Архив тегов | yazıçılar birliyi

ƏDƏBİYYAT VƏ GƏDƏBİYYAT: ANAR BƏY BABASIYLA ÖYÜNÜR, ANCAQ QIRX İLDİR ÖZÜ GƏDƏ-GÜDƏ TÖRƏDİB YIĞIR BAŞINA

GİRİŞ

Əvvəlcə Yazıçılar İttifaqı barədə mülahizələrimi deyim.

Rusiyanın iki qüdrətli nasiri: Dostoyevski və Lev Tolstoy. Onları hər hansı ittifaqın üzvü kimi təsəvvür etmək olarmı? Bir dövrdə, bir ölkədə yaşamış bu iki dahi heç vaxt görüşməyiblər də!

Dostoyevski Tyrgenevə açıq-aşkar niftər edib  və “Cinlər” romanında onun karikaturik surətini yaradıb.

Çexovu, doktor Çexovu, yazıçılar ittifaqında necə təsəvvür etmət olar? Qılığa (yəni gündəyməz yerə) girir, quyruq bulayır, donos yazır, ev istəyir, alır, birini də istəyir… Ramiz Rövşən kimi…

Belə şey mümkündürmü?

Bəs Puşkin? Lermontov hansı Yazıçılar birliyinə sığardı? Lermontov Anarın at başına oxşayan başına güllə vurmazdımı?  Çingiz Abdulayevin “morda”sını şillələməzdimi?

Bəs Füzuli Yazıçılar birliyində? Bu necədir? Dədə Qorqudu yaradan dahi? Mümkündürmü?

Yazıçılar İttifaqı və azad yaradıcılıq bir araya sığmayan şeylərdir. Yazıçılar ittifaqını  totalitar rejim yaradır ki, yazanların ağzını dövlət axuruna dayamaqla onları özündən asılı eləsin, kişilikdən, qeyrətdən salsın.

Yazıçılar İttifaqı yaranandan sonra gözəl şair Müşfiq kombayna, traktora, pambığa, Amerika imperializminə şeirlər yazır. Yazıq Müşfiq…

İndiki Yazıçılar İttifaqı iyrənclikdə sovet dövründəkini də keçib. Burda Anarın başına yığılan gədə-güdənin dövlət maliyyəsini necə yediklərini, necə vaxtaşırı mənzil aldıqlarını və fəaliyyətlərinin ədəbiyyata dəxli olmadığın nəzərə alsaq, Yazıçılar birliyini “mütəşəkkil cinayətkar dəstəsi” adlandırmaq olar.

Rusca detektiv yazan Çingiz Abdullayev in Azərbaycan ədəbiyyatı ilə hansı əlaqəsi var və Azərbaycan ədəbiyyatına rəhbərliyi hansı şəkildə həyata keçirir? Əgər Azərbaycanda rus ədəbiyyatı varsa, niyə Yazıçılar İttifaqında rus katib yoxdur? Bu adam, yəni Çingiz Abdullayev,  harın həyatdan o qədər qızışıb ki, şəhid analarına «Şəhid anası» adlı oyuncaq dəsti verməyi təklif edir ki, başları qarışsın…

Ədəbiyyat – humanitar sahədir, insan mənəviyyatı ilə bağlı çox süvər sahədir. Yazıçılar birliyinə yığılanlar isə xalqa əxlaqsızlıq, şərəfsizlik nümunəsi göstərir, şəxsi mənfəətin, pulun, qazancın, dolanışığın bütün mənəvi dəyərlərdən üstün olduqunu nümayiş etdirirlər. Xalqın pulu ilə yaölana-yağlana. 2016-cı ilin aprel müharibəsi vaxtı Sabir Rüstəmxanlı qızına toy çaldırırdı və Ramiz Rövşənlə qol-boyun selfi çəkib İnternetdə yayırdı. Bu adamların başı güllə istəmirmi?

Vətən müharibəsi vaxtı Ramiz Rövşən ikinici mənzili aldı. Çoxlu şəhid ailəsinin, yəni fəhlə-kəndli ailələrinin necə vlərdə yaşadığını sosial şəbəkələrdə hamımız görürük…

Ramiz Rövşənin kimi cəbhədə ölüb ya əlil olub?

Yazıçılar İttifaqı və ya hər hansı İttifaq heç bir ədəbiyyart yarada bilməz. Anar qırx ildir ki, otuurb onun rəhbərliyində. Ancaq 1970-ci ildən bəri, yəni «Molla Nəsrəddin-66» məcmuəsindən və «Ağ liman»dan sonra bir dənə dəyərli bir şey yazmayıb. Özü yaradıcılıq impotensiyası halına düşən adam istedadlı insanların ədəbiyyata gəlməsində maraqlı ola bilərmi?

Yazıçılar birliyi yuxarıda sadaladığım səbəblərə görə yalnız totalitar dövlətə və oranın axuruna ağzını dayamış tüfeylilərə lazımdır. Qırx ilə yaxın vaxt ərzində ən vecsiz bir vəzifəni tutan Anara dövlət, yəni xalq milyonlarla pul sərf edir…

Haçana qədər?

I

UORHOL BAKIDA

2013-cü ilin yayında Azərbaycana gələndə həmişəki kimi yolüstü Bakıda oldum və küçələrdə diqqətimi ən çox çəkən Endi Uorxolun sərgisinin banerlər oldu.

Rəssam, dizayner, kinorejissor, yazıçı, jurnal naşri, pop-art hərəkatında və bütövlükdə müasir incəsənətdə görkmli şəxsiyyət – Uorhola həsr olunmuş booqrrafiq məqalələr belə başlanır.

Həmçinin: “homo universale” ideologiyasının banisi!

Sonuncu çox vacibdir – “homo universale” və Azərbaycan!

2013-cü il. Azərbaycanda kommunist-feodal idarəçiliyi zirvə həddinə çatıb. İndi “icra hakimiyyəti” adlanan sovet raykomları korrupsioner sprutun şaxələri olmaqla hər hansı demokratik idarəçiliyə kökündən ziddir və bu cür idarəçilik şəraitində nəinki “homo universale”, hətta şəxsi ləyaqət hissini qorumağa və yeri gələndə ifadə etməyə çalışan hər bir vətəndaş nəinki yad, hətta düşmən ünsür sayılır.

2013-cü il – Salyana sədərəkli bandit Tahir Kərimli, Biləsuvara keçmiş kafe  ofisiantı, daha br yaxın rayona keçmiş mal oğrusu rəhbərlik edir.

Azərbaycan iqtisadiyyatı və təbii resursları bir neçə ailənin əlindədir.

Bütün televiziya dövlət adamlarına məxsusdur. Dövlətə, rəhbərliyə yaxın insanlara məxsus olmayan qəzetlər dilənçi günündədir.

Azərbaycan parlamentindəki deputatların heç biri demokratik yolla seçilməyib.

Müstəqil məhkəmə sistemi yoxdur.

Maraqlıdır: belə bir ölkəyə saf Amerika produktu olan Endi Uorholu niyə gətirirlər? Onun sərgisini Heydər Əliyev mərkəzində yox, Kürdəxanı türməsində keçirmək düzgün olmazdımı?

Uorhol ilk növbədə ona görə saf Amerika produktudur ki, onun valideyinləri Slovakiyadan gəlmiş  rusin mühacirləridir. Anası ingiliscə bilməyib, pəncərə yumaqla, konserv bankələrindən düzəltdiyi çiçəkləri satmaqla dolanıb.

Uorhol konserv bankələrini  sənətə çevirib, sənəti isə konserv bankələrinə, sənayə məhsullarına köçürüb.

Uorhol ənənələrlə mübarizə aparmayıb, belə mübarizə əks-məhsuldardır, Uorhol özü yeni ənənələr yaradıb. 20-ci əsrin ortaları Amerikanın ictimai, siyahi həyatının hər sahəsində yeni ənənələrin yarandığı, ideoloji sərhədlərin dağıldığı, estetik stereotiplərin sarsıldığı dövrdür. Çox çəkməyəcək ki, vətəndaş hüquqları uğrunda mübarizə Martin Lüter Kinqi meydanlara çıxaracaq, əllinci illər Kennedinin prezident seçilməsi ilə bitəcək.

Uorhol bu qaynaşmaların, dinamizmin, şəxsiyyət azadlığının azad da ifadəsinin rəmzi idi. Demək olmaz ki, Uorhol kosmik sürətlə gedən dəyşiklikləri əks etdirməyə çalışırdı. Yox, Uorhol özü dəyişiklikləri yaradanlardan idi, o, yeni sənət yaradır, sənətə baxışı dəyişirdi.

Uorhol kimi adamlar Azərbaycandakı oliqarxik-feodal rejim üçün düşməndir.

Hələ bunlar qalsın: Uorhol gey idi və gey olduğunu heç vaxt gizlətmirdi!

Uorhol nisbətən cavan ölüb, 1987-ci ildə. Elə həmin vaxtdan Anar Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edir. Anar Uorholdan bir qədər kiçik olsa da, onunla eyni nəsildəndir. Bəlkə də redaktoru olduğu “Qobustan” jurnalında haçansa Uorhol haqqında da məqalə gedib. Ancaq Anar gəncliyində qərbin müasir sənətinə vurğunluq göstərsə də, çoxdan Uoorholun antipoduna çevrilib.

Uorholu məmur kimi, otuz beş il heç bir əhəmiyyəti olmayan, tüfeyli kimi dövlət hesabına dolanan bir idarənin, yəni Yazıçılar ittifaqının rəhbəri kimi ancar “horror” filmdə təsəvvür etmək olar…

84 yaşlı gədəbiyyat məmurunu Uorhol necə təsvir edərdi? Konserv bankəsinin üstündə? İçində? “Vaxtı keçib” yazısı ilə?

Mən Allahşükür Paşazadənin, Ramiz Mehdiyevin, Anarın, Artur Rəsizadənin, Kəmalədiin Heydərovun qol-qola girib Uorholun sərgisinə gəldiklərini təsəvvür etməyə çalışdım. Uorhol üslubunda bir performans olardı…

Maraqlıdır: Anar Uorholun sərgisinə doğrudan da gedibmi? Otuz ildən bəri törədib başına yığdığı gəgə-güdənin, mənzil oğrusu Rəşad Məcidin, şişib yoğunlamış Çingiz Abdullayevin müşayiəti ilə…  Kəmaləddin Anarın qulağına deyir: “Bizim Tale bu amerikalıları yaxşı tanıyır, deyir bu rəssam …verən olub? Anar müəllim, düzdür?”…

Bu da maraqlıdır: Azərbaycanın özünü Uorhol necə təsvir edərdi? Konserv bankəsi kimi? İçində on milyon əhali olan konserv bankəsi kimi…

GƏDƏBİYYAT: ANAR AİLƏSİNDƏ FƏXRİ ADLAR, FƏXRİ HƏYAT, FƏXRİ DƏFNLƏR

1985-ci ildə Azərbaycandan həmişəlik gedəndə özümlə üç kitab götürmüşdüm: Nəsimi (Cahangir Qəhrəmanovun hazırladığı nəşr), Xudadad  bəy Əzizbəyovun “Azərbaycanca-rusca lüğəti”. Üçüncü kitab dəqiq yadımda deyil. Mən uzun illər Azərbaycan ədəbiyyatını yalnız yayda məzuniyyətə gedəndə oxuyardım — əsasən Cəlil Məmmədquluzadəni və Sabiri.  Mənim güclü yaddaşım yoxdur, az şeir əzbər bilirəm, hərdən Həsən Əblucun səsi ilə dəniz haqqında bir şeiri xatırlayırdım. Tamam yox, misraları da yox, ayrı-ayrı ifadə və sözləri. Nədənsə mən bu şeiri Rəsul Rzanın bilir və elə təkcə bu şeirə görə Rəsul Rzanı istyedadlı şair sayırdım. İnternet vaxtı gələndən sonra bu şeiri Quqlla köməkləşib tapdım. Nazim Hikmətin imiş…

Denize dönmek istiyorum!
Mavi aynasında suların:
boy verip görünmek istiyorum!
Denize dönmek istiyorum!

Gemiler gider aydın ufuklara gemiler gider!
Gergin beyaz yelkenleri doldurmaz keder.
Elbet ömrüm gemilerde bir gün olsun nöbete yeter.
Ve madem ki bir gün ölüm mukadder;
Ben sularda batan bir ışık gibi
sularda sönmek istiyorum!
Denize dönmek istiyorum!
Denize dönmek istiyorum!

Həsən Əbluc, əlbəttə, şeiri azərbaycanca oxuyurdu, ancaq yaxşı yoxuyurdu, şeir də yaxşıdır. Mən sərbəst şeirləri sevmirəm, sərbəst şeirlərin əksəriiyyətini şarlatanlıq sayıram, ancaq Nazim Hikmətin sərbəst vəzndə ən azı beş-altı gözəl şeiri var.

Rəsul Rzanın yüksək poeziya sayıla biləcək bircə şeiri də yoxdur. Təəssüf ki, belədir. Çox zirək adam olub, harda aş, orda baş, yəni əsil mənada baş, rəis, nazir… Ensikloprdyanın baş redaktoru!

Və vaxtında “Lenin” poenası yazıb, Stalin mükafatı alıb, güzəranını əlli il qabağa təmin edib. İki nəsil azərbaycanlı şagirdlər bu “Lenin” poemasını əzbərləyiblər,, buraxılış, qəbul imtahanı veriblər, nə qədər məzun ali məktəbə imtahandan bu şoğərib poermaya görə kəsilib. Yəni Rəsul Rza iki nəsil azərbaycanlı şagirdlərinin anasını, türkün məsəli, zad eləyib.. Ayrı şey fikirləşməyin, yəni demək istəyiəm ki, analarını mələdib…

Anar Ramzan Kadırova xatırladır, qırx ildən bəri atasını Azərbaycan ədəbiyyatı və ədəbiyyatçılarının atası, anası Nigar Rəfibəylini isə şairlərin anası elan edir.

Xalq şairi Nigar Rəfibəyli…

Blirsinizmi Nigar Rəfibəyli ömrünün neçə ilini “xalq şairi” olub”? Bəlkə ayla?

Yox, nə il, nə də ay. Cəmi iyirmi gün. Nigar Rəfibəyliyə “Xaq çairi” adını Heydər Əliyev 19 iyun 1981-ci ildə verib. Bu vaxt bir neçə ay idi ki,  Nigar xanım ölüm yatağıında idi və hətta ərinin ölümündən də xəbəri olmamışdı. Təbii ki, ona “xalq şairi” adının verildiyindən də. Bu adın verilməyi o vaxt Bakıda, xüsusən ədəbiyyat adamları arasında ən aktual mövzu idi. Rəsul Rza apreldə ölmüşdü və Fəxri xiyabanda basdırılmışdı. Deyirdilər ki, arvadına da gərək təcili “xalq şairi” adı verilə ki, ərinin yanında basdıra bilələr. Danışırdılar ki, bu məsələ yüksək kabinetlərdə həll olunur, Heydər Əliyev özü məşğuldur…

Bir də çoxdan danışırdılar ki, Anar Heydər Əliyevin çıxışlarını bədii şəklə salır…

İndi Fəxri xiyabanda ər-arvad yanaşı yatır. Bizdə hamə özünü müəslman və vətənpərvər saysa da, müsəlman qaydası ilə,dəd-baba qəbiristanlığında yox, dəbdəbə ilə, fəxri qəbiristanlıqda basdırılmaq istəyir. Hamımızı Qiyamət gözləyirsə, harda basdırıldığımızın nə fərqi var?

İndi Fəxri xiyabanı ziyarət edənlər iki “xalq şairinin” qəbrini yanaşı görürlər. Biri “Lenin” poeması yazıb millətin gənclərinə əqidə ciddi ziyanı vurub. O biri isə…

Nigar Rəfibəyli nə yazıb? Bilən var? Mahnı sözlərində başqa?

“Gözəl mənzərələr qalır geridə.

Şirindir vətəndə hər acı tüstü,

Şirindir vətənin küləkləri də!”

