
YouTube aparıcısı Zaur Qəriboğlu və dünyada bütün elmləri, hətta şeyx Nəsrullah kimi ölü diriltmək elmini də bilən Sərdar Cəlaloğlu Sevinc Osmanqızını ittiham edirlər ki, bu qadın ordumuzda əsasən kasıb uşaqlarının vuruşduğunu deyib.
Cəlaloğlu ağzının suyu fəvvarə vura-vura qışqırır ki, Osmanqızı yalan deyir, cəbhədə baş nazirin müavininin oğlu da ölüb.
Cəlaloğlu qardaşı Qurban Məmmədli kimi manipulyatordur. Demir ki, o müavin kimdir, haçan müavin olub və oğlu hansı müharibədə ölüb.
Birinci müharibədə, əlbəttə, rütbəlilərdən də bir neçə nəfərinin övladı vuruşub. Məsələn, Baba Nəzərlinin oğlu. Həlak olub. Tanınmış yazıçılar Xəlil Rza və Sabir Əhmədovun da oğulları eləcə. Ancaq söhbət indidən gedir. İndi cəbhəyə hətta kənd bələdiyyəsi səviyyəsində vəzifə tutanların uşaqları getmirlər. Osmanqızı tamamilə haqlıdır. Niyə Cəlaloğlu və Qəriboğlu əsib-coşurlar?
Cəlaloğlu vuruşub? Qurban Məmmədli tez-tez qardaşının şəhid oğlundan daışır. Bunlar çox qardaş və bacıdırlar. On-on iki nəfərə elə bircə əsgər veriblər?
Yeri gəlmişkən, ağzını açan kimi debilliyi bilinən, fasiləsiz kitab yazıb nəşr etdirən, harda oxuduğu məlum olmayan, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” kimi iddialı təşkilatlar təsis edən, hətta prezident təqaüdçüsü olmuş 34 yaşlı Zaur Qəriboğlu niyə əsgər getməyib? Nə azarı var? Üzdən buğa kimi sağlam görünür. Bəlkə debillik kağızı var? Varsa, niyə Vikipediyadakı məqalədə bunu göstərməyib?
19. 10. 2023, Samara