Bir neçə ay əvvəl FB-da mənimlə dotstluqda olan “rusdilli” bakılı gənc qadının səhifəsində (əsli salyanlıdır) azərbaycanlıların fiziki qusurlu olduqları müzakirə edilirdi. Müzakirə mövzusu əsasən kənd azərbaycanlıları idi: oğlanlar balacadırlar, əyri-üyrüdürlər. Mədəniyyətsizliklərindən isə danışmaq artıqdır…
Mən o qadını izləmirəm, yəni əbunədən silmişəm, indi nəyi müzakirə etdiyini bilmirəm. Ancaq istərdim ki, indi üzlərini, saçlarını boyadıb ağartmış, özlərini rusluğa qoymuş bu qadınlar indi yaxşı fikirləşsinlər ki, hnsı ölkədə yaşayırlar, hansı xalqa mənsubdurlar və onların “rusdilli”, “mamlı-matan” həyatını kimi qoruyur və onların qara qəpiyə dəyməyən həyatları uğrunda kimlər ölür!
Baxın, ölənlər kənd uşaqlarıdır! Lənkəranın Vilvan kəndi yanvardan bəri iki şəhid verib! Tərtərlilər, sabirabadlılar, neftçalalılar, zaqatalılar onlara Bakıda əyri baxan, onları həqarətlə “azsektor” adlandıran “rusdilli” mamlımatanlardan ötrü, gecə klublarında keflər çəkən, gündüzlər bahalı maşınlarda fironluq edən “mama oğulları”nda ötrü ölürlər!
Bəlkə ölkə bundan sontra ayıla? Ölkəni ermənilərdən azad etmək eşqiylə yaşaya-yaşaya xalq yaddilli, yad məfkureəli, özünü fəxrlə “russkoyazıçnı” adlandıran zümrənin yanında ikinci dərəcəli zümrəyə çevrilib.
Ölənlərin siyahısına bir də baxın, görün kim hardandır. Bütün millət o kənd uşaqlarının xatirəsi önündə xəcaət hissi keçirməlidir.