Архив тегов | ATV kanalı

EYNULLA FƏTULLAYEV GƏNCLƏRİMİZİ BALTALANDIRIR

Azərbaycan televiziyası ilə Eynulla Fətullayevin filmləri göstəriləcək — bu filmlər Qərbdə — Skandinaviya ölkələrində, Fransada, Almaniyada və başqa yerlərdə insan haqlarının pozulmasından söhbət gedir. Gözləmək olar ki, bu filmlərə baxandan sonra çoxlu Azərbaycan gənci silahlanıb həmin ölkələrə insan haqları uğrunda vuruşmağa gedəcəklər, yəni bundan sonra Suriyaya, İraqa yox, Qərbə yollanacaqlar. Yəqin ki filmlərin anonsununu eşidən kimi gənclərimiz silahlanmağa başlayıblar. Ola bilsin ki, mağazalarda balta satışı birə yüz artıb…