Архив тегов | Nail Allahverdiyev

MOLLA NƏSRƏDDİN ƏLİ HƏSƏNOVA: MƏNİM EŞŞƏYİM SƏNİN NƏVƏNDƏN MƏRİFƏTLİDİR

Günlərin bir günü Molla Nəsrəddin düşür qaçqınkom Əli Həsənovun qəbuluna. Salam verib deyir:

  • Ağa, bir az kasıblıq üz verib, eşşəyin arpası qurtarıb, arvad da dükana borcludur. Yüz-yüz əlli manat yazıb qol çəksəydin, sənə çox duaçı olardıq.

Əli Həsənov elə oturduğu yerdən Mollaya acıqlı-acıqlı baxıb deyir:

  • Molla, sən qaçqınsan?
  • Yox, qadan qalım, qaçqın deyiləm.
  • Bəlkə köçgünsən?
  • Qadan alım, köçgün də deyiləm.

Bunu eşidəndə Əli Həsənov yerində bir az dikəlir.

  • A kişi, qaçqın deyilsən, köçgün deyilsən, bəs utanmırsan məndən pul istəyirsən? Mən götürüm yazıq qaçqınların, köçgünlərin pulunu verim sənə ki, yedirdəsən eşşəyinə?

Mollla deyir:

  • Ağa, indi mənim də sənə sualım var. Sən qaçqınsan?
  • Allah eləməsin, qaçqın deyiləm.
  • Bəlkə köçgünsən?
  • Köçgün də deyiləm, molla, sözünün canını de.
  • Yaxşı, sən qaçqın deyilsən, köçgün deyilsən, bəs niyə qaçqınların, köçgünlərin milyonlarını oğurlayıb balalarına, nəvələrinə xərcləyirsən? Cənab Həsənov, mənim eşşəyim heyvan olsa da, indiyəcən bir adama təpik də atmayıb, sənin nəvəndən min dəfə mərifətlidir…

Mirzə ƏLİL

NAİL ALLAHVERDİYEVİN ÖLDÜRDÜYÜ KİŞİNİN UŞAQLARI: “ATAMIZ ELƏ ÖMƏLİ ADAM İDİ…”

Nail Allahverdiyevin vurub öldürdüyü 74 yaşlı Vaqif Əsədovun ailəsi Nailin babası Əli Həsənova dərin minnətdarlığını bildirib Mərhimun böyük oğlu deyib ki, elə özləri atalarını öldürmək istəyirlərmiş. “Özünüz fikirləşin, yetmiş dörd yaşı vardı, adam nə qədər yaşayar? – bunu jurnalistlərə Vaqif Əsədovun böyük oğlu deyib. “Özünüz görürsünüz ki, yerimiz darısqaldır, sağ olsun Nail balamız, indi qolumuzu-qıçımızı rahat uzada bilirik”.

Mərhumun qızı deyib ki, onlar atalarını “neftnazla” öldürmək istəyiblər. Jurnalistlər belə başa düşüblər ki, qadın “eftanaziya” demək istəyir.Mərhumun qızı atasının dəyyus və yerinəişəyən olduğunu da vurğulayıb.

Bu günlərdə görkəmli dövlət xadimi və Nailin babası Əli Həsənov mərhumun ailəsinə baş çəkib. Binada lift olmadığından Əli Həsənovu mərhumun oğlanları dallarına mindirib qaldırıblar beşinci mərtəbəyə. Qızı isə Əli Həsənovun gətirdiyi pul çamadanını qaldırıb. Əli Həsənov bir stəkan xurmalı ehsan çayı içib yenə mərhumun oğlanlarının belində düşüb aşağı, qulluq maşınına minib gedib…

Vaqif Əsədovun evinə baş çəkmiş jurnalistlər divarlarda mərhiumun şəklini yox, Nail Allahverdiyevin Gelandewagenin sekanı arxasında çəkdirdiyi şəkilləri görüblər…

Mirzə ƏLİL

QOHUMLARI PREZİDENTƏ MƏKTUB YAZARAQ NAİL ALLAHVERDİYEVDƏN İMTİNA EDİBLƏR

Nail Allahverdiyevin ailə üzvləri, yaxın və uzaq qohumları möhtərəm və möhtəşəm prezident İlham Əliyevə məktub yazaraq Naildən imtina etdklərini bildirmişlər. Məktubda deyilir:
“Möhtrəm və möhtəşəm prezident! Nail Allahverdiyev törətdiyi cinayətlə sizin daxili və xarici siyasətinizə, kadr siyasətinizə, yol-nəqliyyat siyasətinizə, qaçqın və köçkün siyasətinizə, işqal siyasətinizə kölgə salmışdır. Ona görə də biz kollektiv şəkildə Nail Allahverdiyevdən imtina edirik və hər birimiz deyirik:

Nail mənim heç zadım,

Basım suya isladım!”