Bu, Nigar Rəfibəylinin şeirindəndir. İkinci misra Qriboyedovun «И дым отечества нам сладок и приятен” misrasının (Qriboyedovdan qabaq Derjavində, ondan da çox əvvəl Ovididə olub) yöndəmsiz tərcüməsidir. Yöndəmsiz ona görə ki, “acı” sözü artıqdır! “Tüstü” sözü “hər” əvəzliyini də qətiyyətlə rədd edir!

Qriboyedov tüstünü demişdi. Külək hardan şirin oldu? Külək sərin olar, soyuq olar, isti olar… Şirin?

Anarın öz valideynlərini sevməyində qınaqlı heç nə yoxdur.  Ancaq Anar çoxdan valideynlərinin şişirdilmiş ad-sanını rentaya çevirib. Anar həm də ona görə heç kəsə lazım olmayan, ancaq dövlətə baha başa gələn vəzifəni tutur ki, iki “xalq şairi”nin oğludur…

Bəlkə “xalq şairi” adı zadəgan titulu kimi Anarın bütün övladlarına, nəvələrinə, nəticələrinə də verilsin? Vaxtları gələndə hamısı da fəxri dəfn olunsunlar. Fəxri xiyabanda. Belələri qəbiristanlığı bəyənmirlər. Bunları gərək Xiyabanda basdırasan…

Anar bəy babasıyla çox öyünür. Ancaq Anarın öz ailəsindən bir nəfər əsgər, zabit çıxıb? Vuruşublar? Şəidləri var ya elə kasıb-kusub uşağını ölüm getməyə ruhlandırır?

Bəylikdən dəm vuuran insan Rəşad Məcid kimi oğru gədələri yığıb başına oturub…

Yəqin Qiyamət gününü elə vəzifə başında qarşılayacaq.

«Qiyamət» — «qalxım» deməkdir. Gec-tez qalxmalı olacaq…

Bəlkə elə kreslodan qaldırıb Fəxri Xiyabana aparacaqlar…

28.04. 2021, Samara

GƏDƏBİYYAT: ANAR MƏNƏ BAKIDA YÜKSƏK «BOMJ» STATUSU TƏKLİF EDİRDİ…

Gənclik illərində Anara böyük rəğbətim olub. “Ağ liman” povesti, “Molla Nəsrəddin-66” məcmuəsi, kənd müəllimi işləyəndə “Qobustan” jurnalının təsadüfən əlimə keçən nömrələri Anarı mənim nəzərimdə nəslinin bütün nümayəndələrindən fərqləndirir və mən onun hətta bir vaxt Azərbaycanda Mirzə Cəlil, Sabir kimi mənəvi oriyentr olacağına ümd edirdim. Vaxt keçdikcə, xüsusən nəsr sənəti haqqnda təsəvvürüm genişlənib dəyişdikcə Anar nəsri, nə gizlədim, gözümdən düşürdü, onun bütün qüsurlarını görürdüm. Həm də görürdüm ki, bu adam bildiyi şeylərdən yox yox, bilmədiyindən və uydurduğundan yazır. Onun ən yaxşı bildiyi şey, məsələn, öz zümrəsinin, ilk növbədə öz atasının bolşevik riyakarlığı, bolşevik günahları ilə dolu həyatı idi. Yəni öz ailəndə monstr var, Təpəgöz  “Lenin” poeması adı ilə Təpəgöz yaradıb, salıb   Azərbaycan övladlarının canına, bu Təpəgöz poema onların beynini yeyib- dağıdır. Sən monstrla yaşayırsan, monstrdan doğulmusan, ancaq o sənin atandır, sən onu sevirsən. Bu kolliziyadan yaz… Ol Şopenhauer, Dostoyevski… Tolstoy mənsub olduğu zümrədən aman bilmədən yazıb, Çexov, Dostoyevski də elə. Anar isə elə gəncliyindən öz ailəsi ətrafında həqiqətə uyğun olmayan mif yaradır, yaxın gələcəkdə bu mifi rentaya çevirəcəyini planlayırdı. Bunu, əlbəttə, mən sonralar başa düşdüm. 1980-ci ilərin əvvəllərində başa düşdüyüm o idi ki, məsələn, avstriyalı Robert Muzil böyük nasirdir, Anar- yox. Sellincer nasirdir – Anar yox. Müriel Spark nasirdir, Anar – yox. Ancaq Anar mənim üçün oriyentirə çevrilə biləcəyinə hələ də inandığım xadim olaraq qalırdı. Və elə bu barədə mən ona, səhv etmirəmsə, 1987-ci ildə o vaxt Kuybışev adlanan Samaradan yazmışdım. Və minnətdarlıqla deyə bilərəm ki, Anar mənə makinada çap olunmuş üç səhifəlik cavab vermişdi və Azərbaycan nəsri və nasirləri barədə mənim tənqidi fikirlərimlə razılaşmadığını bildirib öz mülahizələrini ətraflı, həm də təmkinli, hörmətli tonda  yazmışdı. Sonralar Anardan qısa da olsa, daha iki ya üç məktub aldım. O mənə özünün iki kitabını da – rus və Azərbaycan dillərində — göndərmiş və Azərbaycana gələndə onunla görüşməyi təklif etmişdi.

Dəqiq yadımda deyil ki, bu görüş haçan olub. Günü yadımdadır – 4 aprel, çünki məni Bakıda müşayiət edən qardaşoğlunun doğum günüydi. İl 1989 ya 1990 olub. Çox güman ki, 1990. Mən məzuniyyətdən qayıtmalıydım, Salyandan Bakıya bilet dalınca gəlmişdim. Qərara gəldim ki, Anara dəyim. İttifaq sədrinin gözləmə otağında çoxlu kişi oturmuşdu, onlar Leninin yanına gələn “xodok”lara bənzəyirdilər – hamısı üzülmüş, yorğun görkəmdə, qaşqabaqlı. Sonra mən katibənin dəvətiylə Anarın kabinetinə girəndə Anar mənimlə salamlaşan kimi bu “xodok»lardan şikayət etdi: “Gün ərzində bir dənə müsbət emosiya almıram. Hamı bura şikayətə gəlir. Başa düşmürlər ki, bura Yazıçılar ittifaqıdır, şikayətləri başqa yerdə eləmək lazımdır…”

Anar o vaxt SSRİ xalq deputatı süçilmişdi, yəni təyin olunmuşdu. Polisin, məmurun incitdiyi bu yazıqlar bəs kimin yanına getməliydilər? Какого хрена ты тогда народный депутат, к тому же всего Советского Союза…

Anar özü də “xodoklar” kimi qaşqabaqlı idi. Mənə belə görüşlər üçün ənənəvi və hətta zəruri olan bir sual da vermədi, yəni Kuybışevdə vəziyyət necədir, zavodda nə iş görürsən, haçan gəlmisən. haçan gedirsən. Mən onun üçün “xodok”lardan biriydim. Elə qaşqabağı açılmadan və mənə yox, yana baxa-baxa  dedi ki, qayıtsan, burda təzə açılmış tərcümə mərkəzində işləyə bilərsən. Tez də əlavə elədi ki, “ancaq Bakı qeydiyyatın olmayacaq…”.

Mən Anara yazdığım məktublarda bir kəlmə də qayıtmaqdan yazmamışdım, heç nə istəməmişdim, sadəcə illərlə rəğbət bəslədiyim bir müəlliflə ünsiyyətə ehtiyacım vardı, bu ehtiyac əslində  qəriblikdəki təklikdən yaranmışdı… Bu  mənə deyir Bakı qeydiuyyatın olmayacaq. Yəni kim bura gəlir ki?

O vaxt demədiyimi indi deyirəm: Ay Anar mmüəllim, siz mənim haramda “dəli” möhürünü gördünüz? Mənim milyonçu şəhər olan Kuybışevdə daimi qeydiyyatım var, yataqxanada, kiçik də olsa, ayrıca otağım var. İndi siz mənə təklif edirsiniz ki, gəlim Bakıda bomj kimi yaşayım? Məni hər tində qırmızıpapaqlılar saxlayıb şöbəyə aparsınlar? Ayıb deyil? A kişi, sənin adın-sanın var, necə yəni qeydiyyatın olmayacaq? Mənim Kuybışevdə gül kimi işim var, zavodda yükçüyəm, yükü vurdum – azadam, yükü boşaltdım – azadam, bir xəlvətə çəkilib Rembonu oxuyuram, Frostu oxuyuram,  Sellinceri oxuyuram, Folkneri, Sparkı oxuyuram…Heç sənin bəy babaların belə kef görməyiblər. İndi gəlim Bakıda qeydiyyatsız-zadsız bomj kimi yaşayım?

İnandırıcı olmasa da, mən onda Anardan qətiyyən incimədim, çünki onsuz da mənim Azərbaycana qayıtmaq fikrim yox idi. Anar özü isə, əlbəttə, gözümdən düşdü. Bu insandakı bürokrat təbiəti görmək, ilan soyuqluğunu duymaq üçün on dəqiqəlik görüş kifayət imiş. Ancaq ona qarşı heç bir düşmənçilik hissi duymamışam. Son yeddi-səkkiz il bundan qabağa qədər. Yəni bu adamdakı şəxsiyyət deqredasiyası özünün kamillik fazasına çatana qədər. İndi isə Anar mənim üçün Azərbaycan əxlaqında, Azərbaycan mənəviyyatında, Azərbaycanın bütün humanitar həyatında olan deqradasiyanın baş simvoludur. Ətrafına yığdığı adamlara baxın! Abırlı adam Rəşad Məcid kimi pox parçası ilə bir yerdə oturar? Bu insan yüksək mövqelərdə və yüksək vəzifələrdə olduğu uzun illər ərzində heç vaxt əzilənlərin, istər torpaqda, istər cəbhədə tər və qan tökənlərin, incidilənlərin, haqqı yeyilənlərin, gələcəkdən mərhum edilənlərin müdafiəsinə qalxmayıb, həmişə hakimiyyətin yanında, hakimiyyətin tərəfində olub, yalnız  özünün, ailəsinin, həm ölənlərinin, hən törətdiklərinin qayğısını çəkib. Bir vaxt “Yaxşı padşah” nağılında Anar hakimiyyət hərislərini, çənələri yerə dəyənəcən, son nəfəslərinəcən vəzifədən qopmayanları ələ salırdı. O vaxt hamı “yaxş padşahda” Brejnevi görürdü. Maraqlıdır ki, o hekayə yazılanda Brejnevin heç yetmiş yaşı da yox idi, yəni indiki Anarın oğlu yerində idi! İndi vəzifə hərisliyində Afrika diktatorlarını geridə qoymuş Anar doxsan yaşın kandarında and-aman edir ki, vəzifədən getsə, ədəbiyyat məhv olar.

Hansı ədəbiyyat? Yazıçılar ittifaqı ədəbiyyat yaradır? Hansı ədəbiyyatı? Keçəl çarə bilsə, öz başına elər:  sədr olandan Anar nə yazıb?

Anarla görüşdən bir neçə gün sonra Kuybışevə qayıtdım, tezliklə şəhərə qədim adını qaytardılar, mən isə  1993-cü ilin oktyabrına qədər zavodda işlədim. Bəlkə indiyəcən işlərdim, kadrlar şöbəsinin müdiri üstümə qışqırdı, mən də qışqırdım və dərhal ərizə yazdım. Sex rəisi buraxmırdı, deyirdi öz hesbına məzuniyyət götür, iş axtar, tapanda, çıxarsan, çətin vaxtdır.

Qulaq asmadım. Çıxdım. Doğrudan da çətin vaxt idi. Ancaq yaxşı adamlar məni tezliklə vilayət kitabxanasında işə düzəltdilər. Və bu kitabxanada elə nadir kitablar əlimə düşdü ki, elə keflər çəkdim ki, Anarın bəy babalarının da belə kef çəkmədiyinə yüz faiz əminəm…

29.04 2021, Samara

SON QIRX İLDƏ ANAR XUDADAT BƏYİN NƏVƏSİNƏ YOX, XUDAYAR BƏYİN NƏVƏSİNƏ BƏNZƏYİR…

19 dekabr, 2019-cu il. Leonid İliç Brejnevin doğum günüdür. Azərbaycan Yazıçılar İttifaqının 85 illiyi keçirilir. Anar Rəsul oğlu Rzayev çıxış edir.

“Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı”.

Gurultulu və sürəkli alqışlar. Hamı qalxır.

“Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır”.

Hamı çəpik çalır.

Yaradıcı insanlar üçün şəhərcik? Yəni yazarlar ayrı şəhərcikdə yaşayacaqlar? Sovetin axırına yaxın korlar üçün ya Tula ya da ora yaxın bir vilayətdə korlar üçün ayrı şəhər salırdılar. Orda ancaq korlar yaşayacaqdılar. Kor kişilər, kor kişilərin kor arvadları, onların kor uşaqları… Bilmirəm, bu layihə başa çatdırıldı ya yox… Deyəsən, Putin bütün Rusiyanı belə bir şəhərə çevirmək istəyir. Heç kim heç nə görmür…

Yazarlar şəhəri…Yazar kişilər, onların yazar arvadları, yazar oynaşlar… yazar oğr…

Gurultula alqışlar…

Anarın ilhamlı çıxışı davam edir:

“Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq”. 

Yalançının lap… Nə güman, a kişi, danılmaz faktlar var. 85 il bir-birinin ətini yeyiblər. on minlərlə donos yazıblar, bir-birini  edama, sürgünə göndəriblər. Şərəf hardaydı, rəhmətliyin oğlu, kimə gəlirsən…

“Lenin” poeması yazıb Stalin mükafatı almaqda nə şərəf? A kişi, heç olmasa, bu yaşında ürəyində Allah xofu olsun, dörd yol ayrıcında diz çöküb Yaradana yalvar ki, atanın da, sənn də günahlarından keçsin…

“Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub…”

Yəni ambar sıçovulu kimi büdcə pulunu və əmlakını içəri ötürən Rəşad Məcid mənəviyyat qoruyur?

Mənəviyyat  Cəlil Məmmədquluzadədir, Sabirdir – onların vaxtında Yazçılar ittifaqı vardı? Yazıçılar İttifaqı Müşfiqi nə günə qoydu? Hələ Yazıçılar İttifaqı yaranmamış bolşeviklər Cəfər Cəbbarlını nə hala saldı? Şiller talantı ilə doğulmuş insan cəfəng pyeslərlə öz reputasiyasını məhv elədi…

“Bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi adı verildi…”

Kimdir o üç şair? Füzuli, Nəsimi, Vaqif?

“Üç yazıçıya Xalq yazıçısı…”

M.F. Axundov, C. Məmmədquluzadə, Çəmənzəminli?

Anar məruzəsində nədənsə demir ki, bir yazıçıya, yəni Yazçılar İttifaqında onun müavini, mənzil komitəsinin(!) sədri Rauf Aslanova “Əməkdar idman ustası”, Anarın özünə isə «Əməkdar məşqçi» adı verilib. Xüsusi nailiyyətinə görə. Anarın qoçaq və qoçu  müavini Rauf Aslanov şair Fəzail İsmayılı elə Anarın qəbul otağında salıb təpiyinin altına, qol-qabırğasını sındırıb. Bu xəbər prezidentə çatan kimi dərhal sərəncamla ona “Əməkdar idman ustası” adı verib. Guya Rauf Aslanovun bu şücaəti Anarı elə vəcdə gətirib ki, evə gələndə qapıdan girən kimi çəpik çala-çala şeir deyib: «Müavinim, ay, Xansənəm, bir yekə pəlvan imiş, Bəxtəvər olsun başım, soy adı Aslan imiş!»  Deyirlər ki, hələ Rauf Salmanova əməkdar bankir adı da veriləcək, çünki faizlə pul buraxır. Rauf Salmanov “Əməkdar dəllal” adı da ala bilər, İnternetdə onun mənzil fırıldaqlarından da yazırlar…

Bir sözlə, Anar ədəbiyyatımızın Leninidirsə. Rauf Aslanov onun vuran sağ əli, Stalinidir…

Yox, necə yəni “mənzil komitəsi”? Bu Rauf Aslanov hardan çıxıb? Anarın müavini… Yox, burda Lenin-Stalin bənzətmələri şişirtmədir. Bu yazıçılar ittifaqı Danabaş kəndi kimi bir şeydir. Anar qlavadır, Rauf Aslanov isə Xudayar bəy. Xudayar da ona görə bəydir ki, Qlava bunun anasını siğə eləyib…

Belə çıxır ki, Anar da bunun anasını…

Lənət şeytana!  Min lənət!

