Архив тегов | Hacıbaba Hüseynov və Sara Qədimova

HACIBABA HÜSEYNOV: MÜƏLLİMİN BAŞINA MASA VURUB? BƏLKƏ STUL?

Rus bardı Vladimir Vısotskinin səsindən danışanda “голос с хрипотцой» deyirlər – yəni xırıltılı səs yox, bir az xıtrıltısı olan səs. Vısotskini məxməri baritonla ya tenorla təsəvvür etmək mümkün deyil

Bizim Hacıbaba Hüseynovun da səsinin məlahəti və şirinliyi də qismən xırıltılı olmağındadır. Məxməri səslə Hacıbaba Hüseynov da çoxlu Qarabağ xanəndələrindən biri olardı, özü də ən yaxşılarından yox, çünki səs diapozonu ona qarabağlılarla və ya salyanlı Qulu Əsgərovla müqayisədə şans verməzdi.

Ancaq demək lazımdır ki, Hacıbaba Hüseynova səs tembri ilə oxşayan ən azı bir görkəmli xanəndə var – bu, Zülfü Adıgözəlovdur. Zülfü Adıgözəlov ustad müğənni olub, ancaq ifasında Hacıbaba Hüseynovda olan şirinliklər yoxdur.Hacıbaba Hüseynovun da 60-cı illərdə yazılmış ifalarında sonralar onu hamıdan fərqləndirən, tədricən yaranan Hacıbaba məktəbinin əsasında duran muğam improvizələri, şirinliklər yoxdur. Bunlar sonralar, 70-ci illərin ortalarından yaranır.Yaşı əllini haqlayanda xanəndə səsinə sərbəstlik verir, ştamplardan qaçır, muğam ifasına estrada elementləri gətirir. Həm də nəzərə almaq lazımdır ki, Hacıbaba qarabağlı, salyanlı, şamaxılı, kürdəmirli deyil bakılıdır. Bakı toylarında müğənni həm də qonaqlarla him-cimlə, göz-qaşla kontaktda olan estrada ustasıdır.

Hacıbaba Hüsenovun oxuma maneri, texniki yeniikləri onun adıyla məktəb yaradır. Tələt Qasımov, Razi Şükürov, Alim Qasımov, Mirələm Mirələmov – hansının hansı mərtəbəyə qalxdığından asılı olmayaraq —  üzvi şəkildə bu məktəblə bağlıdırlar.

 

               BƏLKƏ MASA YOX, STUL VURUB?

İnternetdə Hacıbaba Hüseynov haqqıında material çox deyil. Qızıyla müsahibənin ayrı-ayrı yerlərini “çırpışdırıb”  müğənni haqında “eksklüziv” kimi naşr edənlər isə çoxdur. Saytların birində oxudum ki, Hacıbaba Hüseynov uşaq yaşlarından dini tərbiyə alıb və hətta məscidə gedib əzan verirmiş. Dördüncü sinifdə oxuyanda müəllimi onun məscidə getdiyini öyrənir və çağırıb danlayır. Onun dini etiqadına təzyiqdən qəzəblənə  Hacıbaba (dördüncü sinif şagirdi) masanı qaldırıb çırpır müəllimin başına və həmişəlik məktəbi tər edir…

Məhkəmə eksperimeni kimi bir şey keçirəsən. Yəni masanı qaldırıb (qaldıra biısən!) çırpasan bunu yazanın başına. Yazan nə günə qalar? Yəni yazandan nə qalar?

A kişi, insafın olsun, heç olmasa, yazaydın stulu qaldırıb vurub. Dördüncü sinif şagirdində o güc hardaydı ki, masanı qaldırıb vursun müəllimin başına…

Qızı müsahibəsində deyir ki, atası zavodda tornaçı işləyib. Bir neçə mənbədə onun xarrat işlədiyi deyilir, guya buna görə onu müharibəyə aparmayıblar. Bunu deyən bəlkə də xarratın nə ya kim olduğunu bilmir. Xarrat “bron”lu peşə sayıla bilməzdi. Əgər Hacıbaba Hüseynvun müharibəyə getmƏməyinin ayrı səbəbi yoxdursa, qızının dediyi ağlabatandır. Tornaçı doğrudan da arxa cəbhədə çox vacib fəhlə idi, silah istehsalı tornaçısız keçinə bilməzdi.

(Yeri gəlmişkən, çoxlarını rusca “tokar” dediyi peşənin azərbaycanca adı çox güman ki, fransız dilindən gəlib: “tourneur”).

              QISQANC ATA, MEHRİBAN, LAKİN SƏRT ATA

Özü dördüncü sinfəcən oxuyan Hacıbaba Hüseynov qızını da oxumağa qoymur, qızı indi də ixtisasının olmadığına heyfslənir, ancaq atasını qınamır.

Qızının səsi də var imiş, məktəb tədbirlərində oxuyurmuş da, Hacıbaba Hüsynov bilən kimi oxumağı qadağan edib.

Məlumdur ki, Hacıbaba Hüseynov xeyli qəzəl də yazıb. Bu qəzəllərdən bəzilərini özü oxuyub, bəzilərini onun şagirdi olmuş və ya şagirdi olmasalar da, onu ustad sayan xeyli müğənni də oxuyub və indi də oxuyur. Hacıbaba Hüseynovun qəzəlləri barədə nə deyəsən? Onları .eir adlandırmaq çətindir ya mümkün deyil. Əslində qəzəl janrında Füzulidən sonra keyfiyyətli şeir tək-tükdür. Vahid ciddi istedadlı şair olsa da, qəzəllərinin əksəriyyəti toyxana üçün və toya əyənməyə yığışanların zövqü səviyyyəsində yazılıb. Ancaq Vahid Şairdir, Hacıbaba Hüseynov isə şair deyil. Əruz ölçülərini yaddaşla bilir, ritm, ölçü duyğusu var. Ancaq şair deyil. Biq çox başqa qəzəlxanlar kimi Hacıbaba Hüsüynov qafiyə sözlərlə mətn yaradır, qəzəlin vahid mövzusu da yoxdur, məqsəd – bir biri ilə məna, mövzu əlaqəsi olmayan beş ya yeddi beyt yaradıb müəllifin adı ilə bitirməkdir…

(ardı var)

16. 01. 2024, Samara