Zeynəb bint Cəhşin (590-641) atası Cəhş ibn Riyah, Əsəd ibn Xuzayməh tayfasından olan mühacir idi, o, Ümayyə klanının müdafiəsi altında Məkkəyə köçmüşdü. Anası Ümaymə bint Əbd əl Mutallib Məhəmmədin bibisi idi. Deməli, Məhəmmədlə Zeynəb dayıoğlu-bibiqızı olublar.
Məhəmməd ibn Saada görə, Zeynəb mahir dabbaqçı olub və bütün ömrü boyu, pula ehtiyacı olmasa da, bu peşəni atmyıb.
Zeynəbimn birinci ərinin kim olduğu bilinmir, ancaq onun Hicrəyə qədər öldüyü barədə məlumat var.
Təxminən 625-ci ildə Məhəmməd Zeynəbə oğulluğu Zeyd ibn Harizə üçün elçilik edib. Zeyd Kəlb tayfasından idi, ancaq uşaq ikən qul alverçiləri tərəfindən oğurlanıb Xədicənin qardaşı oğlu Hakim ibn Hizama satılmış, o da öz növbəsində oğlanı Züleyxanın əri Məhəmmədə bağışlamışdı. Bir neçə il sonra Məhəmməd onu köləlikdən azad edir və oğulluğa götürür.
Məhəmməd ibn Carir ibn Yəzid al Təbariyə görə, Zeynəb keçmiş kölənin ola layiq olmadığını deyərək əvvəlcə elçiliyi rədd edir. Montqomeri Uott bununla razılaşmır. “O (Zeynəb – X.X) Zeydin ona layiq olmadığını çətin ki, düşünə bilərdi. Zeydin qiyməti Məhəmmədin nəzərində yüksək idi. Zeynəb iddialı qadın olduğundan Məhəmmədin özünə ərə getməyə ümid edə bilərdi.Ya bəlkə elə adama getmək istəyirdi ki, Məhəmməd onunla yaxın bağlılığın əleyhinə idi”.
Yaranmış kolliziyanı Allah ayə göndərməklə həll edir.
“Allah və onun Elçisi məsələdə qərara gələndən sonra mömin kişinin və mömin arvadın onların işi barədə heç bir seçimi qalmır. Allahı və onun Elçisini eşitməyən hər kəs yolunu azmış olur”…
Bizim cavanların kəbinini lotu-potu mollalar kəsirlər, Məhəmmədi və onun yaxınlarını Allah şəxsən evləndirirmiş…
Zeynəb razılaşır və Zeydə ərə gedir…
İsmayıl ibn Ömərə görə, Məhəmməd toya şəxsən 160 dirhəm pul, əba və duvaq, zirehli köynək, 50 mudd taxıl, 10 mudd xurma verir. (bir mudd –750 qram sayılır – X. X.)
Bu evlilik iki ildən az davam edir.
Doqquzuncu əsrdə yaşamış fars sünnü islam alimi Əl Təbari Məhəmmədin Zeynəbə necə vurulduğunun iki müstəqil versiyasını verir. Məhəmməd Zeydi görmək üçün onun evinə gedir (peyğəmbər oğulluğunu niyə çağırtdırmırdı? – X.X.) Zeyd evdə olmur, dönmək istəyəndə tükdən toxunmuş pərdəni külək aralayır və Məhəmməd alt köynəkdə olan Zeynəbui görür. Zeynəb paltarını başına atır və Məhəmmədə təklif edir ki, Zeyd olmasa da evə gəlsin. Məhəmməd evə girmir, dönüb gedəndə öz-özünə deir: “Ürəkləri döndərən Allaha eşq olsun!”
Zeyd evə gələndə Zeynəb nə baş verdiyini ona danışır, Zeyd peyğəmbərin yanına gedib Zeynəbi boşayacağını deyir. Məhəmməd ona tövsiyə edir ki, Allahdan qorxsun və gözü arvadında olsun…
Zeydlə arvadıınıın arası pozulur. Zeynəb ərini yataq otağından xaric edir…
(ingiliscə Vikipediyanın materiallarından istifadə edilib)
ardı var
09. 11. 2024, Samara
