Heydər Əliyevin heykəlinə bir cüt söz yazmış gənclərə on il türmə, Müşfiqin heykəlini dağıtmış məmurlara töhmət…
Архив тегов | gül bayramı
AVROPA BİRLİYİ GÜL BAYRAMINA ÜÇ MİLYON YARIM AYIRDI
Avropa Birliyi Azərbaycana 3 milyon yarım avroluq kredit verib. Birliyin Azərbaycandakı nümayəndəsi deyib: «Biz istəyirik ki, böhrana baxmayaraq, bizim verdiyimiz pulla Azərbaycan xalqı Gül bayramını həmişəkindən də geniş və təmtəraqlı keçirsin».
DƏDƏSİNİN MALINDAN…
BAYRAMI GÜL OLAN XALQIN BAŞINA KÜL OLAR…
AZƏRBAYCAN PEYKİNDƏN GÜL NAĞIL
11 may 2013. Bakının küçələrində quruyub zibilə dönmüş milyonlarla gül süpürülüb daşınır. Bunu görən Amerika peyki Azərbaycan peykindən soruşur:
— Şəhərinizdə o qədər zibil hardandır?
Azərbaycan peyki deyir:
— Bu zibili gecəynən bədnam qonşularımız ermənilər gətirib töküblər paytaxtımıza. Qardaş, bacara bilmirik onlarla. Beynəlxalq ictimaiyyət də dərdimizə inanmır. İndi özün gördün nə gündəyik?
XALQ SEVGİSİNİN GÜL KİMİ İFADƏSİ
Azərbaycanda keçirilən sorğulara görə, maya ayındaölkədə doğulmuş qızların doxsan faizinə valideynləri “Bayramgül” adı seçiblər. Təzə doğulan oğlan uşaqlarının doxsan iki faizi isə “Gülbayram” adlandırılıb.
UŞAQ DA TANIYIR…
Dörd-beş yaşlı bir uşaq İlham Əliyevə deyib ki, “mən sizi yaxşı tanıyıram, siz Heydər babanın oğlusunuz” və ağlayıb. Yəni Füzulinin dediy kimi: “Ol dəm ki bu xakdanə düşdü, Halını bilib fəğanə düşdü, Axır günün əvvəl eyləyib yad, Axıtdı sirişk, qıldı fəryad”.
ƏZİZİYƏM SARI GÜL, YARI ODUN, YARI KÜL…
Bu il Azərbaycan məktəblərinin bir hissəsi yanacaqdan korliuq çəkməyəcək. Heydər Əliyevin doğum gününə gətirilmiş milyonlarla gülü qurudub məktəblərə verəcəklər ki, çırpı kimi yandırsınlar.
КОМУ ПОСВЯЩЕН ДЕНЬ ЦВЕТОВ В АЗЕРБАЙДЖАНЕ?
Сегодня в Азербайджане проводится День цветов, на который, по некоторым данным потрачено 50 миллионов манатов. Несмотря на измышления оппозиции о том, что якобы День цветов приурочен ко дню рождения Гейдара Алиева, на самом деле это мероприятие посвящается светлой памяти всех азербайджанских тружеников и торговцев, которые в суровые бецветные советские годы обеспечивали все крупные города Советского Союза, особенно Москву и Ленинград, гвоздиками.
AZƏRBAYCANDA ALTERNATİV TURP BAYRAMI
Azərbaycanda indi rəsmi Gül bayramıyla yanaşı alterntiv Turp bayramı da keçirilir. Çünki mərhum Heydər Əliyev Azərbaycan Kommunust Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu vaxtlar turpçuluğun inkişafına çox diqqət yetirib. Azərbaycanda əkinə yararlı bütün sahələrdə pambıq, tütün əkildiyindən Heyər Əliyev məcbur olurdu ki, turpu elə adamların başında əkdirsin. Sizə deyim ki, Mirzə Əlilin də başında o zamanlar çox turp əkilib, ağrısı-əziyyəti çox olsa da, millətin başı yaxşı turp məhsulu verirdi. Təsəvvür edin ki, uzun illərdən bəri Rusiyada yaşasam da, hələ də başımda yabanı turp çıxır. Ona görə daim papaq qoymağa məcburam, bəziləri burda fikirləşirlər ki, bəlkə də mən keçələm. Saçımı da rus xanımlarına vurdurmuram, burda millətdən olan bir dəllək var ona burdururam. Dəllək də mən yaşda olar, onun da başında bir vaxtlar Əliyev turp əkib, yəni ikimiz də bir gündəyik…
Turp bayramınız mübarək olsun!
Mirzə ƏLİL
10.05..2013 Samara

