərdən yenə də göndər, yoxsa bu yazıq arvadlar qırıldı getdi…
Aişə haqqında İngilis Vikipediyasından:
“Onun (Aişənin) qoşunları Bəsrəni zəbt edəndə o, əmr etdi ki, 600 müsəlman və Hakim ibn Jabala daxil olmaqla daha qırz nəfr edam edilsinlər. Onlar Bəsrənin Böyük Məscidində öldürüldülər.
Əli tərəfdarlarını yığdı və Bəsrədə Aişənin qüvvələri ilə döyüşdü. Dəvə döyüşü adlanan savaşa Aişə dəvənin belindəki hovdaxdan rəhbərlik edirdi. Aişənin qoşunu məğlub oldu. Təxminən 10 min müsəlman həlak oldu. Bu, müsəlmanların müsılmanlarla ilk savaşı sayılır”
Azərbaycan Vikipediyası isə belə yazır:
“Aişə rəvayət edir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) ona buyurdu: «Ya Aişə! Bu Cəbraildi, sənə salam söyləyir». Aişə: «VƏ ALEYHİS SƏLAMU VƏ RAHMƏTULLAHİ – Allahın salamı və rəhməti onun üzərinə olsun» deyə cavab verdim.”
Cəbrayıl salam deyir… Adam az qalır gülməkdən ölsün…
Bunu oxuyanda salyanlı mərhum molla Ağappa yadıma düşdü. O, Allahın Musanı çağırdığını belə danışırdı: “Musa qorxub qaçmaq istəyəndə Allah qışqırdı: Ala, Musa, ala, Musa…”
24. 10. 24, Samara