Архив тегов | payız

F. Tyütçev. ÜZÜLÜB QAYĞILARLA…

                                                 F.İ. TYTÇEV

 

Üzülüb qayğılarla, hər şeydən,

Çiyrinərkən – ürəksə daş qalağı,

Əzir bizi – və həyatın bu çağı,

Fərəhlə ruhumuz coşur birdən.

Bizi olub-çeçən alıb bürüyür,

Atır bir anda o dəhşətli yükü.

 

Payız çağı belə olur hərdən,

Meşə yalın dayanıb, tarlasa boş,

Daha solğun səma, düzlər daha boz-

Əsərək nəmli, ilıq meh birdən,

Bir zərif yarpağı qovub aparır,

Və könlümüzdə dindirir baharı…

22.09. 1849

 

 

 

 

 

 

Robert FROST. MƏNİM NOYABR QONAĞIM

(MY NOVEMBER GUEST)

 

Haçan qonağımsa, kədərim, deyir:

Bu yağışlı payız günləri ki var,

Günlərin ən xoşu, ən gözəlidir.

Donuq ağaclardır onu cəlb edən,

Nəmli cığırlarda gəzib dolanar.

 

Gərək qulaq asam, danışsa əgər.

Getsə — izləməyə məcburam onu.

Sevinir ki, quşlar köçüb gediblər,

Sevinir ki, duman gümüşlə bəzər,

Tikib-toxuduğu sadə boz donu.

 

Meyvəsiz, adamsız bağlara heyran,

Qurğuşun səmanı, boz yeri sevir.

Deyir mənəm güya gözü bağlanan,

Əsl gözəlliyi duyub qanmayan,

Bu, əlbəttə, məni yorur, bezdirir.

 

Bəzəksiz və çılpaq noyabr günləri,

Havada ilk qarın intizarı var.

Məgər mən payızı dünəndən bəri

Sevdim? Kədərəsə bunu demirəm,

Onun tərifləri dəyər qaldırar.

 

 

 

YARPAQLAR YERƏ ENİR…

                                             Xeyrulla XƏYAL

                              R.Aynur üçün

Yarpaqlar yerə enir,

Sarılı, qırmızılı.

Onların hər birinə,

Tanrı hökmü yazılıb.[1]

 

Təzə getcək yuxuya,

Kürünüb daşınarlar.

Oda, havaya, suya,

Yarpaqlar qarışarlar.

 

Bəlkə də bu ağaca,

Elə bu payız qalır.

Kəsilər, gedər – azca

Qalsa da, kağız qalar.

 

Bir vərəq o kağızdan,

Bəlkə mənə də düşər.

Yazaram… yazdığım da,

Yarpaq ömrünü yaşar…

13-15 noyabr 2009 Samara


[1] «…ondan xəbərsiz bir yarpaq da düşmür…” Quran, 6, 59