Bütün bu bulvarlara, göydələnlərə və başqa müasir hoqqalara baxmayaraq, Azərbaycan vəhşi feodal ölkə olaraq qalır. Böyük bir Danabaş kəndi. Cəlil Məmmədquluadənin vaxtında ümid vardı, 1905-ci ilin Konstitusiya azadlıqları vardı, mədəni paytaxtımıxz Tiflis vardı, kapitalist Bakı vardı…

İndi hər şey, mədnəniyyət də o cümlədən, aqressiv nadanların əsarətindədir.

Ədəbiyyat isə yoxdur. Gədəbiyyat var.

Anar isə qırx ildir ki, Xudadat bəyin nəvəsinə yox, Xudayar bəyin nəvəsinə bənzəyir…

30.04. 2021, Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “İNDİ YEKƏ KİŞİ OLMUSAN, HƏR GÜN ÜZÜNÜ QIRXIRSAN…”
3-cü dərəcəli Stalin mükafatı laureatrı Rəsul Rza təkcə Leninə və Stalinə yox, hən də öz ailə üzvlərinə çoxlu şeirlər həsr edib – bacılarına, arvadına, oğluna, qızlarına, nəvələrinə. Rəsul Rza tez-tez səfərlərdə və SSRİ kurortlarında istirahətdə olduğundan yaxınları üçün qəribsəyir, ürəyini şeirlə boşaldırmış. Oğluna 1962-ci ildə yazdığı şeirin orijinal adı var, “Oğul” adlanır. Deyim ki, o vaxt indiki Azərbaycanın ədəbiyyat marşalı Anarın iyirmi dörd yaşı olub.
Rəsul Rza yazır:
“Mən səni yeni ayaq açanda,
yeni dil açanda,
top kimi yumalanıb qaçanda görmüşəm”.
Rəsul Rza demək istəyir ki, oğlunu təsadüfən görüb, çünki evdə tapılmırmış – İndoneziya, Paris, Hindistan…
“İlk dəfə məktəbdən gələndə
bağrıma basmışam səni, qucaqlamışam…”
Özünü çatdırıb sentyabrın birinə, birbaşa Çindən uçub gəlib…
“sən böyümüsən hər gün…”
Stalin mükafatını mən yesəydim, mən hər saat böyüyərdim, bu boyda olmazdım…
“İndi yekə kişi olmusan, maşallah!
Gündə üzünü qırxırsan…”
Bunu gərək yazmamaydı, Anar bunu oxuyan kimi üzünü qırxmağı tərgidib saqqal saxlamışdı, çünki aralarında atalar-oğullar problemi vardı…
“İndi qadınlar sənə
Həsədlə, məhəbbətlə baxır…”
Burda, zənnimcə, səhv var. Qadınlar Anara həsədlə baxmazdılar, Anara həsədlə kişilər baxardılar. Qadınlar yəqin Anara həsrətlə baxardılar, dərdindən ölərdilər…
“Uşaqlardan sənə dayı deyənlər var…”
Ay rəhmətlik Rəsul Rza, indi görəydin uşaqlar Anara nə deyirlər! Anarın ətrafındakı uşaqlar özləri çoxdan dayı olublar, Anara isə ustad deyirlər, boss deyirlər, rəis deyirlər, arxadağ deyirlər, dahi deyirlər…
O uşaqlar elə bir əcayib tayfaya çevriliblər ki, işlərinin düzəlməyi üçün eşşəyə də dayı deyərlər…
Deyəsən, burda eşşəyin xətrinə dəydim…
Mən, nə gizlədim, özgə cibində pul sayanam, fikirləşirəm ki, görəsən Rəsul Rza ailə üzvlərinə yazdğı şeirlərdən nə qədər pul qazanıb… Doğrudan da o vaxt kommunizm imiş, sən arvadına, oğluna şeir yazırsan (sözləri alt-alta düzürsən), sövet hökuməti də camaatın boğazından kəsib sənin cibini doldurur…
Sovet hökuməti yıxılandan sonra bu müftə yemək qurtardı. Ona görə nəinki şairlər öz ailə üzvlərinə şeir yazmadılar, onların çoxu heç evlənmədi də. Hara evlənəsən ki, hökumət nəinki qonorar, hətta uşaq pulu da vermir…
Sovet hökumtini yıxanlar şeytan lənətinə gəlsin!
23.12. 2018, Samara
 

GƏDƏBİYYAT: ANAR BƏY BABASIYLA ÖYÜNÜR, ANCAQ QIRX İLDİR ÖZÜ GƏDƏ-GÜDƏ TÖRƏDİB YIĞIR BAŞINA

GİRİŞ

Əvvəlcə Yazıçılar İttifaqı barədə mülahizələrimi deyim.

Rusiyanın iki qüdrətli nasiri: Dostoyevski və Lev Tolstoy. Onları hər hansı ittifaqın üzvü kimi təsəvvür etmək olarmı? Bir dövrdə, bir ölkədə yaşamış bu iki dahi heç vaxt görüşməyiblər də!

Dostoyevski Tyrgenevə açıq-aşkar niftər edib  və “Cinlər” romanında onun karikaturik surətini yaradıb.

Çexovu, doktor Çexovu, yazıçılar ittifaqında necə təsəvvür etmət olar? Qılığa (yəni gündəyməz yerə) girir, quyruq bulayır, donos yazır, ev istəyir, alır, birini də istəyir… Ramiz Rövşən kimi…

Belə şey mümkündürmü?

Bəs Puşkin? Lermontov hansı Yazıçılar birliyinə sığardı? Lermontov Anarın at başına oxşayan başına güllə vurmazdımı? , Çingiz Abdulayevin “morda”sını şillələməzdimi?

Bəs Füzuli Yazıçılar birliyində? Bu necədir? Dədə Qorqudu yaradan dahi? Mümkündürmü?

Yazıçılar İttifaqı və azad yaradıcılıq bir araya sığmayan şeylərdir. Yazıçılar ittifaqını  totalitar rejim yaradır ki, yazanların ağzını dövlət axuruna dayamaqla onları özündən asılı eləsin, kişilikdən, qeyrətdən salsın.

Yazıçılar İttifaqı yaranandan sonra gözəl şair Müşfiq kombayna, traktora, pambığa, Amerika imperializminə şeirlər yazır. Yazıq Müşfiq…

İndiki Yazıçılar İttifaqı iyrənclikdə sovet dövründəkini də keçib. Burda Anarın başına yığılan gədə-güdənin dövlət maliyyəsini necə yediklərini, necə vaxtaşırı mənzil aldıqlarını və fəaliyyətlərinin ədəbiyyata dəxli olmadığın nəzərə alsaq, Yazıçılar birliyini “mütəşəkkil cinayətkar dəstəsi” adlandırmaq olar.

Rusca detektiv yazan Çingiz Abdullayev in Azərbaycan ədəbiyyatı ilə hansı əlaqəsi var və Azərbaycan ədəbiyyatına rəhbərliyi hansı şəkildə həyata keçirir? Bu adam harın həyatdan o qədər qızışıb ki, şəhid analarına «Şəhid anası» adlı oyuncaq dəsti verməyi təklif edir ki, başları qarışsın…

Ədəbiyyat – humanitar sahədir, insan mənəviyyatı ilə bağlı çox süvər sahədir. Yazıçılar birliyinə yığılanlar isə xalqa əxlaqsızlıq, şərəfsizlik nümunəsi göstərir, şəxsi mənfəətin, pulun, qazancın, dolanışığın bütün mənəvi dəyərlərdən üstün olduqunu nümayiş etdirirlər. Xalqın pulu ilə yaölana-yağlana. 2016-cı ilin aprel müharibəsi vaxtı Sabir Rüstəmxanlı qızına toy çaldırırdı və Ramiz Rövşənlə qol-boyun selfi çəkib İnternetdə yayırdı. Bu adamların başı güllə istəmirmi?

Vətən müharibəsi vaxtı Ramiz Rövşən ikinici mənzili aldı. Çoxlu şəhid ailəsinin, yəni fəhlə-kəndli ailələrinin necə vlərdə yaşadığını sosial şəbəkələrdə hamımız görürük…

Ramiz Rövşənin kimi cəbhədə ölüb ya əlil olub?

Yazıçılar İttifaqı və ya hər hansı İttifaq heç bir ədəbiyyart yarada bilməz. Anar qırx ildir ki, otuurb onun rəhbərliyində. Ancaq 1970-ci ildən bəri, yəni «Molla Nəsrəddin-66» məcmuəsindən və «Ağ liman»dan sonra bir dənə dəyərli bir şey yazmayıb. Özü yaradıcılıq impotensiyası halına düşən adam istedadlı insanların ədəbiyyata gəlməsində maraqlı ola bilərmi?

Yazıçılar birliyi yuxarıda sadaladığım səbəblərə görə yalnız totalitar dövlətə və oranın axuruna ağzını dayamış tüfeylilərə lazımdır. Qırx ilə yaxın vaxt ərzində ən vecsiz bir vəzifəni tutan Anara dövlət, yəni xalq milyonlarla pul sərf edir…

Haçana qədər?

I

UORHOL BAKIDA

2013-cü ilin yayında Azərbaycana gələndə həmişəki kimi yolüstü Bakıda oldum və küçələrdə diqqətimi ən çox çəkən Endi Uorxolun sərgisinin banerlər oldu.

Rəssam, dizayner, kinorejissor, yazıçı, jurnal naşri, pop-art hərəkatında və bütövlükdə müasir incəsənətdə görkmli şəxsiyyət – Uorhola həsr olunmuş booqrrafiq məqalələr belə başlanır.

Həmçinin: “homo universale” ideologiyasının banisi!

Sonuncu çox vacibdir – “homo universale” və Azərbaycan!

2013-cü il. Azərbaycanda kommunist-feodal idarəçiliyi zirvə həddinə çatıb. İndi “icra hakimiyyəti” adlanan sovet raykomları korrupsioner sprutun şaxələri olmaqla hər hansı demokratik idarəçiliyə kökündən ziddir və bu cür idarəçilik şəraitində nəinki “homo universale”, hətta şəxsi ləyaqət hissini qorumağa və yeri gələndə ifadə etməyə çalışan hər bir vətəndaş nəinki yad, hətta düşmən ünsür sayılır.

2013-cü il – Salyana sədərəkli bandit Tahir Kərimli, Biləsuvara keçmiş kafe  ofisiantı, daha br yaxın rayona keçmiş mal oğrusu rəhbərlik edir.

Azərbaycan iqtisadiyyatı və təbii resursları bir neçə ailənin əlindədir.

Bütün televiziya dövlət adamlarına məxsusdur. Dövlətə, rəhbərliyə yaxın insanlara məxsus olmayan qəzetlər dilənçi günündədir.

Azərbaycan parlamentindəki deputatların heç biri demokratik yolla seçilməyib.

Müstəqil məhkəmə sistemi yoxdur.

Maraqlıdır: belə bir ölkəyə saf Amerika produktu olan Endi Uorholu niyə gətirirlər? Onun sərgisini Heydər Əliyev mərkəzində yox, Kürdəxanı türməsində keçirmək düzgün olmazdımı?

Uorhol ilk növbədə ona görə saf Amerika produktudur ki, onun valideyinləri Slovakiyadan gəlmiş  rusin mühacirləridir. Anası ingiliscə bilməyib, pəncərə yumaqla, konserv bankələrindən düzəltdiyi çiçəkləri satmaqla dolanıb.

Uorhol konserv bankələrini  sənətə çevirib, sənəti isə konserv bankələrinə, sənayə məhsullarına köçürüb.

Uorhol ənənələrlə mübarizə aparmayıb, belə mübarizə əks-məhsuldardır, Uorhol özü yeni ənənələr yaradıb. 20-ci əsrin ortaları Amerikanın ictimai, siyahi həyatının hər sahəsində yeni ənənələrin yarandığı, ideoloji sərhədlərin dağıldığı, estetik stereotiplərin sarsıldığı dövrdür. Çox çəkməyəcək ki, vətəndaş hüquqları uğrunda mübarizə Martin Lüter Kinqi meydanlara çıxaracaq, əllinci illər Kennedinin prezident seçilməsi ilə bitəcək.

Uorhol bu qaynaşmaların, dinamizmin, şəxsiyyət azadlığının azad da ifadəsinin rəmzi idi. Demək olmaz ki, Uorhol kosmik sürətlə gedən dəyşiklikləri əks etdirməyə çalışırdı. Yox, Uorhol özü dəyişiklikləri yaradanlardan idi, o, yeni sənət yaradır, sənətə baxışı dəyişirdi.

Uorhol kimi adamlar Azərbaycandakı oliqarxik-feodal rejim üçün düşməndir.

Hələ bunlar qalsın: Uorhol gey idi və gey olduğunu heç vaxt gizlətmirdi!

Uorhol nisbətən cavan ölüb, 1987-ci ildə. Elə həmin vaxtdan Anar Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edir. Anar Uorholdan bir qədər kiçik olsa da, onunla eyni nəsildəndir. Bəlkə də redaktoru olduğu “Qobustan” jurnalında haçansa Uorhol haqqında da məqalə gedib. Ancaq Anar gəncliyində qərbin müasir sənətinə vurğunluq göstərsə də, çoxdan Uoorholun antipoduna çevrilib.

Uorholu məmur kimi, otuz beş il heç bir əhəmiyyəti olmayan, tüfeyli kimi dövlət hesabına dolanan bir idarənin, yəni Yazıçılar ittifaqının rəhbəri kimi ancar “horror” filmdə təsəvvür etmək olar…

84 yaşlı gədəbiyyat məmurunu Uorhol necə təsvir edərdi? Konserv bankəsinin üstündə? İçində? “Vaxtı keçib” yazısı ilə?

Mən Allahşükür Paşazadənin, Ramiz Mehdiyevin, Anarın, Artur Rəsizadənin, Kəmalədiin Heydərovun qol-qola girib Uorholun sərgisinə gəldiklərini təsəvvür etməyə çalışdım. Uorhol üslubunda bir performans olardı…

Maraqlıdır: Anar Uorholun sərgisinə doğrudan da gedibmi? Otuz ildən bəri törədib başına yığdığı gəgə-güdənin, mənzil oğrusu Rəşad Məcidin, şişib yoğunlamış Çingiz Abdullayevin müşayiəti ilə…  Kəmaləddin Anarın qulağına deyir: “Bizim Tale bu amerikalıları yaxşı tanıyır, deyir bu rəssam …verən olub? Anar müəllim, düzdür?”…

Bu da maraqlıdır: Azərbaycanın özünü Uorhol necə təsvir edərdi? Konserv bankəsi kimi? İçində on milyon əhali olan konserv bankəsi kimi…

GƏDƏBİYYAT: ANAR AİLƏSİNDƏ FƏXRİ ADLAR, FƏXRİ HƏYAT, FƏXRİ DƏFNLƏR

1985-ci ildə Azərbaycandan həmişəlik gedəndə özümlə üç kitab götürmüşdüm: Nəsimi (Cahangir Qəhrəmanovun hazırladığı nəşr), Xudadad  bəy Əzizbəyovun “Azərbaycanca-rusca lüğəti”. Üçüncü kitab dəqiq yadımda deyil. Mən uzun illər Azərbaycan ədəbiyyatını yalnız yayda məzuniyyətə gedəndə oxuyardım — əsasən Cəlil Məmmədquluzadəni və Sabiri.  Mənim güclü yaddaşım yoxdur, az şeir əzbər bilirəm, hərdən Həsən Əblucun səsi ilə dəniz haqqında bir şeiri xatırlayırdım. Tamam yox, misraları da yox, ayrı-ayrı ifadə və sözləri. Nədənsə mən bu şeiri Rəsul Rzanın bilir və elə təkcə bu şeirə görə Rəsul Rzanı istyedadlı şair sayırdım. İnternet vaxtı gələndən sonra bu şeiri Quqlla köməkləşib tapdım. Nazim Hikmətin imiş…

Denize dönmek istiyorum!
Mavi aynasında suların:
boy verip görünmek istiyorum!
Denize dönmek istiyorum!