Məktubu 159 adanm imzalamışdır və daha çox imza yığılacağı gözlənilir, çünki indiyəcən Nail Allahverdiyevlə qohum olduqlarını bilməyən çoxlu vətəndaş aşkara çıxıb.

Yeri gəlmişkən, Morderator.az saytının yazdığınıa görə adının çəkilməsini istəməyən xüsusi xidmət əməkdaşı bildirib ki, Nail Allahverdiyev erməni casusu olub və Yerevandan tapşırıq alıb ki, qabağına çıxan türkü vurub öldürsün. “Sən vur, biz sənə nə qədər istəyirsən Gelandewagen alarıq”, bunu güya Nailə onun erməni kuratoru deyib.

Mirzə ƏLİL

RUSİYADAKI QAÇQINLAR VƏ KÖÇKÜNLƏR NAİL ALLAHVERDİYEVƏ IKI TƏZƏ GELANDWAGEN ALIBLAR

Rusiyada məskunlaşmış azərabyanlı qaçqınlar və köçkünlər müraciət yayıblar. Müraciətdə deyilir:

“Biz, Rusiyada yaşayan azərbaycanlı qaçqınlar və köçkünlər, Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qtiyyətlə dəstəkləyirik. Biz möhtərəm və möhtəəm prezidentin kadr siyasətini və tətin etdiyi kadrları da dəstəkləyirik. Ona görə də baş nazirin müavini və qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin avtomobilinin qəzaya düşməsi bizim ürəyimizi çox ağrıtdı. O uşağın maşınına gələn qəza kaş bizim başımıza gələydi! Biz burda çox narahatıq ki, bu qəzaya görə Nail bala darıxar, Nail balanın darıxdığını görüb Əli müəllim də darıxar, əli-qolu düşər yanına, qaçqınkomun işi ləngiyər, möhtəşəm prezidentimizin qaçqın və köçkün siyasətinin həyata keçməsinə əngəl törənər. Ona görə də biz bu qərara gəldik ki, atışıb Nail bala üçün iki ədəd təptəzə gelandewagen alaq. Biri ağ, biri qara. Ağını alıb göndərmişik Bakıya, indi qarasını axtarırrıq. Onu da bu gün-sabah alıb göndərərik.

Allah Əli müəllimin canını sağ eləsin. Allah ona bizi kimi qaçqınlardan və köçkünlərdən çox versin!

Allah möhtəşəm prezidentimizin canını sağ eləsin! Allah onun xarici, daxili, xüsusən kadr siyasətinə kölgə salanları cəhənnəmə ya da Kürdəxanı türməsinə vasil eləsin!

Amin!”

gelan 1gelan 2

NAİL ALLAHVERDİYEV ERMƏNİ ORDENİ İLƏ TƏLTİF EDİLİB

allahverdiyev.jpeg

Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycan vətəndaşı Nail Allahverdiyevi iki azərbaycnlını öldürdüyünə və iki türkü ağır yaraladığına görə “Müqəddəs Mamikonyan ordeni” ilə təltif edib. Türklər xəstəxanada keçinsələr, Allahverdiyevə Ermənistanın milli qəhrəmanı adı veriləcək.

 

ABIRLI CƏMİYYƏTDƏ ƏLİ HƏSƏNOV KİMİLƏRİN ADI «ÖLÜSOYAN»DIR

АЛИ ГАСАНОВ.jpg

Əli Həsənovun nəvəsiylə bağlı hadisənin Azərbaycan ordusuna, Qarabağ müharibəsinə, ərazi işğalına dəxli varmı?

Zahirən dəxli yoxdur. Ancaq əlaqə elə dərində deyil, çox diqqət tələb etmir.

Mən həmişə deyirəm ki, Azərbaycan ordusu Ermənistan ordusu ilə döyüşməyə, geniş ərazidə uzunmüddətli müharibə aparmağa hazır və qadir deyil. Mən hərbçi deyiləm, əsgərlik də çəkməmişəm. Ancaq Azərbaycan ordusunun düşmən ordusundan zəif və müharibəyə qadir olduğunu demək üçün əsgərlik çəkmək lazım deyil. (Azərbaycan prezidenti, məsələn, əsgərlik çəkməyib, ancaq deyir ki, ordusu hər şeyə qadirdir, ancaq nıdınsı bunun sübutunu görmürük).

