
Rüfət Muradlı otuz günlük həbsdən buraxılıb. Türmə yaxınlığında onu jurnalistlər qarşılayırlar. Hamısı soruşur ki, Rüfət bəy, telefonunuzu qaytardılarmı. Rüfət (bəy) də cavab verir ki, qaytardılar.
Məətttəl qalmışam: biri soruşmur ki, Rüfət (bəy), bığını neləmisən? Bığın müsadirə olunub? Bığına həbs qoyulub? Və ya bığın yapışdırma bığ imiş, türmədə qoparıb atıblar? (Qaydayın «Brilyant əl» filminə baxanlar çox olar. Semyon Semyonıç Lyoliklə əlbəyaxa olanda birdən deyir? «У вас усы отклеились». Yəni sizin bığınız qopub».)
Heç kim soruşmur…
“Brilyant əl” filmində bığla bağlı daha bir səhnə var. Restoranda naməlum bir kişi Semyon Semyonıça ilişir ki, “Дурик, зачем ты усы сбрил?» Yəni “gicbəsər, bığını niyə qırxmısan”?
Mən də çox narahatam, bir salyanlı kimi yerlimdən soruşmaq istəyirəm: “Ala, bığnı niyə qırxmsan?”
Rüfət Muradlı jurnalistlərə “məslək əxlaqından” danışdı. Çoxlu partiya dəyişmiş, İqbal Ağazadə, Zəlimxan Məmmədov kimi başıpozuq adamlarla çaşqa-loşqalıq eləmiş adamın “əqidə əxalaqı”ndan danışmağı bir az yaxşı deyil. Çox yox, bir az…
Ancaq bu bığ məsələsi mənə rahatlıq vermir. İndiyəcən türməyə bığlı girib bığsız çıxan olmuşdu?
Bığ qalsın, son vaxtlar tutulanlardan daha kimi otuz günə buraxıblar?
Çox şübhəlidir…
Bığ, əlbəttə, düzələn, yerinə gələn şeydir. Ancaq o Rüfət Muradlının dediyi, ancaq özündə olmadığı şey – “əqidə əxlaqı” gedəndə birdəfəlik gedir…
Mirzə ƏLİL
01. 01. 2024, Samara