Gemiler gider aydın ufuklara gemiler gider!
Gergin beyaz yelkenleri doldurmaz keder.
Elbet ömrüm gemilerde bir gün olsun nöbete yeter.
Ve madem ki bir gün ölüm mukadder;
Ben sularda batan bir ışık gibi
sularda sönmek istiyorum!
Denize dönmek istiyorum!
Denize dönmek istiyorum!

Həsən Əbluc, əlbəttə, şeiri azərbaycanca oxuyurdu, ancaq yaxşı yoxuyurdu, şeir də yaxşıdır. Mən sərbəst şeirləri sevmirəm, sərbəst şeirlərin əksəriiyyətini şarlatanlıq sayıram, ancaq Nazim Hikmətin sərbəst vəzndə ən azı beş-altı gözəl şeiri var.

Rəsul Rzanın yüksək poeziya sayıla biləcək bircə şeiri də yoxdur. Təəssüf ki, belədir. Çox zirək adam olub, harda aş, orda baş, yəni əsil mənada baş, rəis, nazir… Ensikloprdyanın baş redaktoru!

Читать далее

XIRDAVATÇI MƏZAHİRİN DÖŞÜNƏ ƏL ATAN CAVİD ZEYNALLI HAQQINDA

Cavid Zeynallı

Tanımadığım, haqqqında heç vaxt heç nə eşitmədiyim Cavid Zeynallı adlı biri FB səhifəmə girib mənimlə hampazor kolxoz sədrinin suçu ya kətmənçi ilə danışdığı kimi danışır. “Nə hay-küy salmısan, iki-üç yüz manat kitaba pul xərclənib…”

Mən bilmirəm kitaba nə qədər pul xərclənib. Mən Azərbaycanda heç nəyin qiymətini bilmirəm. Bilmirəm ki, çörək neçəyədir. Bu küçük bilir, çünki hər şeyi alıb-satır,  yaxşı bilir ki, haçan hay-küy salmaq olar, haçan yox. Yazır ki, bələkdən çıxandan «informasiyanın, ədəbiyyatın içindədir». İnterneti axtarıb hekayələrini tapdım.

“Zəminənin boyun-boğazını iyləməkdən doymazdı, içinə çəkərdi Zəminənin qoxusunu, saçlarını oxşayardı, döşlərini yüngül-yumşaq sıxıb qadının ağlını başından alardı”.

«Zəminənin döşlərindən gələn o qəribə qoxu burnunda, qovrulmuşdu həbsxana çarpayısında».

Cavid Zeynallı ədəbiyyatdırsa, Azərbaycan ədəbiyyatı deqradasiyanın son mərhələsini yaşayır.

“Öləndə sinəmi yumuyun,
Sunəmdə yar ətri var…”

Bunu adsız  şair deyib…. Adsız düha…

Bu cəlilabadlı gədə o qədər müasir görünmək istəyir ki, “döş qoxumaqla” kifayətlənmir, cümləni “ki” ilə başlayır:

“Ki, maşının içi-içalatı salamat qalacaq, tez tökülməyəcək.”

İndi Füzuliyə baxın:

“Mərdümi-çeşmim ayağına rəvan su tökdü,
Ki, gərək su tökülə sərvin ayağına müdam…”

Bu cəlilabadlı gədənin akademik təhsilindən danışmaq yersizdir. Bu gədə kənddə ədəbiyyat dərsi keçibmi? Bu gədəni “ədəbiyyatın içinə” salan kimdir? Anar? Kamal Abdulla? Rəşad Məcid, Cavid Zeynallı – bunların səviyyəsi gecə klublarında “vışibala” səviyyəsidir. Ancaq “ədəbiyyatın içindədirlər”. Bu ancaq onu göstərə bilər ki, Azərbaycan nəsri, Azərbaycan ədəbiyyatı poxa dönüb…

 “Tərslikdən axır vaxtlar camaat da cummuşdu Opelə”

«Radioya səs verib, şıdırğı mahnıdan kayf tutur».

Bu gədəbiyyata kim ədəbiyyat mükafatı verir? Bu gədəyə prezident təqaüdü yazdıran kimdir? Prezident nəyə görə xalqın puluyla gədəbiyyatı, antiədəbiyyatı maliyyələşdirir?

Burası əsil müsibətdir:

“…xəyal Həsəni aparmışdı: xırdavat Məzahiri Zəminə bilib əl atmışdı çiyninə, özünə çəkib boyun-boğazını oxşayanda Məzahir babat birini tutuzdurmuşdu bunun ənginə ki, oğraş, sənin var-yoxunu…”

Başa düşdünüz? Yox? Mən, çətinliklə də olsa, belə başa düşdüm ki, Həsən , Kamal Abdulla demişkən, elə “dəruni” fikrə gedir ki, kişini, yəni Məzahiri, arvadı bilir, istəyir ki, onun döşlərini “yüngül-yumşaq” sıxıb, «qoxusunu çəksin içinə»…

Anar müəllim! Kamal Müəllim! Ehtiyatlı olun! Bir də gördünüz bu cəlilabadlı gədə əl atdı döşünüzə…

Azəribaycan xalqım! Səni təbrik edirəm! Gədəbiyyatın çiçəklənir!

Rəsul Rza oğlu Anar! Gəlib çatdıq? Hələ yox? Əllərin əssə də, Gədəbiyyatın sükanını möhkəm saxla!

Xeyrulla Xəyal

16.04. 2021, Samara

ƏJDAHANI YIXAN BEOVULF AZƏRBAYCANIN KORRUPSİNER MƏTBUAT VƏ ƏDƏBİYYAT BÜROKRATİYASI QARŞISINDA ACİZDİR…

беовульф

Kitabın çıxdığı iki həftəyə yaxındır, Azərbaycanda işləyən (danışan, yazan, göstərən) yüzlərlə mətbuat orqanlarının heç birində bir sətirlə də olsun bu barədə məlumat verilmir. Yəni total boykotdur. Kitabın çıxdığından xəbər çap etmiş yeganə qəzet “Yeniavaz”dır ki, bunu da yaxın bir adamım o qəzetin redaksiyasında işləyən dostları vasitəsiylə “təşkil edib”. Mən tərcüməni havayı eləmişəm, dörd aya yaxın vaxt ərzində hər gün beş saatdan yeddi saata qədər işləmişəm. Nəşrin xərcini professor Zərbəliyev çıkib. İndi mən məcburam ki, kiçik pensiyamdan pul ayırırb bu kitab haqqında məlumatı FACEBOOK-da “irəlilədim”.  Yəni Azərbaycandakı soydaşlarıma tanıdım. Mən bu məlumatı BBC-nin və Azadlıq radiosunun Azərbaycan radosuna göndərmişəm. Bu radioda işləyən soydaşlarımız, yəni bu mazafakerlər Britaniya və ABŞ vergiverənlərinin pulunu yeyirlər, Ancaq Britaniyanın milli-mədəni sərvəti olan dastanın Azərbaycan dilinə çevrildiyi haqqında “havayı” məlumat vermək istəmirlər.

Mənim üçün sirr deyil ki, Azərbaycanda soğana, banana, pomidora inhisar olduğu kimi ədəbiyyatda da inhisar var, ədəbiyyat Azərbaycanda bazardır və bu bazara ali sanksiyasız girmək olmaz. Dövlət, əslində «dövlət — bizik» deyən adamlar milli sərvətləri əllərinə keçirib istismar etdikləri kimi ədəbiyyata da, yəni bədii sözün deyilişinə, yazılışına tam nəzarət edirlər. Sovetdən, bolşeviklərdən irs qalan Yazışılar Birliyi tam fəaliyətdədir. Belə bir absurd orqanı hər hansı demokratik ölkədə təsəvvür etmək olmaz. Yəni ədəbiyyata rəhbərləri dövlət tərəfindən təyin edilən orqan rəhbərlik edir və indi bu orqanını başına ağlını itirməsə də bütün əxlaq normalarınıdan və prinsiplərindın yadırğamş 84 yaşlı Anar başçılıq edir. Yəni Anar ədəbiyyatın rəisidir. Siz Lev Tolstoyun, Dostoyevskinin, Folknerin, Kafkanın, Prustun, Odenin, Bodlerin üstündə rəis təsəvvür edirsiniz? Anarın yanında və rəhbərliyi altında yazıçı, azad söz sahibi ola bilməz, onun yanında və rəhbərliyi altında Rəşad Mıcid kimi dövlət pulunu yeyib yağlanan sıçovullar ola bilər. Yazıçılar Birliyinin içində və ətrafınbda olanlar isə dövlətdən atılan yala tamahlanan, daim ağa qapısında dilənən, pul, ev istəyən əqidəsiz qarfomanlardır. İndi bu Yazıçılar İttifaqına tabe olan yeganə Ədəbiyyat qəzeti kənar bir adamın gördüyü vacib bir iş barıdı məlumat verməyə cəsarət edərmi?

Həm də «Beovulf” kimi statuslu əsər gərək dövlət təmtərağıyla çevriləydi – bir milyon ayrılaydı, bunun çoxu ayrılan kimi ayıranlar tərəfindən yeyiləydi, sonra qalan pula 20-30 idam iki-üç il əlləşib “Şam şəhərində xeyli qoca bir kişi vardı” kimi yöndəmsiz bir şey ortaya çıxaraydılar və elə bu yöndəmsiz şeyi qoltuqlarına vurub həftə səkkiz mən doqquz xəzinə hesabına Londona uçaydılar…

Bu işi görməkdə məqsədimiz pul qazanmaq olmayıb, mən qırx ildir tərcümə ilə məşğulam, bir qəpik də qazanmamışam. Biz bu işin gərəkli və faydalı olacağını düşünüb onu gördük. Ancaq şüurlu şəkildə təşkil olunan boykot  məni xarakterizə eləmir, ölkəni xarakterizə edir, onun mədəniyyətinin, mədəniyyət siyasətinin barbarların əlində əsir olduğunu, insanlarımızda da mədəniyyət, maarifçilik eşqinin olmadığnı göstərir. Kavafisin “Barbarlar gəldilər” şeiri var, onu da tərcümə eləmişəm, bloqumdan oxuya bilərsiniz…

Məni bu işə sövq etmiş və tərcümənin başa gəlməsində çox zəhmət çəkmiş professor Həbib Zərbəliyev Azərbaycanın adlı-sanlı alimi və pedaqoqudur, Azərbaycan dilçiliyində yeni sahə yaradıb ki, bu da hər alimə nəsib olmur. Həbib Zərbəliyev səviyyəli rus alimi öz İnternet səhifəsində hansı island saqasının ilk dəfə rus dilində çap olunduğu barədə məlumat yerləşdirsə, bu postu yüzlərlə, minlərlə adam paylaşır – bu belədir, Mən Rusiyada yaşayıram və nə dediyimi bilirəm. Professor Zərbəliyev öz səhifəsində Beovulfun nəşr olunduğunu yazır, bu məlumatı bir nəfər də paylaşmır – nə tələbələri, nə pedaqoq, alim həmkarları. Çünki Azərbaycanda elmi mühitin adı elmidir, əslində ilanlar qaynaşan bir yerdir, hamı bir-birindən uğur yox, büdrəmə, gözləyir, hamı bir-birinə xəstəlik və ölüm arzulayır.

Mən Azərbaycan jurnalistikasının və ədəbi mühitin sovet dövrünü az-çox tanıyıram. Tanışın, dostun olmadan ya kimisə qonaq eləmədən iki sətirlik yazını heç yerdə çap etdirmək mümkün deyildi. 1979-cu ildə “Azərbaycan” jurnalında mənim resenziyam gedib – Elçinin tapşırığı ilə. 1981-ci ildə “Azərbaycan” jurnalında hekayəm çap olunub – Əkrəm Əylislinin göstərişi ilə, çünki nəsr şöbəsinin müdiri Mövlud Süleymanlı çoban iti kimi qapını kəsib mənim kimi kənardan gələnəri qapırdı. Mənim yazılarımın əslində dəstəyə ehtiyac yox idi. Kömək ona görə tələb olunurdu ki, redaksiyalarda əqidəsini bir qarın yeməyə satan şarlatanlar oturmuşdular. Mən yaxşı müəllif idim. Buna sübutum da var. 1984-cü ildə «Literaturnı Azerbaydjan» jurnalında mənm dissertasiyamdan bir fraqment çap olunmuşdu — yenə Elçinin köməyi ilə. Ancaq SSRİ-nin ən nufuzlu ədəbiyyatşünaslıq jurnalarından biri olan «Literaturnoye obozreniye»nin 1985-ci il oktyabr nömrəsində mənim yazıma yüksək qiymət verilmişdi. O jurnal çıxanda artıq mən Azərbaycandan birdəfəlik çıxmışdım və Kuybışevdə zavoda fəhlə düzəmişdim…

Yaxşı yadımdadır ki, jurnalistlər milisidən də pozğun idilər –çaya qonaq elə, nahar al… Otuz il keçib, nəsil dəyişməyib, heç nə dəyişməyib, korrupsiya, tamah, əqidəsizlik Azərbaycan  jurnalistikasınınnın iliyinə işləyib… Hamısı birdir: rəsmisi də, müxalifətio də…

2018-ci ilin yayında qohumum öz puluna Şekspirin sonetlərini mənim tərcüməmdə Bakıda nəşr etdirdi. İndiyəcən Azərbaycan mətbuatında bu kitab haqqlnda bir sətirlik də məlumat çap olunmayıb.

Bu necə ölkədir?

Cəlil Məmmədquluzadə Tiflisdə “Molla Nəsrədiin” jurnalının nəşrini davam etdirmək istərkən rəsmilərdən rədd cavabı alanda demişdi ki, İranda erməni dilində bir neçə yüz nəşr var, onda qoyun mən də jurnalımı erməni dilində çıxarım…

Bəlkə mən də bu dastanı erməni dilinə tərcümə etməliydim? Düzdür, dili bilmirəm, ancaq dil öğyrənməyə az-çox qabiliyyətim var, bir-iki ilə öhdəsindən gələrdim. Erməni mətbuatı dillərinə qədim ingilis dastanının tərcümə olunduğunu zurna-balabanla yayardı. Buna şübhə etmirəm…

Xeyrulla Xəyal, RF Jurnalistlər İttifaqının üzvü.

16.02. 2021, Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: «YAŞA, YAŞA CAN STALİN, EY BÖYÜK İNSAN STALİN!»

RASUL_RZA

Rəsul Rzanın ən gülməli şeirlərindən biri də “Stalin”dir. Yox, bu şeirdə yumor və satira yoxdur. Bu şeir bu gün oxuyan insan 1938-ci ili təsəvvür edir, 1938-ci ildə SSRİ-də, o cümlədən Azərbaycandan yaşamış insanları gözünün qabağına gətirir və onların necə xoşbəxt, yəni bəxtəvər yaşadıqlarını görüb sevincindən gülür. Bu xoşbəxtliyi sovet adamlarına verən, yəni bağışlayan kim idi? Stalin!

Gəlin, dostlar, qulaq asın,
Bu ellərin nəğməsinə,

Körpələrin şən səsinə,
Cavanların nəğməsinə,
Söyləyirlər bir ağızdan:

Yaşa-yaşa, can Stalin!

Dillərdə dastan Stalin!

Bununla Rəsul Rzanın ilhamı soyumur, sadalayır:

“Quş keçməyən sərhədlərdə,
Eldə, obada, hər yerdə,

Geniş, mavi dənizlərdə,

Keşik çəkən qızıl əsgər
Deyir, yaşa, can Stalin!

Ey böyük insan Stalin!”

Şeir elə oynaqdır ki, adam durub oynamaq istəyir. Böyük Azərbaycan dirijoru və bəstəkarı Niyazinin bu şeir elə sümüyünə düşüb ki, ona musiqi də yazıb. Hayıf ki, bu mahnı You Tube-da yoxdur. Yoxsa sünnət toylarında sifariş verib gözzəl xanəndələrimizə oxutdurmaq olardı.

