Архив тегов | kiçik Heydər Əliyev…

    HEYDƏR, ŞAH!

MEHRİBAN XANIM: Kişi, sən Bakıda dəm-dəsgah qurmusan, şahmat qalımpyaadası keçirirsən, bütün dünyanı yığııb-tökmüsən, bəs niyə bizim Heydər qalıb qıraqda? Heydər kimi uşağından əskikdir?

İLHAM BƏY: Qalımpiyada yox, olimpiada… Heydər orda iştirak eləyə bilməz, çünki şahmat oynaya bilmir.

MERİBAN XANIM: Əşşi, sən də söz tapdın, “oynaya bilmir”. Leyla da şeir yazmağı bilmir, ancaq Nizanmi Gəncəvini də keçib, o urus kimdir, buruqbaş, hə, Puşkin, Puşkini də keçib.

İLHAM BƏY: Şeirə baxma, şeiri təşkil eləmək olur. Ancaq şahmatı gərək biləsən. Şahmatda qabaq-qabağa oturub oynayırsan. Heydər atı eşşəkdan ayıranacan bir dsə görəcək ki, ona “Şah” deyirlər.

MEHRİBAN XANIM: A kişi, qoy desinlər də. Qoy “şah” desinlər! Biz elə bunu arzulamırıq? Şah olandan sonra fərqi yoxdur, atı eşşəkdən ayıra bilirsən, bilmirsən. Kim şaha gözün üstdə qaşın var deyə bilər?..

 

04.09. 2016

QIRIŞMAL…

İlham Əliyev Mehriban xanımdan soruşur:

  • Heydər hardadır? Gözümə dəymir.
  • Özüyçün oynayır.
  • Yenə camaatın İnternetini kəsir? Ay qırışmal…