Архив тегов | misralar

AH, BİLİRDİM MƏGƏR QABAQDA NƏ VAR…

pasternak.jpg

О, знал бы я, что так бывает…

 

Ah, bilirdim məgər qabaqda nə var,

Məni debütə atarkən həvəsim —

Sinədə qanqarışıq misralar

Elə qaynar ki, tutular nəfəsim.

 

Ardı gerçək gələn bu hoqqalara,

Heç məhəl qoymazdım mən bilsəm.

Elə ürkəkdi ki birinci maraq,

Elə uzaqdı ki başlanğıc həm.

 

Qocalıq Romadır fəqət və onu,

Boşboğazlıq və cəfəng söz yerinə,

Sadə ifası deyil aktyorun,

Büsbütün məhvi eyləyər qane.

 

Elə ki duyğudan sızar misra,

Göndərər səhnəyə o, müti kölə.

Və qurtarır sənət bu yerdə daha,

Və gəlir ruha torpaq həm tale.

1932

Tərc.: avq. 1987