Ancaq şeirin tarixinə bir də diqqətlə baxanda adam bir az elə bil qarınağrısına bənzər bir şey duyur. 1938-ci il. Bu, Müşfiqin öldürüldüyü il deyil? Bəlkə Rəsul Rza Müşfiqin güllələnməyinə sevinib Stalinə belə tərif yazıb? Ancaq tez qarınağrısı dərmanı atıb bu rəzil fikri başından qovursan. Allah eləməsin! Rəsul Rza elə adam deyildi… Şeirdi də, yazıb… Əgər gənc şair görürsə ki, körpələrdən tutmuş mavi dənizlərdəki əsgərlərə qədər hamı “can Stalin” deyir, bunu niyə yazmayaydı? Aşıq gördüyünü çağırar…

Mən də həmçinin… Oxuduğumu yazıram…

18.12. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “İNDİ YEKƏ KİŞİ OLMUSAN, HƏR GÜN ÜZÜNÜ QIRXIRSAN…”

3-cü dərəcəli Stalin mükafatı laureatrı Rəsul Rza təkcə Leninə və Stalinə yox, hən də öz ailə üzvlərinə çoxlu şeirlər həsr edib – bacılarına, arvadına, oğluna, qızlarına, nəvələrinə. Rəsul Rza tez-tez səfərlərdə və SSRİ kurortlarında istirahətdə olduğundan yaxınları üçün qəribsəyir, ürəyini şeirlə boşaldırmış. Oğluna 1962-ci ildə yazdığı şeirin orijinal adı var, “Oğul” adlanır. Deyim ki, o vaxt indiki Azərbaycanın ədəbiyyat marşalı Anarın iyirmi dörd yaşı olub.

Rəsul Rza yazır:

“Mən səni yeni ayaq açanda,

yeni dil açanda,

top kimi yumalanıb qaçanda görmüşəm”.

Rəsul Rza demək istəyir ki, oğlunu təsadüfən görüb, çünki evdə tapılmırmış – İndoneziya, Paris, Hindistan…

“İlk dəfə məktəbdən gələndə

bağrıma basmışam səni, qucaqlamışam…”

Özünü çatdırıb sentyabrın birinə, birbaşa Çindən uçub gəlib…

“sən böyümüsən hər gün…”

Stalin mükafatını mən yesəydim, mən hər saat böyüyərdim, bu boyda olmazdım…

“İndi yekə kişi olmusan, maşallah!

Gündə üzünü qırxırsan…”

Bunu gərək yazmamaydı, Anar bunu oxuyan kimi üzünü qırxmağı tərgidib saqqal saxlamışdı, çünki aralarında atalar-oğullar problemi vardı…

“İndi qadınlar sənə

Həsədlə, məhəbbətlə baxır…”

Burda, zənnimcə, səhv var. Qadınlar Anara həsədlə baxmazdılar, Anara həsədlə kişilər baxardılar. Qadınlar yəqin ki, Anara həsrətlə baxardılar, dərdindən ölərdilər…

“Uşaqlardan sənə dayı deyənlər var…”

Ay rəhmətlik Rəsul Rza, indi görəydin uşaqlar Anara nə deyirlər! Anarın ətrafındakı uşaqlar özləri çoxdan dayı olublar, Anara isə ustad deyirlər, boss deyirlər, rəis deyirlər, arxadağ deyirlər, dahi deyirlər…

O uşaqlar elə bir əcayib tayfaya çevriliblər ki, işlərinin düzəlməyi üçün eşşəyə də dayı deyərlər…

Deyəsən, burda eşşəyin xətrinə dəydim…

ANAR 1

Mən, nə gizlədim, özgə cibində pul sayanam, fikirləşirəm ki, görəsən Rəsul Rza ailə üzvlərinə yazdğı şeirlərdən nə qədər pul qazanıb… Doğrudan da o vaxt kommunizm imiş, sən arvadına, oğluna şeir yazırsan (sözləri alt-alta düzürsən), sövet hökuməti də camaatın boğazından kəsib sənin cibini doldurur…

Sovet hökuməti yıxılandan sonra bu müftə yemək qurtardı. Ona görə nəinki şairlər öz ailə üzvlərinə şeir yazmadılar, onların çoxu hem evlənmədi də. Hara evlənəsən ki, hökumət nəinki qonorar, hətta uşaq pulu da vermir…

Sovet hökumtini yıxanlar şeytanın lənətinə gəlsin!

23.12. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: GÖYÇAYIN NARKOTİK XASSƏLİ HEYVALARI…

Günlərin bir günü göyçaylı biq qoca Rəsul Rzaya məzəmmətlə deyir ki, niyə sən öz vətəninə şeir yazmırsan. Rəsul Rza da qələmə sarılıb “Göyçayın” adlı uzun bir şeir yazır.

“Göyçayda poema misraları tək,
Düzülüb yol boyu hündür çinarlar”.

Şeir 1969-cu ildə yazılıb. O vaxt artıq Rəsul Rzanın böyük hörməti olub, Hörməti böyük olmasaydı, bu şeirin elə əvvəlindən redaktorlar ilişərdilər. Deyərdilər necə yəni “hündür çinarlar”, çinar hündür olmasaydı, ona çinar deməzdilər, səksəul deyərdilər…

“Narının şöhrəti tutub hər yanı”.

Bu, düzdür. Hərçənd şeir misrası deyil.

“Payız vaxtı hər kəs bağına girsə,

heyva qoxusundan tez sərxoş olur.”

Bax, bu, heç düz də deyil. Çünki Salyan bağlarında da heyva çox olur, bəlkə Göyçay bağlarından da çox, həttə Salyan küçələrindən birinə Salyan xalqı “Heyvalıq” deyir. Ancaq indiyəcən bir salyanlı heyva iyindən sərxoş olmayıb. Heyva sərxoşluq gətirsəydi, salyanlılar anaşaya o qədər pul verməzdilər ki… Lənət şeytana… Bunu Salyan polisi oxusa…

Şeirin burası qocanın dilindəndir. Yəni Göyçayı qoca tərifləyir. Rəsul Rza deyir ki, şeir yazaram, ancaq siz gərək Potu kəndində Qantəmirə heykəl qoyasınız…

Vaxt yetişəndə Rəsul Rza gedib görür ki, Qafur-Qantəmirin heykəli hazırdır.

“Qocanın vədəsi həqiqət oldu.

Bəs şairin vədi? Söz verin ona!”

Rəsul Rza Göyçaydan şeir yazmaq istəyəndə qarşısında Vətən torpağı canlanır. Rəsul Rza görür ki, ayrı-seçkilik eləyə bilməz, yəni Göyçayı Gəncədən, Naxçıvandan, Qarabağdan ayıra bilməz…

Düz deyir kişi!

Ancaq Rəsul Rza Hindistanın, İndoneziyanın, İrağın, Yaponoyanın hər şəhərinə, hər şəhərin hər küçəsinə ayrı-ayrı şeirlər yazır… Görünür, xarici şəhərlərə yazılan şeirlərə hökumət çox pul verirmiş…

 Rəsul Rza candərdi də olsa, Göyçayı tərənnüm edir, yzaır ki, “mən ordan gedəndən Göyçay böyük bir şəhərə çevrilib”.

Yəni nə böyüklükdə olub? Bakı boyda?

Burası yaxşıdır:

“Geniş küçələrin hər iki yanı

mərtəbə-mərtəbə evlərnən dolub”.

Yaxşı ki, hər iki yanı. Yoxsa eybəcər görünərdi…

“Qırmızı qalstuk məktəbliləri

hər yanda görürəm hey dəstə-dəstə”.

Əslində “qalstuklu” olmalıdır, heca misraya sığmayıb. Bu şoğərib hecalara görə Rəsul Rza sərbəst yazıb. Bu şeiri göyçaylıların xətrinə heca vəznində qoşub…

Bir yanda kosmosdan söhbat açırlar,

Bir yanda yüksəlir kəsmə şikəstə”.

Gözümün qabağına gətirdim, gülməkdən öldüm. Küçənin bir yanında göyçaylılar arvadlı-kişili kosmosdan danışırlar. Küçənin o yanında isə bir arvad əlini qulağının dibinə qoyub “Kəsmə şikəstə” oxuyur, yəqin Fatma Mehraliyeva konsertdən qabaq məşq edirmiş… Kosmosdan danışanların bir deyir: “Ay, xanın, get ayrı yerdə oxu, get Kürdəmirə, biz burda kosmosdan danışırıq…”

Rəsul Rza sonra yazır ki, “meyxoş narın” (nar da meyxoş imiş…), çinarların şöhrəti dünyaya yayılsa da, buranıb ən “böyük şanı” insandır!

Atan rəhmətlik! Bunu yaxşı demisən!

Sonra Rəsul Rza yazır ki, burda Füzuli dünyaya gəlib. Bunu oxuyanda xəcalət çəkdim. Füzulinin göyçaylı olduğunu bilmirdim. Bəlkə bu, ayrı Füzulidir… Füzuli çoxdur. Salyanda neçəsi var…

Sonra Rəsul Rza Həsən bəy Zərdabini də Göyçay qeydiyyatından keçirir…

Sözün düzü, dalı maraqı deyil. Çevir tatı, vur tatı. Rəsul Rza özü də başa düşür ki, qələmi boş-boşuna nala-mıxa vurur. Deyir ki, ömür vəfa eləsə, yenə Göyçaydan yazacaq…

Nə gizlədim, məni bu şeirdə maraqlandıran anca heyva oldu. Bəlkə doğrudan da Göyçayda eə heyva nözü var ki, insanı kefləndirir? Görəsən, o, ayrı yerdə, məsələn, Salyanda bitərmi? Bununla hökmən maraqlanmaq lazımdır…

Nə sirrdisə, elə bu heyvadan oxuya-oxuya elə bil heyvalandım, yəni havalandım. Məni gic gülmək tutdu. Özümü saxlaya bilmirəm… Şeytana min lənət…

21.12. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. ƏSİL ŞAİR NAZİM HİKMƏT VƏ RƏSUL RZA XALTURASI

Rəsul Rza dənizə çoxlu şeirlər yazıb, şeir deyəndə ki, sözləri düzüb alt-alta, hər şeirin uzunluğu kilometr…

“Ləpələr elə bil dəvə karvanıdır…”

Başa düşdük…

“Hər dalğa bir dəvədir”

Bu, təkrardır. Bir misra əvvəl deyilmişdi. Başqa şeirində də dalğa “nərə” oxşadılmışdı…

“Dəvələr dənizin üstündə döşlərini qabardıb gəzir…”

Bu, ağ olmadı?

Şairin zənnincə, ağ olmayıb. Ağ qabaqdadır:

“Böyükləri sanki şahdır, kiçikləri vəzir…”

Yazıq oxucu… Bunu yazan misra hesabı pulunu alıb qoyub cibinə, oxucuya qarınağrısı qalır…

Sonra:

“Sanki hər damla bir insandır…”
Dalğa — dəvədir, damla – insan…

“Damla sahilə düşsə,

qumlarda pünhan olur…”

Bunu lap Əliağa Vahid kimi yazıb: “Pünhan olur…” Burda bir əğyar çatışmır…

Və axıracan bu cür cəfəngiyyat…

Qəriblikdə, xüsusən birinci on-on beş il, gah mahnı xatırlayırsan, gah haçansa əzbərlədiyin ya eşitdiyin şeir. Mən hərdən Həsən Əblucun səsiylə dəniz haqqında bir şeirin bəzi misralarını xatırlayıb kövrəlirdim. Elə bilirdim şeir Rəsul Rzanındır.Tək elə bu şeir görə Rəsul Rzanı sevir, onu qüdrətli sayırdım. Sonra İnternetin zamanı gəldi, həmin şeir axtardım, tapdım….

Şeir Nazim Hikmətindir…

Bu iki şeirin müqayisəsi kifayətdir ki, Nazim Hikmətin əsil şair, Rəsul Rzanın isə xalturaçı olduğunu açıq görəsən…

NAZİM HİKMET

HASRET

Denize dönmek istiyorum!
Mavi aynasında suların:
boy verip görünmek istiyorum!
Denize dönmek istiyorum!

Gemiler gider aydın ufuklara gemiler gider!
Gergin beyaz yelkenleri doldurmaz keder.
Elbet ömrüm gemilerde bir gün olsun nöbete yeter.

Ve madem ki bir gün ölüm mukadder;
Ben sularda batan bir ışık gibi
sularda sönmek istiyorum!
Denize dönmek istiyorum!
Denize dönmek istiyorum!

29.12. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: HEKTARDAN 143 SENTNER PAMBIQ…

Rəsul Rza 1962-ci ildə “Qəhrəmanın ölümü” adlı şeir yazıb. Şeur İki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın ölümünə həsr olunub. Bəsti Bağırovz fevralın 27-də ölüb. Şeir Martın 2-də, Perellkinoda, yazıçıların Podmoskovyedəki yaradıcılıq evində yazıb. Peredelkino qışda cənnərt olurdu, sovet ədəbiyyatının canlı klassiklərinin bir hissəsinin burda evi vardı, bir hissəsi isə, Rəsul Rza kimi, ilin bir neçə ayını burda keçirirdi. Bunları ona görə yazıram ki, Rəsul Rza Bəsti Bağırovanın dəfnində olmayıb, yəqin istirahətini kəsib qəhrəmanın yasına uçmayıb. Bu, əlbəttə, onun öz işi idi, ancaq şeir elə yazılıb ki, guya Rəsul Rza Bəsti Bağırovanı nəinki yas iştirakçısı, o hətta meyidi pataloqoanatom kimi görüb, çünki onun əlini-ayağını çox ətraflı təsvir edir…

“İndi uzanıb sakit,
Nə qaşlarında düyün,
Nə dodaqlarında iztirab qırışığı…”

Əslində bu yazı şeir-zad deyil, biz buna şerti olaraq şeir deyirik, çünki Rəsul Rza özü buna şeir deyib və Azərbaycanda imdiyə kimi bunu şeir kimi çap edirlər. Bu yazının şeirliyi ancaq cümlələrini qırıq-qırıq edilib alt-alta düzülməyidir.

Rəsul Rza yazır ki, qəhrəmanın masasının siyirmələrində qalaq-qalaq məktublar qalıb. Çünki SSRİ-nun hər yerindən qəhrəmana məkublar gəlirmiş. O da gecələr yatmayıb (gündüzlər işləyirmiş axı!) bu məktublara cavab verirmiş. Rəsul Rza burda şah misra işlədir:
“Bu işi də var qəhrəmanlığın!”

Demək lazmdır ki, sonralar Rəsul Rza özü də qəhrəman oldu…

Vikipediyada Bəsti Bağırova haqqındakı məqalədə deyilir ki, “4 oktyabr 1936-cı ildə Bəsti Bağırova rekord miqdarda – 463 kq pambıq (bir gündə! – X.X.) yığdığı haqqında məlumat verib.

Bir adamın bu qədər pambığı yığmağı mümkün deyil, sadəcə ona görə ki, bu mümkün deyil! Bu qədər pambığı, özü də məhsulun ən bol vaxtında, ən yaxşı halda yeddi-səkkiz adam yığar. Mən öz kəndimizdən 50-ci və 60-cı illərdə qızların 120-130 kq pambıq yığdığını eşitmişəm. 463 kq – ağ yalandır. Sovet İttifaqında “staxanovçular hərəkatı” yarananda hər sahədə və hər respublikada belə staxanovçular qondarır, onların adına rekordlar yığırdılar. Rəsul Rza özü pambıqçılıq raynundandır. Bunu gözəl bilməliydi.

Hələ bu hamısı deyil.

1937-ci ildə “staxanovçu” Bəsti bir hektardan 142, 9 sentner pambıq alır!

Bu, əlbəttə, dünya rekordudur. Ancaq yalan üzrə! Qasım İsmayılov (xalq arasında – Kasıb İsmayılov…) kimi yerdə hektardan ən yaxşı halda 15-20 sentner pambıq alınardı. Bəlkə də 142, 9 sentner olub, ancaq bir hektardan yox, on hektardan! Qalan doqquz hektarı arvadlar ayaqyalın-başaçıq bir qarın çörəyə becəriblər, bəlkə hələ kolxoza debitor borcları qalıb!

