Архив тегов | İbrahimbəyov

İBRAHİMBƏYOV ÖZ DİKTATORUNU İSTƏYİR

Rüstəm İbrahimbəyov Moskvada N. Mixalkovla bütün əmlak çəkişmələrini uduzdu və əslində Moskva həyatından mantar kimi sıxışdırılıb atıldı, buna görə də onun qatıldığı işlərin hamısının uğurla nəticələndiyi barədə iddiası həqiqətə uyğun deyil.

Müsavat, Xalq cəbhəsi indi İbrahimbəyovun yadına düşür? Və Telman İsmayılovla, İskəndər Xəlilovla alyansa girmiş adamın demokratik dəyişikliklər arzuladığı şübhəlidir. Rusiyanın indiki qeyri-demokratik rejimi elə qismən İbrahimbəyovun dost dediyi yarırus, yarıazərbaycanlı varlıların çiynində durur.

Rüstəm İbrahimbəyov tipik sovet kübarıdır və o vaxtkı imtiyazlarını qismən də itirmək onun üçün faciədir. Rüstəm İbtrahimbəyov diktaror əleyhdarı deyil, ancaq o öz diktatorunu istəyir ki, onun imtiyazlarının toxunulmazlığını təmin eləsin, cibini pulla, sinəsini ordenlə, laureat nişanlarıyla doldursun.

Rüstəm İbrahimbəyovun belə bəyanatları müxalifəti iqtidarın təbliğatından daha güclü diskreditasiya edir və o susmasa, müxalifət namizədinin on faizdən də az səs alacağını gözləmək olar…

(«Amerikanın səsi» radiosuna şərh)