Архив тегов | Nikolay Nekrasovun şeirləri

NİKOLAY NEKRASOV. SƏHƏR

николай некрасов

Qəlbin iztirablı, kədərlisən sən:

Bur hər gələni təbiət üzür.

Bu yoxsulluğu ki, baxıb görürsən,

Elə bil yaradıb təbiət özü.

+
 Bütün bu otlaqlar miskin, hüznlü,

Yaslı bu zəmilər, çəmənlər durub.

Tayanın başında gözü mürgülü,
Yağışdan islanan quşlar oturub.

 +

Yabı son həddəki gücüylə yorğu

Çapır, içkili bir kəndli belində.

Göy duman örtüklü uzağa doğru.
Bulanıq bu səma… Ağla lap indi!

 +

Gözəl deyil zəngin şəhər də elə:

Qaçdl-qovdudadır həmin buludlar.

Əsəblər tarımdır: dəmir beliylə,
Küçədə bir neçə yol qazıyan var.

 +

Yatağı tərk edib evə tələsir,

Səhər açılanda fahişə ancaq.
Zabitlər kareta tutub, deyəsən,

Şəhərdən çıxırlar: duel olacaq.

 +

Qalxır alverçilər hamısı erkən,

Gözləyir onları tərəziləri.

Kələk gələcəklər bütün gün hökmən,
Yağlı yeyə bilməz yoxsa heç biri. 

 +

Qalada top səsi, qalxdı tüstü də,

Daşqın gözlənilir paytaxtda yəqin…

Ölən var: qırmızı balıncın üstdə,

Birinci dərəcə Anna ordeni.

 +

 Dalandar oğrunu çırpır – tutulmuş!

Kəsməyə bir qatar qaz aparırlar.

Hardasa yuxarı qatda bir atəş

Açıldı – özünü güllələyən var…

 

1872 ya 1873

ruscadan tərcümə

29-30. 09. 2024, Samara

++++++++++++++

НИКОЛАЙ НЕКРАСОВ

Утро


Ты грустна, ты страдаешь душою:
Верю – здесь не страдать мудрено.
С окружающей нас нищетою
Здесь природа сама заодно.
 
Читать далее

NİKOLAY NEKRASOV. «TEZLİKLƏ TORPAĞIN QƏNİMƏTİYƏM…»

Tezliklə torpağın qənimətiyəm,

Ölmək həm ağırdır, həm də ki, yaxşı;

Çəkməsin qoy heç kim məndən ötrü qəm,

Qəm çəkənim də heç yox mənim axı.

 +

Mən öz rübabımla qazandırmadım,

Zadəgan nəslimə şərəf və fəxr,

Həyat başlananda xalqıma yaddım,

Ölürkən xalqıma yadam o qədər.

 +

Ürək birliyinin, dostluğun daha,
Bağları qırıldı: mənim əzəldən,

Düşmənlərim olub – hər bir yaşar,

Dostlarsa məhv olub mübarizədə.

 +

Nəğmə dillərində bitməmiş hələ,

Oldular xəyanət və zora qurban

Ömrün baharında; baxır tənəli,
Mənə şəkilləri indi divardan

1876

ruscadan tərcümə

26-27. 09. 2024, Samara

++++++++++++++++

НИКОЛАЙ НЕКРАСОВ

Скоро стану добычею тленья.
Тяжело умирать, хорошо умереть;
Ничьего не прошу сожаленья,
Да и некому будет жалеть.
Читать далее