Belə əldəqayırma qəhrəmanlar hər yerdə vardı. Yazçılardan da, şairlərdən də qəhrəman qayırırdılar…Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza…

Məqalədə göstərilir ki, Bəsti əmək fəaliyyətinə 1930-cu ildə başlayıb. Yəni 24 yaşında. O vaxtacan neyləyirmiş?

Bəsti Bağırovaya iki dəfə, 1947-ci və 1950-ci ildə, Sosialist Əməyi Qəhrəmanı adı verilir. SSRİ Ali Sovetinin (!) deputatı olur. Parlament iclasları, xarici səfərlər… Sədr olduğu kolxoz da rekord vurmaqda davam edir…

Belə kolxozlardan hər rayonda yaradılırdı. Yəni bütün dövlət resursları cəmləşdirilirdi bir-iki təsərrüfatda, kolxozun sədri qəhrəman, işçiləri qəhrəman, kənd abad… Nümunə üçün. Beləcə qazma briqadaları, istismar quyuları, sexlər…

Bütün rekordlar əslində qondarma idi. Qəhrəmanlar – qondarma…

Və bunu Rəsul Rza gözəl bilirdi. Azərbaycanlı sənərkar şeirini qondarma qəhrəmana yox, ayaqyalın-başaçıq bir qarın çörəyə çöllərdə dırnaqlarıyla yer eşən, sədrlərin, briqadirlərin zülmünü görən arvadlarımıza, qızlarımıza həsr eləməliydi. O arvadların çoxu dul idi, çünki ərləri müharibədən qayıtmamışdı…

Ancaq Rəsul Rza Peredelkinoda oturub rus arağından vura-vura “xalqın qəhrəman qızı” üçün göz yaşları tökür…

Bütün bunlar, əlbəttə, ağlamalıdır. Ancaq bu 143 sentner məsələsi yada düşdükcə adamı gülmək tutur. Kasıb İsmayılovda hektardan 143 sentner pambıq!

Belə şey olmaz! Şirəli babanın, Şirəli Müslümovun qondarma 169 yaşına and olsun!

22.12.2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. «PAHO… BUNUN ƏLLƏRİ YOXDUR…»

Parisdəki küçə iğtişaşlarına televizorda baxanda elə bilirəm ki, orda xalq şairimiz Rəsul Rzanın yeri görünür. Böyük sənətkar həftə səkkiz, mən doqquz Parisdəymiş, bir dəfə Göyçaya gedəndə iki dəfə Parisə gedirmiş. Bir az yubanın kimi parislilər bir-birindən soruşurlarmış: “Bu müsyö Rəsul Rza niyə görünmür? Bəlkə biz ona pis baxmışıq, bəlkə bizdən inciyib və indi Londona gedir?”

Əlbəttə, Rəsul Rza Londona da gedirmiş, ancaq Parisdən inciməyib. Ancaq “Lenin”poeması üzərində işləyəndə daha çox Londona gedirmiş, çünki Vladimir İliç uzun müddət Londonda yaşayıb.

Təbiidir ki, Rəsul Rza Parisə xeyli şeir həsr edib. Və bundan da artıq təbiidir ki, Rəsul Rza Luvrun yanından keçə bilməzdi. Düzdür, əvvəllər elə yanından keçib gedib. Günlərin bir günü öz-özünə deyib ki, balam, girim bu Luvra baxım, görüm by Luvr nə Luvrdur. Başıma nə gələ-gələ.

Bilet alıb girir. Ora baxır, bura baxır, birdən gözünə qız heykəli sataşır. Bəlkə heykəl paltarlı olsaydı, Rəsul Rza onu heç görməzdi də. Ancaq bu qız, yəni heykəl qız anadangəlmə lüt idi. Tamamilə! Və indi azərbaycanlı ola, lüt qızın yanından baxmayıb keçə — mümkün deyil. O azərbaycanlının ən azı nənələrindən biri azərbaycanlı deyil! Rəsul Rza xalis azərbaycanlı olduğundan lüt qızı dərhal görür və əlini atır şalvarına… Yəni şalvarının cibinə, ordan qələm-kağız çıxarıb ayaqüstü şeir yazır.

“Luvrda bir qız var

Gözəllər gözəli!

Amma hayıf ki, daşdır.

Nə həmsöhbət, nə həmsevgi, nə işdaşdır”.

Demək lazımdır ki, bu şeir bir məruzə kimi yazılıb. Elə bil ki, Rəsul Rza KQB-yə səfəri haqqında məruzə eləyir. Çünki hər bir sovet şairi xaricə səfəri haqqında KQB-yə məruzə eləməliydi.

Yuxarıdakı parçada iki maraqlı söz var. Biri “işdaş”dır, yəqin “həmkar”. “Həmsevgi” isə, mənim fikrimcə, “canan”dır. Yəni ki, heyf, bu daş qızdan canan olmaz…

“Baxırsan heyrətdə qoyur səni,

çılpaq qadın vücudunun kamil cizgiləri”.

İkinci misraya fikir verin: bu, misra deyil, elmi dissertasiya cümləsidir! Rəsul Rzaya bu cümləyə görə sənətşünaslıq doktoru adı vermək lazım idi”

Şair adını geri almaq şərti ilə!

Birdən Rəsul Rza diksinir:

“Paho…

Bunun əlləri yoxdur”.

A kişi qorxma, heykəldir də, canlı deyil ki…

Rəsul Rza bilmirmiş ki, Miloslu Veneranın qolları yoxdur! SSRİ-dən səfərə çıxanda KQB yaxşı təlimat verməyib. Az qalmışdı şairimizin ürəyi gedə…

Rəsul Rzada didaktika çox güclü olub, bu didaktikanın köməyi ilə bu nəticəyə gəlir ki, bu heykəlin haçansa əlləri olub. Nəinki əlləri, hətta telləri də olub (əlləri, telləri…)

Rəsul Rza heykəlin, türkün məsəli, dalına-qabağına baxır… Hamımız azərbaycanlıyıq, başa düşürük məsələ nə yerdədir…Və, zad demişkən, şey demişkən.. elə oyanıqlanır ki, hansı aşığınsa şeiri yadına düşür: ”Məmələr tər yerpənək…”

Burda uşaqların üzünü o yana tutun… Yəni ki, bu şeirdə xeyli erotka var… Dalı lap… O söz… Mən özüm xeyli sarslıntı keçirdim oxuyanda, halbuki bu yaşımda özümdə çoxdan bəri heç bir sarsıntı gözləmirdim…

Sonra Rəsul Rza xanımlıa əl-ələ verib ayrılmaq istəyir. Yadına düşür ki, xanımın əli yoxdur…

Burda çox kəskin süjet dönüşü var. Oxucunun başı gicəllənir. Rəsul Rza yenə didaktika yolu ilə bu nəticəyə gəlir ki, yaxşı ki, xanımın əlləri yoxdur.

“Heç olmazsa, Parisin küçələrində əl açıb dilənməzsən…”

Başa düşdünüz?

Şeir yazılan vaxt, yəni 1950—ci illərin sonunda əlləri olan bütün parisli qızlar küçələrdə dilənirmişlər!

Görün Paris nə gündəymiş! Fransızlar acından qırılırmış!

Bakıda isə o vaxtlar… Nə o vaxtlar, nə bu vaxtlar? Bakıda haçan dilənçi olub? Hansı azərbaycanlı arvad ya kişi indiyəcə küçəərdə əl açıb dilənib?

Azərbaycan kimi firavan ölkədə dilənənin gərək ağlı başında yox, ayrı yerdə ola…

Belə adamları gözümün qabağına gətirdim, uğunub getdim…

Allah rəhmət eləsin sənə, ay Rəsul Rza!

16.12. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. QARABAĞ, QARA BAX… ALA, QARA BAX…

 

Əlbəttə. indi “Qarabağ” deyəndə hər bir azərbaycanlı dəsmal götürüb ağlayır, dəsmalı olmayan gözündən sel kimi axan yaşı köynəyinin qoluyla ya ətəyiylə silir. Ancaq Qarabağ indi bizi ağladır. Qarabağın bizi güldürən vaxtları da çox olub. Bizim xalq şairlərimiz Qarabağdan çoxlu gülməli şeirlər yazıblar. Neçəsini xalq şairi Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza yazıb. Birini oxudum, uğunub getdim. Şeirin adı “Sənin adın”dır. Yəni sizin adınız yox, Qarabağın adı. Burda şair elmlə poeziyanı sintez edib Qarabağın adının mənasını axtarır. Birinci versiya budur ki, Qarabağın adı heç Qarabağ deyil, “Qara bax”dır.  Görüblər dağlarındakı qarı, deyiblər “qara bax”. Yəni iki nəfər gedirmiş, ola bilsin səyyah ya inturist, biri başını qaldırıb bağır dağın başına, yanındakını dümsükləyir, deyir oyan xabi-qəflətdən, qara bax… O vaxta qədər Qarabağın adı yox imiş, bu adamlar qarabağlılara deyirlər ki, daha bu gündən buranın adı oldu “Qara bax”…

(Deyirəm o iki nəfər salyanlı olaydı, özü də nəşəli…»Ala, ala, qara bax… ala, mən uydum…”

Sonra xalq şairi ikinci versiyasını açır. Guya bir yolçu, yəni inturist, burdan keçəndə çox susayır. Dodağı cadar-cadar olur. Dağın başındakı qara baxır, həsrətlə deyir: “Qara bax…”

Düzdür, burda bir neçə sual yaranır. Qarabağın hər qarışı bulaqdır. Yolçunun dodaqları niyə cadar-cadar olmalıydı. İkinci sual. Bu yolçu, əgər su tapmırdısa, yəqin inturist olub, yəni əcnəbi. Əcnəbi olubsa, niyə o bizm dilimizdə danışıb, halbuki indinin özündə çox azərbaycanlı öz dilində danışmaq istəmir?

Çox gülməlidir…

Hə, o yolçunun deməyi ilə Qarabağın adı qalıb Qarabağ… Ermənilər bu şeiri oxusalar deyəcəklər ki, onların dediyi düz imiş, o yolçu qurumsaqdan qabaq Qarabağ erməni adı daşıyırmış…

Rəsul Rzanın şeiri erməniləri də güldürəcək…

Sonrası maraqlıdır:

“Qarabağ,

Adın qəlbimdir,
Xalqımın mübarizə tarixi kimi…”

Yəni Qarabağ da Rəsul Rzanıın qəlbidir, “xalqımın mübarizə tarixi” də…

Xalqımın mübarizə tarixinin olduğunu bilmirdim… Az-maz eşitmişdim, inanmırdım…

Və guya əsrlər boyu istismara məruz qalan, inciyən nəsillər günlərin bir günü deyirlər:
“Silinsin tarixdən,
Nəsillərin qara baxtı!”

Özü də nida işarəsi ilə. Silinsin!

Necə silinsin qara baxt?

“Babamın çirməkli qolları

Səndə olub”.

Bunu başa düşmədim. Bəs qalan yerləri?

“Qəlbimdəsən, gözümdəsən
hara gedim, hara baxım, 
Mənim doğma Qarabağım! 
Qarabağım!”

Bunu oxudum, Rəsul Rzanın İndoneziyada yazdığı yağış şeiri yadıma düşdü. Xalq şairimiz oturub Cakartada oteldə, yağış da ara vermir. “Necə yağır, necə yağır…”

Mənim fikrimə gəldi ki, yaxşı ki, Rəsul Rza İndoneziyada deməyib “Yağışa bax!”

Desəydi, İndoneziyanın adını dəyişib qoyacaqdılar Yağışabax!

Fövqəladə Hallar Nazirliyinə and olsun!

09.12. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “BU İLDƏMİ DOLMAYACAQ PAMBIQ?”

Rəsul Rzanın gülməli şeirlərindən biri də “Nigaranlıq”dır. Əslində gərək nigaranlıq gülüş doğurmaya. Nigaranlıq gərək…nigaranlıq doğura. Ancaq Rəsul Rza nigaranlığıyla da oxucunu güldürə bilir.

Bu şeirdə də yağış yağır. (Necə yağır, necə yağır…). Ancaq bu dəfə söhbət Bakı yağışından gedir. Nəhayət xalq şairimiz xarici səfərlərini müvəqqəti başa vurub qayıdıb Bakıya, öz mənzilində dincəlir.

“Çöldə yağış yağır”.

Çöldə. – yəni bayırda. Yəni çöl də bayır kimidir…

“Mən onu görmürəm,
ancaq duyuram,
maşınların təkər səsindən…”

Şairi duyğu elə alıb ki, qalxıb pərdəni də aralamaq istəmir…

Şair dərin düşüncələr dalıb. Çox dərin.

“Düşünürəm:

indi asfalt küçələrdən su axır,

tökülür dəmir qapaqlı su yollarına”.

Kimin ağlına gələrdi ki, su “su yollarına” tökülür?

Yaxşı ki, Rəsul Rza bu dahiyanə misraları yazanda qalxıb öz-özünə deməyib: “Ay da Puşkin, Ay da sukin sın!” Yəni afərin, Rəsul Rza!

Biz deyirik: Afərin, Rəsul Rza!

Rəsul Rza düşünməkdə davam edir. Düşünür ki, görəsən indi bu yağışdan onların kəndinə yağırmı?

“Kim bilir, yağış yağırmı

şumu kəltən-kəltən,

yolları tozlu,

əkinləri qızdırmalı dodaqlar kimi

cadar-cadar kəndimizə?”.

Və əgər bu yağışdan onların kəndinə yağmırsa:

“bu ildəmi traktorların sükanına,

alaqların tikanına,

kətmənlərin sapına,

hədər yerə töküləcək

neçə insan alnından axan tər?!”

Vallah, faciədir…Necə qan ağlamasın daş… Yəni Rəsul Rza necə nigaran olmasın?

“Rahat qoymayır məni nigaranlıq…”
Hardan qoyar…

“Bu ildəmi

Dolmayacaq pambıq?!”

Bəli, budur məsələ! Olum ya dolum!

Bu yerdə mən həyəcanımdan az qaldım ağlayam. Ancaq duydum ki, burda nə isə yerində deyil. Necə yəni “dolmayacaq pambıq”? Bəlkə “pambıq planı dolmayacaq”?

Elə deyil?

Bəlkə elədir? Nigaranam…

Ancaq şeirn tarixinə baxanda məni gülmək tutdu: 27 yanvar 1962.

Ay müsəlmanlar, ağalar, xanımlar, qondarma bəylər! Yanvarda yağan yağışın pambığa nə dəxli? Pambıq hələ iki aydan sonra əkiləcək…

1962-ci il kimin yadındadır? Pambığın kilosunu beş ya on qəpiyə yığdırırdılar bizə… Millət qan ağlayırdı…

Rəsul Rza bu şeirinə görə yəqin bir ton pambığın pulunu alıb.

Bəlkə çox alıb…

Bəlkə az…

Douybmu? Dolubmu?

Nigaranam…

15.12. 2018

Samara

 

 

GƏNC RƏSUL RZA SİYASİ İRTİCA FİTVAÇISI KİMİ: “DÜŞMƏNLİK OLMAMAQÇIN, QIZIŞMALI DÜŞMƏNLİK…”

1928-ci ildə yoldaş Stalin sosializm inkişaf etdikcə sinfi mübarizənin kəskinləşməsi barədə tezislə çıxış edib. Deyib ki, məsələn, biz qolçomaqlardan torpağı alırıq, sahibkarları, alverçiləri var-yoxda çıxarırıq. Onlar, Stalinin fikrincə, sakit oturmayacaqlar, sovet hakimiyyətini yıxmağa çalışacaqlar. Ona görə də ayıq olmaq lazımdır, sosializm dü.mənlərini vaxtında aşkara çıxarıb ifşa və sonra məhv etmək lazımdır. Proletar yazıçısı Maksim Qorki bunu bədii şəkildə belə ifadə edib: “Düşmən təslim olmasa, onu məhv edərlər”.

