F.İ. TYÜTÇEV
İnanma şairə, inanma, gözəl,
Onu özününkü sayma da nahaq.
Şairin eşqindən özünü gözlə,
Odlu gəzəbindən qorxma sən ancaq.
Onun ürəyini ovlamaq sənin,
Bu körpə könlünün işi deyil ha.
Yaxıcı odları gizləmək çətin,
Bu zərif məsumluq pərdəsi altda.
Şair qüdrətində təbiıət dinir,
Çatmaz ixtiyarı özünə təkcə.
Bəzən istəmədən ipək telləri,
Yaxar şöhrətinin oduna necə!
Onu əbəs yerə düşüncəsiz xalq,
Söyüb yamanlayar, gah da ucaldar…
Ürəyi ilan tək demə sancacaq,
Onu aram-aram arı tək sorar.
Sənin şərəfinə eyləməz o qəsd,
Bil ki, şairin də təmiz əli var.
Pozar həyatını bilmədən fəqət,
Buludlar dalına ya da aparar.
1830-cu illər