Архив тегов | Axmatova

Anna AXMATOVA. GÖZÜNÜ ÜZMƏDİN…

 

                                                 Долгим взглядом твоим истомленная,
                                                    И сама научилась томить.
Gözünü üzmədin – üzüldü bu can,

Özüm də oldum axırda can üzən.

Yaranmışam sənin qabırğandan –

Eləsə sevməyim səni necə mən?

 

Bacı olum sənə — sevimli, əziz,

Beləydi taleyin əzəl yazısı.

Mənsə oldum sənin məkrli, həris,

Və şirindən şirin kölən, kənizin.

 

Fəqət o anda ki, halsız, müti,

Başım düşür o qardan ağ döşünə,

Gör necə şadlanır sənin müdrik,

Ürəyin – doğma yurdumun günəşi!

 

1921

tərc.: mart 1989, Samara

ANNA AXMATOVA. PƏRDƏ YOX İNDİ PƏNCƏRƏMDƏ…

 

Я окошко не завесила…

 

Pərdə yox indi pəncərəmdə mənim,

Elə birbaş otağa boylan sən.

Heç bilirsən niyə könlüm sevinir? –

Məni qoyub gedə bilmirsən.

 

Mənə “qanunpozan” de, incimirəm,

Acığından ələ salıb oynat.

Axı məndim sənin canındakı qəm,

Məndim haram qatan sənin yuxuna.

1916

 

tərc.: 02-04-1989, Ərəbqardaşbəyli

 

 

Anna AXMATOVA. DAHA GƏLMƏZ NƏFƏSİN…

 

Не бывать тебе в живых…

 

Daha gəlməz nəfəsin,

Qalxmazsan qardan

İyirmi səkiz süngü,

Beş güllə yaran.

 

Tikirdim bu sovxanı,

Yar yaraşığı.

Sevir, ah, sevir qanı,

Rus torpağı.

 

1921

Anna AXMATOVA REKVİYEM

Anna AXMATOVA REKVİYEM.