Azərbaycan yazıçıları da, o cümlədən Cəfər Cabbarlı, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları Stalinin səsinə səs veriblər, düşmənləri öz şeirlərində ifşa ediblər, onların yerini NKVD-yə deyiblər.

Stalin bu çıxışı edəndə Rəsul Rza on yeddi yaşında imiş, yəni burnu fırtıqlı uşaq olub. Burnunu fırtığı quruyan kimi, 1931-ci ildə yoldaş Stalinin çağırışına cavab olaraq “ Bolşevik yazı” şeirini yazıb.

Oxuyub məəttələ qalırsan: iyirmi yaşında gəncdə fərasətə bax! Mən fiikirləşirəm ki, bunun sirri burundadır. Baxın rəhmətliyin şəklinə, görün necə iri burnu var. Belə burunla necə iy bilməyəsən! Oğlunun da burnu elədir, ona görə yaxş iy də bilir, küləyin hardan əsdiyini də…

Hə, qayıdaq “Bolşevik yazı” şeirinə.

Rəsul Rza bir səs eşidir, bu səs deyir:

“Rəsul Rza, durma yaz,
Qırçın tarla, faraş qoza,

Bol pambıqlı yaza yaz!”

(Əslində pambıq payızda yetişir. Yazda nə qoza? Pambıq indi-indi əkilir…)

Rəsul Rza deyir ki, kəndin dərdindən çoxları yazıb, ancaq kəndin dərdini başa düşməyiblər, kəndin dərdi kolxoz dərdi imiş, yəni kənd kolxo olmaq istəyirmiş (Rəsul Rza çox mürəkkəb yazıb, Stalindən də mürəkkəb, təxminən belə başa düşmək olar). Kolxoz da nədir? Pambıq!

“Pambıq ver zərbəçi dəzgahlara

Qoyma ölkənin sərvətini yadlar apara”.

Ölkənin sərvətini aparmaq istəyən yadlar kimdir, bilinmir. Görünür, Rəsul Rza şəxsən onları tanıyırmış və hamısını NKVD-yə təhvil verib…

Rəsul Rza daha sonra yazır ki, kəndin dərdini ancaq proletar şəhəri sağalda bilər.

“Rəsul Rza, durma, yaz,
Bolşevik templi, pambıqlı yaza yaz!”

“Bolşevik templi” – yəqin “bolşevik sürətli” deməkdir. Rəzul Rza bun xarici dildə yazıb…

Sonra Rəsul Rza kəndin xırda dərdlərindən yazır.

“Kənd susuzdur, kəndə su!”

Aha, kənd susuzmuş!

“Axmasın qoy gendə su!”

Aha, su gendə axırmış!

“Sənə pambıq çöllərinin tələbi vardır bu yaz” (bunu Rəsul Rza suya deyir. Rəsul Rza iyirmi yaşında itin…pardon, suyun dilini bilirmiş…)

“Çağır çıxsın yarışa Kür!”

Yəni Araz Kürlə sosializm yarışına çıxmalıdır… Oyunumuz var…

Sonra Rəsul Rza Kürün tərifini verir:

“Bəzən əmlik quzu kimi,
Qaçıb-qaçıb yorulan Kür…

Dalğasında gümüş ayı nazlı-nazlı yellədən Kür…”

Bu kimi cəgfıngiyat. Yoldaş Stalinin qoyduğu məsələdən uzaqlaşıb, Gəncdir, siyasi-əxlaqi sabitliyi yoxdur…

Ancaq Rəsur Rza vaxtında valı dəyişir, siyasi xəttə qayıdır. Kürə bolşevik qınağı yağdırır:

“Nəyə lazım gözəlliyin,
Göy tarlalar saralırsa”.

Məsələyə əsil bolşevik münasibəti! Birbaşa, açıq!

“Əyilib keçmə, Kürüm!

Yetər əyildin keçdin, qoca tarıx boyunca!”

Bolşeviklərdən qabaq Kürü də əyirmişlər! Vay sizin…

“Sənə xor baxanlar qoy,

İndi əyilsin, Kürüm!”

Kürə xor baxıblar? Basın hamısını Sibirə!

“Sənə bu gün tələb verir bu sosialist vətənim!”

Görünür, sosialist vətəni Rəsul Rzanı müvəkkil tutub…

“Bu, tələbdir, yaxşı bil”
Yəqin Rəsul Rzanın belində naqan da olub, yoxsa belə ötkülü danışmazdı.

Rəsul Rza təkidlə qeyd edir ki, bu yaz adi yaz deyil.

“Bu yaz pambıq yazıdır”.

Və burda isə məsələ açılır:

“Bu pambıqlı yeni il

Mübarizə yazıdır!”

Mabarizə yazı! Heyvan vaqonları hazırlanıb? Rəsul Rza milləti basıb göndəriəcək Sibirə, Qazaxstana…

Pambığın:

“Hər açılan qozası düşmənə bir kəfənlik!”

Düzdür, bir qozadan bir kəfən çıxmaz, ancaq sovet hakimiyyətinin düşmənlərini, “xalq düşmənlərini” bolşeviklər kəfənsiz basdırıblar. Basdırıblar deyəndə ki, çalaya atıb üstünü torpaqlayıblar…

İndi isə Stalinin tezisi Rzanın ifasında:
“Düşmənlik olmamaqçın, qızışmalı düşmənlik…”

İndi kim deyə bilər ki, 30-cu illərin repressiyasında Rəsul Rzanın günahı yoxdur?

Rəzul Rza dayanmır, ağzı qızıb:

“Bu yaz, sınaq yazıdır mübarizə yollarında.

Mübarizə bu gün də var yarın da.

Mən də onun ən ön sıralarında…”

Haçan bu insan öz xalqından, onun zülmə məruz qalmış övladlarının xatirəsindən üzr istəmişdir?

Ya oğlu, indiki Azərbaycanın dövlət ədəbiyyatının komandanı Anar atasının yerinə üzr istəyib?

12.12. 2018

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. «BAŞINI DİK TUTDU QƏLƏM…»

Rəsul Rza Səməd Vurğun kimi akademik olmasa da, onun şeirləri Silikon vadisini xatırladır, yəni elmi kəşflərlə, ixtiralarla, səmərələşdirici təkliflərlə doludur.

Rəsul Rzaya qədər heç kimin ağlına gəlməyib ki, qələm başını dik tutanda yazmaz.

“Başını dik tutdu qələm, 
dayandı məğrur. 
Nə bir kəlmə söz düşdü kağıza, 
nə bir cümlə yarandı, 
nə doğdu bir fikir”. 
Bu, şübhəsiz ki, Arximed səviyyəsində kəşfdir. Ancaq Rəsul Rza Arximeddən irəli gedir, yaranmış problemin həllini tapır.

Birdən:

“Ağ kağıza düzüldü kəlmələr. 
Nələr yarandı, nələr”. 
(Nələr yarandığını Rəsul Rzanın başqa şeirlərindən və “Lenin” poemasından bilirik…)

Oxucu az qalır təəccübdən özünü cırsın. Humanist şair Rəsul Rza oxucunu xarakiri törətməyə qoymur, sirri açır:

“Baxdım,

Qələm başını əymişdi…”

(Nəzərinizə çatdırım ki, «baxdım» ayrıca bbir misradı, Rəsul Rza kimi şairlər bu misraya görə bir kilo mal ətinin pulunu alırdılar…)

Bunu oxuyanda istədim ki, uçub gedəm Bakıya, Rəsul Rzanın məzarıına baş çəkim, böyük mütəfəkkir şairin xatirəsinə elə o qələm kimi baş əyim…

Təəssüf ki, getməyə, Qoqolun bir qəhrəmanı demişkən (Mikayıl Rzaquluzadənin tərcüməsində), «mümkünatım» yoxdur…

11.12. 18

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. “MEŞƏDƏN AYRILIB BİLDİR, YAŞ AXIDIR GİLDİR-GİLDİR…”

Rəsul Rzanın şeirlərinin altında tarixlərə baxırsan, gülmək tutur. 1960-cı illərin əvvəllərində, canının sulu vaxtı, Rəsul Rza dünyanın çoxlu ölkəsində səfərlərdə olub. 60-cı illərin əvvəllərində SSrİ-də vəziyyət yaxşı deyildi. Əlbəttə, vəziyyəti yaxşı olanlar da vardı, ancaq xalq dediyimiz çoxluq əziyyət çəkirdi, ölkədə çörək qıtlığı yaranmışdı, kəndlərdə adabaşına un satırdılar, şəhərlərdə çörək növbəsində adamlar bir-birinin başını yarırdılar…
Qabaqcıl sovet şairləri isə, o cümlədən Rəsul Rza dünyanı ölkə-ölkə gəzir, yoldaş Xruşşovu rəhbərliyi ilə sovet xalqının qazandığı nailiyyətlərdən danışırdılar. Əlbəttə, bu səfərlərə böyük pullar gedirdi və bu pullar sovet adamlarının boğazından kəsilirdi… Çox gülməlidir…
Ola bilsin ki, baqşa şairlər bu səfərlərdə kef çəkiblər, hətta bəlkə, ayıb olmasın, arvadbazlıq da ediblər. O ki qaldı bizim Rısul Rzaya, o, xarici ölkələrdə bir qram kef çəkməyib ancaq xiffət eləyib.
Götürək Bali səfərini. Dünya şöhrətli kurort. Ürəyində deyirsən, ay kişi, gəlib çıxmısan bura, kef elə, doyunca çim, quma uzan, özünü günə ver, xanımlara bax… Yox, Rəsul Rzanın fikri qalıb Azərbaycanda. Buranın suyu ürəyinə yatmır. Çünki duzunda
“Xəzərin şirinliyi yoxdur!”
Gərək gələndə bir çəllək Xəzər suyu götürəydi…
“Eh…
Burnumun ucu göynəyir
Bakı üçün,
onsuz da…”
A kişi, yadından çıxar getsin Bakını, Bakıda indi çörək növbəsindən başqa nə var ki…
Onu deyim ki, bircə bu “Eh” misrası üçün Rəsul Rza ən azı iki manat qonorar alıb yəqin. Bir kisə çörəyin puludur…
Ancaq Rəsul Rzaya, etalon vətən sevgili insana bunu demək olardımı…
1961-ci ildə Rəsul Rza Ranqunda olub. Ranqun indi Yanqon adlanır, o vaxt indi Myanma adlanan Birmanın paytaxtı olub. Maraqlı şəhərdir. Birma Oruelə ümumdünya şöhrətli əsərlərin süjetini verib. Ancaq Rəsul Rzanın sinəsində çırpınan ingilis ürəyi deyil, azərbaycanlı ürəyidir. Bu ürək qəm dünyasıdır, dünyanın qəmini çəkir bu ürək. Bu ürək necə sevinsin ki, nadir ağ fili qəfəsə salıblar!
Adama elə baxr ki, 
Deyərsən indi
Dil açıb danışacaq”.
İndi hansı oxucu deyə bilər ki, bu filin qəfəsə haçan salıblar. Üç il qabaq? Beş il? On beş il?
Yox!
Bildir! Bəli, bildir!
Soruşursunuz niyə bildir? Rəsul Rza bunu hardan bildi? Qəfəsə yazılmışdı?
Yox, ona görə bildir ki, qafiyəsi düz gəlir!
“Gözündən yaş axır gildir-gildir…”
Düzü, heç bilmirəm ki, “gildir-gildir” nədir, ancaq bunu oxuyanda o qədər güldüm ki, gözümdə yaş sel kimi axdı. Bəlkə də gildir-gildir axdı, kim bilir…
A kişi, sənin fillə nə işin var. Cəhənnəmə salıblar qəfəsə, gora salıblar…
Başa düşürəm ki, Azərbaycan kimi azad ölkədən gedən adam qəfəsdə fil görəndə darıxar. Ancaq bu qədər də yox də…
Rəsul Rza belə Rəsul rza olub… Kövrək… Gildir-gildir…
10.12. 2018
Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: TOLSTOYUN “TATARİN”İ VƏ GÖRÇAY NƏRGİZİ

 

Lev Tolstoyun “Hacı Murad” povestinin girişində xalq arasında “tatarin” adlandırılan “tatarin” adlı bir çiçək kolunu təsvir edir. Bu koldakı qırmızı çiçəyi dərmək üçün müəllif çox əlləşir, çiçək budaqdan qopmaq istəmir, həm də kol tikanlarıyla müqavimət göstərir. Bir az gedəndən sonra Tolstoy daha bir “tatarin”ə rast gəlir. Üstündən araba keçsə də, kol yenə dikəlib dayanmışdı…

“Onun lap bədənin bir tikəsini qoparıblar, içalatını çıxarıblar, əlini ayırıblar, gözünü çıxarıblar. Oncaq o durur və bütün həndəvərdə onun qohum-qardaşını məhv etmiş insana təslim olmur. “Energiyaya bax”, — mən fikirləşdim. – İnsan hər şeyi yendi, ancaq bu, baş əymir”. (sətri tərcümə mənimdir —  X.X.)

Lev Tolstoy nasir idi, şeir yazmırdı, və Hacı Muradın girişindəki bütün dramatik lirizmə baxmayaraq, müəllif buna, Qoqoldan fərqli olaraq, poema demir. Bu, nəsrdir.

 

İndi Rəsul Rzanın “Nərgiz” şeirinə baxaq.

Göyçayda qonaq evinin (əslində mehmanxananın ya da otelin, qonaq evi hər halda ayrı şeydir) qabağının yarısı asfaltdır. Bir gün şair görür ki, asfalt “qabarıb qabar-qabar”.

“Dedim bunda nə var?”

Bir neçə gündən sonra şair yenə burda qalmalı olur. Səhər üzünü yumağa çıxanda görür ki,

“Asfalt döşəmənin hər yarasından

nərgiz topası qalxıb, yaşıl bir alov kimi…

Soyuq asfalt məğlub olub həyat gücünə…”

“Dedim: — Eşq olsun həyatın gücünə!”

Mən bu şeirə plagiat demək bikrində deyiləm. Ancaq Rəsur Rza bunu yazanda bilməliydi ki, Tolstoyun məşhur sətirlərini təkrar edir… («Asfalt döşəmə» — düz deyil, həyətdə döşəmə olmaz, örtük olar!)

Belə şeylər olur…

Ancaq niyə Rəsul Rzanın bu müşahisdəsi şeir adlanır? Ona görə ki, sözlə Tolstiydakı kimi yan-yana yox, alt-alta düzülüb?

Və Rəsul Rza öz müşahidəsinin yazısını normal sintaksislə yazsaydı, bu, şer olmazdı olardı “Kommunist” qəzeti üçün məqalə…

Əslində Rəsul Rza yaradıcılığının böyük əksəriyyəti poeziyadan daha çox jurnalistikaya aiddir…

Sovet jurnalistikasına…

P.S. Lev Tolstoy «Hacı Murad»ın üzərində uzun illər ərzində işləsə də, sağlığında çap etdirmyəb. Povest yazıçının ölümündən iki il sinra çap olunub…

01.01. 19

SƏN HANSI XALQIN YAZIÇISISAN?

«Azadlıq» radiosunu saytında Çingiz Abdullayevin müsahibəsinə şərh

Hələ millətin “avtomobil minmədiyi” vaxtlarda rus təhsilli görmüş adamlarımız ictimai şüuru “balonlar” sürətiylə irəlilədiblər, dəyişiblər. Çox təəssüf doğurur ki, indi repressiv aparatın başındakıların da, ictimai fikrə təsir resurslaları olanların da çoxu elə rus təhsilli adamlarıdır. Əslində indiki rus məktəbləri formal cəhətdən rus təhsilidir, mahiyyətcə bu məktəblər yarıstalinçi, yarıfeodal təhsil verir və yarıstalinçi, yarıfeodal şüur formalaşdırır. İndi feodal şüurlu, feodal dünyabaxışlı bu cənab Abdullayev Bakının ortasında sərin kabinetdə oturub Azərbaycanlın intellektual inkişaf parametrlərini ölçüb-biçir. Bir vaxt kəndlərdəki qarışıq mallar mağazalarındakı itiuc metrlə… Və istəyəndə bu itiuc metri itaətdən çıxan yazıçıların başına vurur…

“Mən xalq yazıçısıyam…45 yaşımdan… altı aylıq olanda atamla işləməyə getmişəm, İranda məndən qorxublar, Nikolayı Culfa stansiyasınacan qovmuşam…”

Sən hansı xalqın yazıçısan? Gədəbəyədə, Qazaxda, Salyanda, Şamaxıda yaşayan xalqın?

