Архив тегов | qədim ingilis dastanı Beovulf

ƏJDAHANI YIXAN BEOVULF AZƏRBAYCANIN KORRUPSİNER MƏTBUAT VƏ ƏDƏBİYYAT BÜROKRATİYASI QARŞISINDA ACİZDİR…

беовульф

Kitabın çıxdığı iki həftəyə yaxındır, Azərbaycanda işləyən (danışan, yazan, göstərən) yüzlərlə mətbuat orqanlarının heç birində bir sətirlə də olsun bu barədə məlumat verilmir. Yəni total boykotdur. Kitabın çıxdığından xəbər çap etmiş yeganə qəzet “Yeni avaz”dır ki, bunu da yaxın bir adamım o qəzetin redaksiyasında işləyən dostları vasitəsiylə “təşkil edib”. Mən tərcüməni havayı eləmişəm, dörd aya yaxın vaxt ərzində hər gün beş saatdan yeddi saata qədər işləmişəm. Nəşrin xərcini professor Zərbəliyev çıkib. İndi mən məcburam ki, kiçik pensiyamdan pul ayırırb bu kitab haqqında məlumatı FACEBOOK-da “irəlilədim”.  Yəni Azərbaycandakı soydaşlarıma tanıdım. Mən bu məlumatı BBC-nin və Azadlıq radiosunun Azərbaycan redaksiyasına göndərmişəm. Bu radioda işləyən soydaşlarımız, yəni bu mazafakerlər Britaniya və ABŞ vergiverənlərinin pulunu yeyirlər, Ancaq Britaniyanın milli-mədəni sərvəti olan dastanın Azərbaycan dilinə çevrildiyi haqqında “havayı” məlumat vermək istəmirlər.

Mənim üçün sirr deyil ki, Azərbaycanda soğana, banana, pomidora inhisar olduğu kimi ədəbiyyatda da inhisar var, ədəbiyyat Azərbaycanda bazardır və bu bazara ali sanksiyasız girmək olmaz. Dövlət, əslində «dövlət — bizik» deyən adamlar milli sərvətləri əllərinə keçirib istismar etdikləri kimi ədəbiyyata da, yəni bədii sözün deyilişinə, yazılışına tam nəzarət edirlər. Sovetdən, bolşeviklərdən irs qalan Yazışılar Birliyi tam fəaliyətdədir. Belə bir absurd orqanı hər hansı demokratik ölkədə təsəvvür etmək olmaz. Yəni ədəbiyyata, rəisləri dövlət tərəfindən təyin edilən orqan rəhbərlik edir və indi bu orqana ağlını itirməsə də bütün əxlaq normalarınıdan və prinsiplərindın yadırğamş 84 yaşlı Anar başçılıq edir. Yəni Anar ədəbiyyatın rəisidir. Siz Lev Tolstoyun, Dostoyevskinin, Folknerin, Kafkanın, Prustun, Odenin, Bodlerin üstündə rəis təsəvvür edirsiniz? Anarın yanında və rəhbərliyi altında yazıçı, azad söz sahibi ola bilməz, onun yanında və rəhbərliyi altında Rəşad Məcid kimi dövlət pulunu yeyib yağlanan sıçovullar ola bilər. Yazıçılar Birliyinin içində və ətrafınbda olanlar isə dövlətdən atılan yala tamahlanan, daim ağa qapısında dilənən, pul, ev istəyən əqidəsiz qarfomanlardır. İndi bu Yazıçılar İttifaqına tabe olan yeganə Ədəbiyyat qəzeti kənar bir adamın gördüyü vacib bir iş barədə məlumat verməyə cəsarət edərmi?

Həm də «Beovulf” kimi statuslu əsər gərək dövlət təmtərağıyla çevriləydi – bir milyon ayrılaydı, bunun çoxu ayrılan kimi ayıranlar tərəfindən yeyiləydi, sonra qalan pula 20-30 idam iki-üç il əlləşib “Şam şəhərində xeyli qoca bir kişi vardı” kimi yöndəmsiz bir şey ortaya çıxaraydılar və elə bu yöndəmsiz şeyi qoltuqlarına vurub həftə səkkiz mən doqquz xəzinə hesabına Londona uçaydılar…

Bu işi görməkdə məqsədimiz pul qazanmaq olmayıb, mən qırx ildir tərcümə ilə məşğulam, bir qəpik də qazanmamışam. Biz bu işin gərəkli və faydalı olacağını düşünüb onu gördük. Ancaq şüurlu şəkildə təşkil olunan boykot  məni xarakterizə eləmir, ölkəni xarakterizə edir, onun mədəniyyətinin, mədəniyyət siyasətinin barbarların əlində əsir olduğunu, insanlarımızda da mədəniyyət, maarifçilik eşqinin olmadığnı göstərir. Kavafisin “Barbarlar gəldilər” şeiri var, onu da tərcümə eləmişəm, bloqumdan oxuya bilərsiniz…

