(ARMFUL)
Düşəni tutmağa əyiləndə mən,
Başqa bir düyunçə düşdü əlimdən.
Şüşələr, kökələr düşür, yox çəmi,
Tutub hamısını sıxam sinəmə.
Hərçənd heç nəyi də atan deyiləm,
Əlimlə, ağlımla, ürəyimlə həm –
Əgər lazım olsa – səy elərəm ki,
Sinəmin üstündə saxlayam yükü.
Əvvəl çömbələrəm düşəni tutum,
Sonra oturaram, dağıdıb bütün.
Yükümü saxlaya bilmədim, indi,
Gərək qaydasıyla yığam yenidən.
1927