Архив тегов | Puşkindən tərcümə

PUŞKİN: «ALDADARSA SƏNİ HƏYAT…»

 Aleksandr PUŞKİN

   Если жизнь тебя обманет…

 

Aldadarsa səni həyat,

Acıqlanma, batma qəmə.

Yas üz versə, inildəmə,

Xoş günün də gəlib çatar.

 

Gələcəklə qəlb döyünər,

İndidəsə can üzülür.

Hər şey keçir, hər şey ani,

Nə keçirsə — əziz olur.

1825

ruscadan tərcümə

25.01.16 Samara