“Biz onu üzvlikdən çıxardıq…Xalq yazıçısını təhqir edib…” Sən xalq yazıçısısan ya məhkəməsən? Ya dostun ağır cinayətlər məhkəməsini sədri olduğuna görə elə bilirsən ki, asıb-kəsə bilərsən?

Yüz il bundan əvvəl rus təhsili almış bir yazıçımız yeni bir insan surəti yaradıb ki, bu surət Hamletin ingilislərə vacib olduğu qədər bizim xalqa vacidbir: Mirzə Səfər. Əslində Bakının ən böyük meydanında ən böyük heykəl Mirzə Səfərə qoyulmalıdır. Mirzə Səfər Koroğludan çox vacibdir. Yəni ki, bu adam feodal şüurlu, feodal dünyabaxışlı insanların antipodudur,  yeni ictimai əxlaqın, yeni etik dəyərlərin daşıyıcısıdır. Biz isə indiyəcən Həsən ağalara abidə qoyuruq. Kabinetlərdə də Həsən ağalar və Həsən ağaların qohumları oturublar…

REPUTASİYALAR VƏ EPİTAFİYALAR

REPUTASİYALAR VƏ EPİTAFİYALAR.

1981-ci il dekabrın 19-da Ədəbiyyat institunun müəllimi Yuri Tomaşevski III kurs tələbələriylə seminar keçirdiyi kiçik auditoriyaya girib salamlaşır və əlindəki “Litaraturnaya qəzeti”ni” qeyzlə masanın üstünə atıb deyir: “Lap abır-həyanı itiriblər!” Literaturkanın birinci səhifəsində Brejnevin portreti və onun beşinci qızıl ulduzla təltif olunduğu barədə fərman var – bu gün Baş katibin yetmiş beş yaşı tamam olur. “Aleksandr İsayeviç burda olanda yenə bir az özlərini yığışdırırdılar, onun təkcə ölkədə olmağı xeyli adamı məcbur edirdi ki, özlərini ləyaqətlə aparsınlar…”- deyə Tomaşevski qəzeti qaldırıb yenə masanın üstünə atır. O öz-özüylə danışır, içərisində azərbaycanlılar da olan üçüncü kurs tələbələri, dərsə çox vaxt gəlməyən bir neçə nəfər moskvalı istisna olmaqla, siyasətdən kənardılar. Azərbaycanlılar, əslinə qalsa, elə ədəbiyyatdan da kənardılar – ancaq bu, ayrı söhbətdir… Tomaşevskinin kimi konkret qınadığını demək çətindi – Brejnevə ulduz verənləri? Yazıçı qəzeti olan Literaturkanı? Bütün yazıçıları? Aleksandr İsayeviçsə, əlbəttə, Soljenitsın idi – Brejnevçiliyin siyasi və estetik antipodu. Onun yanında, əlbəttə, özünü yığışdırarsan… Qonaq kimi gəldiyim seminarın onsuz da iflic olmuş işindən yayınıb bir vaxt Bakıda gördüyüm bir səhnəni xatırladım. 1980-ci ilin günəşli yanvar günlərinin birində o vaxt uğurlu sayılan bir xeyli yazıçı İttifaqın qabağında yığışıb qeybət qırır. Birdən hamı susub özünü yığışdırır və indiyəcən şəkillərdən və televizordan tanıdığım Anarın adamlara baxmadan, verilən salamları demək olar ki, cavabsız qoyaraq keçib getdiyini görürəm…

Və tərslikdən elə həmin saniyə yadıma təxminən bir il əvvəl etibarlı bir adamdan eşitdiklərim düşür. Peşəkar ədəbiyyatçı olan həmin adam deyirdi ki, güya Heydər Əliyevin bütün ciddi nitq və məruzələrinin “üslubunu Anar düzəldir”. Əlbəttə, peşəkar üslubşünaslar mərhum Əliyevin çıxışlarındakı bədiiliklərin kimə məxsus olduğunu çox da çətinlik çəkmədən müəyyənləşdirə bilərlər. Bəlkə də Anarın o çıxışlara aidliyi rəzil uydurmadır, hərçənd bunu mənə danışan adam əslində “üslubçuluğa” Anarın brilyant istedadının daha bir gözqamaşdırıcı tərəfi kimi baxırdı. Ancaq Anar istedadının yalnız brilynatlığını qəbul edən, “üslubçuluğu”, “katibliyi” isə, əgər bunlar olubsa, ləkə — brilyant üçün —  sayanlar da var…

Hə, deyək ki, bu, rəzil uydurmadır… Ancaq bir vacib şey var. Buna oxşar bir şey Soljenitsın barəsində uydurula bilərdimi? Brejnev məruzələrinin üslubunu Aleksandr İsayeviç yaradır… Bu, heç lətifə də sayılmazdı, ruslar belə şeylərə “boz madyanın sayıqlaması” deyirlər…

Biz şəxsi reputasiyaların milli varlıq və milli şüur üçün vacibliyi barədə çox az düşünürük. Dünyanı nasizm fəlakətinə uğratmış almanların sivil xalqlar ailəsinə qaytaran yalnız onların yeddi nəsil qabağa da boyunlarına məsuliyyət götürməy, açıq tövbə  peşmanlıq etirafları yox, həm də və daha artğq dərəcədə ümumdünya hörməti və etibarı qazanmış milli reputasiyaların əsrlərin dərinliklərindən baş qaldırıb yeni nəslə zamin durmasıdır. Tolstoyu, Dostoyevskini, Çexovu, Puşkini, Axmatovanı, Tsvetayevanı tanıyanlar, əlbəttə, ruslardan və ruslarla danışanda hökmən ədəb-ərkan gözləyirlər. Bu adamlar rus milli özünütanımasının özəyi olduqları kimi, həm də mənəvi oriyentir və dayaqdırlar. Millət də bütövlükdə, ayrı-ayrı adamlar kimi, büdrəyə bilir. Qalxmağa usə ümummilli reputasiyalar kimi söykənclər lazımdır. Linkolnun dediyi kimi, bioqrafiya üçün  fəxrli olan yıxılmamaq deyil, fəxrli olan – hər yıxılanda necə qalxmaqdır…

“On dördüncü əsr yıxılır, durur, Tutur o dahinin ətəklərindən…” Bunu Xəlil Rza Nəsimi haqqında deyib. Əlbəttə, hər millətin öz on dördüncü əsri var, tanrı bizi milli məhdudluq bəlasından saxlasın, biz yaxşı bilirik, məsələn, İtaliyada elə o vaxtlar necə əjdahalar olub. Ancaq Nəsimiyə verilən tərifdə şişirtmə yoxdur, onun reputasiyası əsr üçün doğrudan da şərəfdir. Və Nəsimi bizim milli şüur üçün çoxdandır ki, təkcə  bir şer, beş şer və hətta bütün yaradıcılıq yox, həm də və bəlkə də başlıca olaraq reputasiyadır. Başlıca ona görə ki, indi millətimiz üçün mənəviyyat, əxlaq məsələsi estetika məsələlərindən vacibdir.

Nəsimi heykəli üçün, əgər onun əsl portretləri qalsaydı, ad da artıq olardı. Tanımayanlar üçün – hə, adı yazıla bilər. Başqa heç nə. Peputasiya rəmzi olan Nəsimi adı heykələ həkk oluna biləcək hər şerdən tutumludur. “Görkəmli”, “böyük” sözləri Nəsimi adının yanında cılız görünür.

“Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı…” Sitatı kəsirəm – cümlə uzundur, hərçənd nekroloqdan ya ədəbiyyatşünaslıq məqaləsindən götürülməyib. Xəlil Rzanın yaradıcılığına həsr olunmuş bütöv bir abzas onun Salyandakı heykəlinə həkk olunub. Müəllifi Heydər Əliyevdir.

İndi deyəcəksiniz ki, yəqin üslub müəllifi Anardır. Bunu mən demirəm…

Ümumiyyətlə, Xəlil Rzanın Salıyandaki heykəli abidə deyil, siyasi performansdır. Büstün altında türklərə həsr olunan şer yazılıb: ”Çadırımız göy qübbəsi…””Bayrağımız al günəşdir…” Tanrı günahımdan keçsin, bu, kitçdir. Mərhum şairimiz kitçi və epatajı sevirdi…

Heykəlin arxasına da şer həkk olunub – ümumiyyətlə reputasiyaya təhlükə həmişə və hər səmtdən var, xüsusən arxadan, gərək arxanı qoruyasan… “Azadlıq Allahı – tək, Əyləşib öz yerində, Yerin-Göyün nuru var, Peyğəmbər gözlərində…”

Yəqin siz də başa düşmədiniz – Azadlıq Allahdır yoxsa peyğəmbər? Və həm də yəqin yer-göy Allah (ya da peyğəmbər) gözündən işıqlanar, əksinə yox… Əlbəttə, məktəbdən otuz ildir ayrı düşdüyümə görə bəlkə də mən şeri qanmıram, həm də şer onun bədii məziyyətlərinə görə yox, sovet vaxtı deyildiyi kimi, ideya-məzmununa görə heykələ vurulub. “Gedir Polad çiynində Kəpəz-Qoşqar boyda yük Dədə Heydər – Ata Türk”…

Cənablar, bizim … yox, siyasətlə işimiz yoxdur… estetik vəziyyətimiz çox acınacaqlıdır. Necə deyərlər, ölmüşük, yerdən götürənimiz yoxdur… “Allah əyləşib öz yerində…”

Professor Xalıq Koroğlu bir vaxt kəmsavad alimlərimizin Avropa İntibahını Azərbaycan zəmininə keçirmək cəhdlərini vulqar və qeyri-elmi sayırdı və burda məsələ təkcə sənətkarlık miqyasında, tarixi, tipoloji fərqlərdə deyildi. İntibah təkcə sənət yox, həm də şəxsiyyət azadlığı standartlarıdır. “Padşaha məktub yazıb özünü onun qapısındakı it adlandıran şair necə İntibah adamı sayıla bilər?”- deyə Xalıq Hüseynoviç təəccüblənirdi…

Xəlil Rza çılğın adamdı, çılğınlıq isə bütün mənəvi qüvvələrin və milli intellektin səfərbərliyini tələb edən mübarizədə heç də gərəkli keyfiyyət deyil. Çılğınlıq vurnuxma mənbəyidir, siyasi meylli ədib vurnuxanda da… Onun heykəlində salyanlı xuliqanların cıza biləcəyi qraffiti də bu “şerlər”dən abırlı görünərdi…

İndiyəcən çiynində qara çanta Xaqani küçəsiylə ətrafına baxmadan gedən cavan Anar gözümün qabağındadır… Mən onda lap cavandım və dayaq, oriyentir axtarırdım. Anarın kitablarını əslində gec oxumağa başlamışam, ondan əvvəl Tolstoyu, Dostoyevskini və az qala bütün Balzaki oxumuşdum. Anar mənim üçün yazıçılıqdan çox xadim kimi vacib idi, bu barədə bir vaxt onun özünə yazmışdm və o da mənə, zavod fəhləsinə, uzun cavab yazmış, kitablarını hədiyyə göndərmişdi. Mən bu kitabları əzizləyib saxlayıram…

Anarın evolyisiyası nə vaxt başlanıb? Bəlkə Birinci katibin nitqlərinə “gözəllik verəndə”? Və üslubçuluq” söhbəti yalandırsa, onda necə?

Biz indi Anar-hakimiyyət münasibətlərinin təbiəti üzərində düşünsək, görərik ki, əslində nə olubsa da, bir şey olmayıb: qarşıdurma. Anarla siyasi rejim arasındakı nisbi və müvəqqəti ziddiyyətlər estetik təbiətlidir, zövq məsələsidir, bu da öz növbəsində nəsil ovqatlarıyla bağlıdır. Yaşa dolan Anar cəmiyyəətdə yeganə layiqli ünsiyyət və dialoq partnyorunu iqtidarda görür. Hippilik bitir, saqqal qırxılır, azmış oğul Ata ağuşuna qayıdır. İncil süjetinə parodiya – yetmişinci illərin ortalarında “azmış” oğulların hamısı bağışlandı: dövlət mükafatları, vəzifələr, mənzillər…

Anar–iqtidar mifik ixtilafından “o, sovet gerçəkliyinə əyri güzgülərdə baxır” məzəmməti qaldı.

Anarın sayəsində Seyfulla Əsədullayev də Azərbaycan ədəbiyyatı tarixinə düşdü… Ruslar belə halda deyirlər: kak bloxa na sobake…

Lap vurun məni öldürün, Anarın indiyəcən sədr kabinetində oturmağı mənə ağır gəlir. Ona məhkəmənin qərarıyla bu iş kəsilsəydi, başa düşmək olardı. Könüllü…

Deyir ki, güya getsə, ittifaq dağılar. Həm də deyir ki, 1100 nəfərdən yalnız yüzü əsl yazıçıdır. Bəs onda təmir kimin üçün edilir – min yüz nəfəırçin ya yüz nəfərçin?

Yaradılan konsert zalına kim gedəcək? Min yüz ya yüz? Nə çalınacaq? Motsart, Üzeyir bəy ya Vəziroğlunun sözlərinə yazılmış mahnılar?

Deyir ki, çoxlu yaradıcılıq planları var, sədrlik macal  vermir. Anar müəllim, bəs niyə tüpürmürsünüz sədrliyə?

Yazıçılar İttifaqı, mən bilən, elə sovet vaxtı olduğu kimi, siyasi hakimiyyətin üzvi hissəsidir, iqtidarın özü kimi bürokratlaşmış ideoloji orqandır və ittifaq sədrinin kabinetində oturan adam hakimiyyətin elədikləri üçün məsuliyyətə tam şərikdir. Türməyə salınan, qol-qabırğası sındırılan, bıçaqlanan jurnalistlərə görə də.

Hakimiyyət hərisliyini Anar, əlbəttə, “ədəbiyyatın gələcəyi”, “ədəbiyyatın mənafeyi” kimi pafoslu ibarələrlə pərdələyir. Elə bil ayrı planetdən gələnlərin başı tovlanılır və durub inanacağıq ki, Nəsimi, Füzuli, Molla Pənah(Vaqif yazmıram, o qədər Vaqif əmələ gəlib ki…), “Dədə Qorqudu”, “Koroğlu”nu yaradanlar İttifaqdan çıxıblar. Əksinə, İttifaq Cavid kimi əjdahaları gedər-gəlməzə göndərib və başqa ölkələrin cinayətkar təşkilatlarından fərqli olaraq, heç tövbə-zad da eləməyib…

Azərbaycan mədəniyyəti qarşısında fövqəladə xidmətləri olan Anar, şübhəsiz ki, indi itirilmiş reputasiyadır. Özü üçün yox, öz reputasiyasına Anarın necə baxması adekvatlıq məsələsidir.

Anar reputasiyası bizim hamımız üçün itirilib. Çünki polis dəyənəyiylə feodal hüquqsuszluğu və şəxsiyyətsizliyi şəraitinə dəhmərlənib aparılan xalqın həm etibarlı oriyentirlərə, həm də sınanmış dayaqlara ehtiyacı var.

Yadınızdadırsa, məsələ dolaşanda və heysiyyətə təhqir təhlükəsi yarananda Mirzə Səfər(Mirzə Səfər də milli reputasiyadır!) döyüşə atılmasa da, bir şeyi bacarırdı: o, papağını götürüb gedirdi…

Yubiley müsahibələrində Anar deyir ki, özünü qoca saymır. Onu qoca sayan kimdir ki? Allah uzun ömür versin və günlərin birində papağını götürüb adını çarəısizlikdən “xalqa xidmət” qoyduğu padşah ğulluğundan gedə bilsin…

18-19mart 2008, Samara