Gözləriniz aydın! Ermənilər Qarabağı qaytarırlar!
QazTV-nin xəbərinə görə, möhtəşəm “Qarabağ” komandası Kopenhagendə uduzub böyük qələbə qazanandan sonra Serj Sarqsyan möhtəşəm prezident İlham Əliyevə zəng edib deyib ki, kirvə, bu həngamədən sonra daha Qarabağı saxlaya bilmərik, qaytarırırq sizin torpaqlarınız.
Qarabağın qaytarılmağı belə olacaq: Qrup oyunlarındakı hər qələbəyə bir rayon qaytarılacaq. “Atletiko”nu uddun – Zəngilan. “Çelsi”ni uddun – Qubadlı. Altı qələbə — altı rayon. Qalıq Laçın. Əgər “Qarabağ” qrupda birinci yeri tutursa, Laçın dəhliz qarışıq qaytarılır. İkinci yeri tutarsa, Laçın qaytarılır, dəhliz qalır ermənilərdə.
“Qarabağ” dörddə biri udsa, Şuşa gəlir. Qarabağ yarımfinalı udsa, ermənilər Stepanakerti də verirlər.
Serj Sarqisyan deyib ki, “Qarabağ” Çempionlar kubokunu alsa, ermənilər Yerevanı da azərbaycanlılara verəcəklər.
“Kirvə, özünüz bəs hara gedəcəksiniz”, — möhtəşəm İlham Əliyev soruşub.
“Ay kirvə, hardan gəlmişik, ora, belə cəhənnəmmə, gora!” – Serj Saqsyan ağlaya-ağlaya belə deyib.
Yaşasın “Qarabağ” komandası!
Yaşasın möhtəşəm İlham Əliyev!
Yaşasın Arif Paşayev!
Yaşasın Paşa holding!
Yaşasın məzlum, başıqapazlı Azərbaycan xalqı!
Mirzə ƏLİL