Архив тегов | dini şeirlər

MİXAİL LERMONTOV. DUA

LERMONTOV

MİXAİL LERMONTOV

         DUA

                В минуту жизни трудную…

Ömrün çətin anında,

Qüssə sıxsa ürəyi

Sehrli bir duanı,

Dönə-dönə deyirəm.

 

Avazında hər sözün,

Bərəkətli qüvvə var,

Onlardan həzin-həzin,

Pak mələhət yayılar.

 

Gedər qəlbdən asılan,

Daş da, itər şübhə də.

Ağlayır, inanırsan,

Ah, necə xoşdur həm də…

1837

Ruscadan tərcümə

30.11.2017

Samara

ALEKSANDR PUŞKİN. KAZBEKDƏ MONASTIR

ПУШКИН

Высоко, над семьею гор…

 

Kazbek, əzəmətli, şanlı bu çadır,

Silsilə dağların lap başındadır.

Sənin monastırın bulud dalında.

Ölməz şüalarla yanar, parıldar.

Sanki göydə üzən Nuh gəmisidir,

Dağ üstdə ilğım tək görünüb axır.

 

Qəlb necə arzular o qəlbi həddi!

Dərəyə əlvida söyləyib ora,

Azad ucalığa qalxa biəydim.

Göy üzündə, tanrı qonşuluğunda,

Tənha bir hücrəni məskən edəydim.

1829

Ruscadan tərcümə

19.11.17

Samara

 

 

KİLSƏ HƏYƏTİNDƏ QIZILGÜLLƏRİN…

Kilsə həyətində qızılgüllərin,
Ətrindən elə bil nəfəs ləngiyir.

Yeriş yavaşıyır, durub baxırsan,

Güllərin ağına, qırmızısına.

Tutur ciyərini ətir bir anda,

Baxdıqca baxırsan göz ayırmadan.

İndi içəridə ibadət gedir,

Buxurdan qoxusu tutub məbədi.

Sükutu titrədir xorun nəğməsi,

Və yanıb tökülən şamların səsi,

İsanın Tanrıdan doğulduğuna,

Özünün də Tanrı həm olduğuna
Lazarın təzədən dirildyinə,

Qiyamətin doğru deyildiyinə,

İnananlar gedir səcdəyə orda,

Dolur ciyərlərə şirin buxurdan….

Mən — müsəlman oğlu, imanı — şübhə,

Durmuşam ləklərin önündə tənha.

Tanrı ilhamından yaranan gülə,

Yaraşan bir kəlmə sözüm yox belə….

12.09.2017