Архив тегов | qanunpozan

ANNA AXMATOVA. PƏRDƏ YOX İNDİ PƏNCƏRƏMDƏ…

 

Я окошко не завесила…

 

Pərdə yox indi pəncərəmdə mənim,

Elə birbaş otağa boylan sən.

Heç bilirsən niyə könlüm sevinir? –

Məni qoyub gedə bilmirsən.

 

Mənə “qanunpozan” de, incimirəm,

Acığından ələ salıb oynat.

Axı məndim sənin canındakı qəm,

Məndim haram qatan sənin yuxuna.

1916

 

tərc.: 02-04-1989, Ərəbqardaşbəyli