Архив тегов | çən

TYÜTÇEV. Oyna, oyna, başın üstündə hələ…

Oyna, oyna, başın üstündə hələ,

Səma təmiz nə qədər ki, yox çən.

Oyna adamlarla, talelə,

Bir həyatsan ki, qismətin həmlə,

Fırtına təşnəli ürəksən sən.

 

Üzülüb güssəli xəyallardan,

Necə tez-tez sənə nəzər salıram,

Və baxışlarda göz yaşıyla duman,

Niyə? Bir şeydə bənzərikmi bu an?

Həyatın öndə, mənsə ixtiyaram.

 

O günün ki, təzə qalxıb oyanar,

Duymuşam sübh xumarlıqlarını,

Fəqət bu gec və dəli tufanlar,

Bu ehtiras ki, göz yaşında yanar –

Bunlara dözməyə yoxdur qərarım.

 

Öz bahar dövrünü xatırlarsan,

Yay atəşində yaxılsan bəlkə.

Ah, salıb sən yada o vaxtı da an,

Bir yuxu tək, necə ki, dan yanacan,

Dumanlarında xəyalın çəkilər.

25.07.1861