Prezident Əliyev Əylislidən alınmış “ xalq yazıçısı” adını Zəlimxan Yaquba verib. İndi Zəlimxan Yaqub həm xalq şairi, həm xalq yazıçısı, həm də xalq aşığıdır.
Архив тегов | Daş yuxular
SƏMƏD VURĞUNLA ƏKRƏM ƏYLİSLİ QOHUM ÇIXIRLAR…
Səməd Vurğun deyir: “Mənim babam olmuş 26-lar” və əlbəttə, Stepan Şaumyanı, baş komissarı nəzərdə tutur. Ancaq Səməd Vurğun anadan olanda Şaumyanın 28 yaşı varmış, belə çıxır ki, o, Səməd Vurğunun babası yox, atası ola bilər. Misra da belə olmalıdır:”Mənim atam olmuş 26-lar”…
Ata ya baba – maraqlı burasıdır ki, xalq şairi Səməd Vurğunla xalq yazıçısı Əkrəm Əylisli qohum çıxırlar…
TƏLƏSƏN KƏNDİRƏ DÜŞƏR
Jurnalist:
— Əkrəm müəllim, siz ermənilərə mesaj göndərməyinizə peşman deyilsiniz?
Əkrəm Əylisli:
— Yox, bala, peşman deyiləm. Ancaq bir az tələsmişəm. Onsuz da kirvələr gec-tez gəlib oturacaqlar Bakıda. Elə onda mesajımı birbaşa özlərinə çatdırardım…
ƏYLİSLİ ERMƏNİSTANDA NAMİZƏDDİR
Ermənistan Mərkəzi Seçki Komissiyası yaralanmış Paruyr Ayrikyanın yerinə Əkrəm Əylislini Ermənistan prezidentliyinə namizəd kimi qeydə alıb.
ERMƏNİLƏR AĞZININ İÇİNDƏ OTURUB, ONLARA NƏ MESAJ?
Əkrəm Əylislinin son iki videomüsahibəsinə (“Azadlıq” və “Amerikanın səsi”) baxıb təəccüb edirsən: bu kişi özünü təlxəkliyə qoyub ya doğrudan da ağlını itirib: “Mən ermənilərə mesaj göndərirəm”. (!) Ermənilər Ağdamın, Zəngilanın adını dəyişiblər, Zəngilanda təzə kilsə tikiblər, küçələrdə erməni uşaqları marş keçirirlər – bu onlara mesaj göndərir! Mesajı qalib tərəf göndərər, ərazisinin dörddən birini itirən tərəf mesaj göndərirsə, biabırçı məğlubiyyətiylə barışdığını etiraf edir…
Əkrəm Əylisli “Hacı Murad” povestini xatırladır və bununla özünü Lev Tolstoyla bir sıraya qoyur – yəni Əylisli təvazödən ölməz…Lev Tolstoy böyük imperiyanın yazıçısıydı və imperatordan artıq nüfuzu vardı, ona görə soyqırıma məruz qalan az saylı dağlı xalqlara “mesaj” göndərə billərdi. Müharibəni rüsvayçı şəkildə uduzmuş, misilsiz itkilər vermiş xalqın yazıçısından qaliblərə göndərilən mesaj işğalçı əsgərin çəkməsindən öpmək kimidir…
AÇ QAPINI GƏLƏK SƏNİ ÖLDÜRƏK!
Bakıda Əkrəm Əylislinin evinin qabağında aksiya keçirilib. Aksiya iştirakçıları özləriylə İran istehsalı olan barmaqkəsən maşın gətirblər ki, yazıçının “Daş yuxular” romanını yazan barmaqlarını kəssinlər.