Məni bu işə sövq etmiş və tərcümənin başa gəlməsində çox zəhmət çəkmiş professor Həbib Zərbəliyev Azərbaycanın adlı-sanlı alimi və pedaqoqudur, Azərbaycan dilçiliyində yeni sahə yaradıb ki, bu da hər alimə nəsib olmur. Həbib Zərbəliyev səviyyəli rus alimi öz İnternet səhifəsində hansı island saqasının ilk dəfə rus dilində çap olunduğu barədə məlumat yerləşdirsə, bu postu yüzlərlə, minlərlə adam paylaşır – bu belədir, Mən Rusiyada yaşayıram və nə dediyimi bilirəm. Professor Zərbəliyev öz səhifəsində Beovulfun nəşr olunduğunu yazır, bu məlumatı bir nəfər də paylaşmır – nə tələbələri, nə pedaqoq, alim həmkarları. Çünki Azərbaycanda elmi mühitin adı elmidir, əslində ilanlar qaynaşan bir yerdir, hamı bir-birindən uğur yox, büdrəmə, gözləyir, hamı bir-birinə xəstəlik və ölüm arzulayır.

Mən Azərbaycan jurnalistikasının və ədəbi mühitin sovet dövrünü az-çox tanıyıram. Tanışın, dostun olmadan ya kimisə qonaq eləmədən iki sətirlik yazını heç yerdə çap etdirmək mümkün deyildi. 1979-cu ildə “Azərbaycan” jurnalında mənim resenziyam gedib – Elçinin tapşırığı ilə. 1981-ci ildə “Azərbaycan” jurnalında hekayəm çap olunub – Əkrəm Əylislinin göstərişi ilə, çünki nəsr şöbəsinin müdiri Mövlud Süleymanlı çoban iti kimi qapını kəsib mənim kimi kənardan gələnəri qapırdı. Mənim yazılarımın əslində dəstəyə ehtiyac yox idi. Kömək ona görə tələb olunurdu ki, redaksiyalarda əqidəsini bir qarın yeməyə satan şarlatanlar oturmuşdular. Mən yaxşı müəllif idim. Buna sübutum da var. 1984-cü ildə «Literaturnı Azerbaydjan» jurnalında mənm dissertasiyamdan bir fraqment çap olunmuşdu — yenə Elçinin köməyi ilə. Ancaq SSRİ-nin ən nufuzlu ədəbiyyatşünaslıq jurnalarından biri olan «Literaturnoye obozreniye»nin 1985-ci il oktyabr nömrəsində mənim yazıma yüksək qiymət verilmişdi. O jurnal çıxanda artıq mən Azərbaycandan birdəfəlik çıxmışdım və Kuybışevdə zavoda fəhlə düzəlmişdim…

Yaxşı yadımdadır ki, jurnalistlər milisidən də pozğun idilər –çaya qonaq elə, nahar al… Otuz il keçib, nəsil dəyişməyib, heç nə dəyişməyib, korrupsiya, tamah, əqidəsizlik Azərbaycan  jurnalistikasınınnın iliyinə işləyib… Hamısı birdir: rəsmisi də, müxalifətio də…

2018-ci ilin yayında qohumum öz puluna Şekspirin sonetlərini mənim tərcüməmdə Bakıda nəşr etdirdi. İndiyəcən Azərbaycan mətbuatında bu kitab haqqlnda bir sətirlik də məlumat çap olunmayıb.

Bu necə ölkədir?

Cəlil Məmmədquluzadə “Molla Nəsrədiin” jurnalının nəşrini İrands davam etdirmək istərkən rəsmilərdən rədd cavabı alanda demişdi ki, İranda erməni dilində bir neçə yüz nəşr var, onda qoyun mən də jurnalımı erməni dilində çıxarım…

Bəlkə mən də bu dastanı erməni dilinə tərcümə etməliydim? Düzdür, dili bilmirəm, ancaq dil öğyrənməyə az-çox qabiliyyətim var, bir-iki ilə öhdəsindən gələrdim. Erməni mətbuatı dillərinə qədim ingilis dastanının tərcümə olunduğunu zurna-balabanla yayardı. Buna şübhə etmirəm…

Xeyrulla Xəyal, RF Jurnalistlər İttifaqının üzvü.

16.02. 2021, Samara

BEOVULF? BİOVULF!

Beowulf.firstpage

 

Yəqin ki, qədim ingilis dastanının və onun eyni adlı qəhrəmanının adı azərbaycanca «Biovulf” yazılmalıdır, çünki orijinal qədim mətndə ikinci hərf “í” – dir. Müasir ingiliscədə  “e” yazılsa da, bu hərf “i” kimi oxunur. Əslində rusca da bu ad «Биовульф» kimi yazılmalıydı, necə ki, mobil operatorun arıyla bağlı olan qeyri-rəsmi adı “Билайн» yazılr.