Ermənilər 25 ildən artıqdır ki, Azərbaycanın böyük ərazisini işğal ediblər. Dağlıq Qarabağın Bakının itaətindən çıxdığı 30 ilə yaxındır. Əhalisi Ermənistan əhalisindən az qala beş dəfə çox, hərbi xərcləri Eemənistan büdcəsindən də artıq Azərbaycan işğal altında olan bir kəndi də azad edə bilmir. Bunun yalnız bir səbəbi ola bilər – ordunun adı var, özü yoxdur!

Mən indi İnternetdə Əli Həsənov haqqında məlumatlara baxıram: onun quldur olmasından mətbuatda neçə ildir yazırlar. 2011-ci ildə onun vəzifəsində azad ediləcəyini gözləyənlər olub. Bir qədər vaxt keçib, Əli Həsənovun səlahiyyətləri daha da artırılıb. Yəni bu quldurun büdcəni, qaçqıbnları, köçkünləri talanlamaq, nəvələrinə yeni avtomobillər imkanı artırılıb.

Bunu, əlbəttə, İlham Əliyev edib.

İnşaat, səhiyyə sahələriylə tanış olanlar bilirlər ki, burda da quldurluqdur, talançılıqdır. Yəni Azərbaycan hökuməti qabığından özəyinə qədər korrupsiya ilə yoluxmuş bir orqanizmdir. Bu orqanizdəki əzaların birindən sağlamlıq gözləməyə dəyərmi?

Müdafiə nazirliyi öz paradları ilə, nümunəvi yeməkxanaları ilə və bahalı silahları ilə təsəvvürü sarsıda bilər. Sentimental vətənpərvərlər saydıqlarımı televiziya ilə görəndə hətta ağlayırlar da. Ancaq paradlarla, yeməkxanalarla və hətta bahalı silahlarla qələbə qazanılmır.Orduda yüksək yazırlıq, yüeksək intizam, yüksək ruh, savadlı rəhbərlik olmalıdır. Bunların olmadığını bilmək üçün heç təftiş keçirmək lazım deyil.

2014-cü il avqust  döyüşləri başlananda müdafiə naziri Zakir Həsənov Bodrumda kefdə idi!

O döyüşlərdə ölən gizir və əsgərlərin hamısı kənd uşaqlarıdır. 2016-cı ildə ölənlərin də demək olar ki, hamısı rayon, kənd uşaqlarıdır. Bu ordu necə komplektləşdirilir? Şəhər uşaqları cəbhədən necə yayınırlar? Lopaq verirlər? Balalarının güllədən qoruyan valideynlərzabitlərə, generallara rüşvəti popaqla vermirlər, manatla, dollarla verirlər, rüşvəti qızılla istəyən də olur.

Bu cür komplektləşdirilən, qurbanlıq quzulardan tərtib olunan ordudan nə gözləmək olar?

Atəşkəs dövründə minlərlə əsgər və zabit ölüb. Minlərlə! Niyə bunların içində bir nəfər məmur balası yoxdur? Niyə Lerikli, astaralı, masallılı, imişlili, salyanlı, qusarlı, şamaxılı uşaqlar Əli Həsənov kimi oğraşların nəvələrinin kefindən ötrü ölməlidirlər?

Əli Həsənov kimi insanların adı abırlı cəmiyyətdə “ölüsoyandır”. Əlbətə, o, qaçqınları, köçgünləri soyur, ancaq fürsət olsa, ölünü də soyar. Əli Həsənov üçün qaçqınlıq, köçgünlük tükənməz sərvət mənbəyidir və imkanı olsa, işğaldakı qədər də ərazini ermənilərə satar – nə qədər çox qaçqın, nə qədər şox köçgün olsa, gəliri o qədər artar….

Kim fikirləşirsə ki, orduya rəhbərlik edənlər Əli Həsənovun tayı deyillər, o ya sadəlovhdür ya da özünü gicliyə vurur. Yox, əgər kim ürəkdən inanırsa ki, ordu qaçqınkomdan ya səhiyyə nazirliyindən fərqlənir, qoy uşağının on səkkiz yaşı çatanda boğazına qırmızı sarqı bağlayıb aparıb yıxsın Zakir Həsənovun ayağlarının altına…

X.X.