Архив тегов | Qarabağ komandası

ƏLİYEV 3 MİN KİLOMETRLİK SƏRHƏDİ BAĞLAYA BİLİR, YEDDİ METR İYİRMİ SANTİMETRLİK QAPINI YOX…

Azərbaycanın quru sərhədlərinin uzunluğu təxminən 2674 kilometrdir. İlham Əliyev bu uzunluqda sərhədi neçə ildir ki, qıfıllayıb, açarını qoyub cibinə, millət adaxlıbazlığığa getmiş Məşədi İbad kimi qalıb hasarın o tayından baxa-baxa.

Və elə Məşədi İbadın özü dümişkən: çox, gözəl, çox pakizə!

Maraqlıdır, niyə bəs İlham Əliyev cəmi yeddi metr iyirmi santimetr uzynluqada qapını bağlaya bilmir ki, Sumqayıt qədər əhalisi olan İslandiya bu qapıya beş top vurur? Hə?

Və əgər bu qapı hər kəsin üzünə açıqdırsa, niyə millimidə qapıçı vəzifəsi ləğv olunmur və qapıçıya havayı yerə bir ətək pul verilir?

Biz İlham Əliyevdən xahiş edirik ki, sərhədləri necə bağlayıbsa, millimizin də qapısını elə bağlasın. Yox, bağlaya bilmirsə, başqa ölkələrdə olan şəraiti Azərbaycanda da yaratsın. Daha doğrusu, İspaniyada ya Fransadakı şəraitin Azərbaycanda yaranmağına mane olmasın. Yəni Azərbaycanda azad, rəqabətli iqtisadiyyat olsun, azad bizneslər olsun, azad bizneslər idmana investisiya qoya bilsinlər, ölkədə futbolun kütləviliyi təmin edilsin. Axı Azərbaycanda futbol yoxdur! “Qarabağ” sərgi üçün yığılmış nümunə kimi bir şeydir. Elə bil ki, Çin ya Koreyadan gətirilmiş hissələrdən bir avtomobil yığmısan, deyirsən mənim avtomobil sənayem var. Yox, sənin avtomobil sənayen yoxdur! Sənin futbolun yoxdur! Sənin komandalırn əldəqayırmadır, necə yarandıqları, necə maliyyələşdirildikləri məlum deyil, oyunlar boş standionlarda keçirilir, stadionlar bərbaddır, hətta Qarabağın oynadığı stadinonda elə bil ki, naxır otarılmışdı…

Cənab Əliyev! Əlini çək millətin yaxasından, millət boğuldu…

Ya da özün millinin qapısında dur. Biz daha biabır olduq…

Mirzə ƏLİL

06. 09. 2025, Samara

GÖZLƏRİNİZ AYDIN: ERMƏNİƏR QARABAĞI QAYTARIRLAR!

Gözləriniz aydın! Ermənilər Qarabağı qaytarırlar!

QazTV-nin xəbərinə görə, möhtəşəm “Qarabağ” komandası Kopenhagendə uduzub böyük qələbə qazanandan sonra Serj Sarqsyan möhtəşəm prezident İlham Əliyevə zəng edib deyib ki, kirvə, bu həngamədən sonra daha Qarabağı saxlaya bilmərik, qaytarırırq sizin torpaqlarınız.

Qarabağın qaytarılmağı belə olacaq: Qrup oyunlarındakı hər qələbəyə bir rayon qaytarılacaq. “Atletiko”nu uddun – Zəngilan. “Çelsi”ni uddun – Qubadlı. Altı qələbə — altı rayon. Qalıq Laçın. Əgər “Qarabağ” qrupda birinci yeri tutursa, Laçın dəhliz qarışıq qaytarılır. İkinci yeri tutarsa, Laçın qaytarılır, dəhliz qalır ermənilərdə.

“Qarabağ” dörddə biri udsa, Şuşa gəlir. Qarabağ yarımfinalı udsa, ermənilər Stepanakerti də verirlər.

Serj Sarqisyan deyib ki, “Qarabağ” Çempionlar kubokunu alsa, ermənilər Yerevanı da azərbaycanlılara verəcəklər.

“Kirvə, özünüz bəs hara gedəcəksiniz”, — möhtəşəm İlham Əliyev soruşub.

“Ay kirvə, hardan gəlmişik, ora, belə cəhənnəmmə, gora!” – Serj Saqsyan ağlaya-ağlaya belə deyib.

Yaşasın “Qarabağ” komandası!

Yaşasın möhtəşəm İlham Əliyev!

Yaşasın Arif  Paşayev!

Yaşasın Paşa holding!

Yaşasın məzlum, başıqapazlı Azərbaycan xalqı!

Mirzə ƏLİL

HEYVAN ŞƏRHÇİLƏR «QARABAĞ»I «TÜRK KOMANDASI ELAN ETDİLƏR…

Mən talış, ləzgi, udin, tat olsaydım Kopenhagen-Qarabağ oyununun reportajına tüpürərdim, onsuz da tüpürdüm. Niyə “Qarabağ” türk komandasını heyvan şərhçilər “türk” komandası elan edirlər? Bəs Qarabağ uğrunda səngərlərdə ölən ləzgilərin, talışların, tatların komandası deyil? Və əgər onların futbol komandası, teatrı, televiziyası yoxdursa, onlar niyə Azərbaycandan ötrü ölməlidirlər? Və son olaraq: bu heyvan şərhçilər niyə arxayındırlar ki, Qarabağda oynayan azərbaycanlıların hamısının damarlarından saf türk qanı axır?

FACİƏMİZ SAYILMAYAN QOL DEYİL!

Bakıda bir yaxşı tarzən var, bura bir neçə dəfə gəlib. Mənə deyirdi ki, “müəllim, yazdıqlarınızı həmişə oxuyuram, ancaq bağışlayın ki, “layk” qoya bilmirəm, özünüz başa düşürsünüz…” Mən də dedim ki, oxumağınız elə bəsdir, layk-mayk lazım deyil…

İnsan öz ölkəsində barmağını basıb bəyəndiyi bir sözə “yaxşıdır” deməyə qorxur. Faciə budur, qondarma “Qarabağ” komandasının uduzmağı yox!

İlqar Məmmədov kimi insan türmədədir – faciə budur!

Xədicə İsmayılova tutulub – faciə budur!

Azərbaycanın şərəf və ləyaqətini qondarma, ətlənib-yağlanmış, xalqın malına zəli kimi yapışmış futbol komandaları yox, Xədicə İsmayıl, İlqar Məmmədov kimi insanlar xilas edə bilərlər. Bu insanların şücaəti nümunədir və bu şücaət numunələri bizim üçün mənəviyyət tarixi, yəni, nə gizlədək, bizdə hələlik olmayan tarixi yaradır. Bu kök və bəlkə də indiki gözəllik standartları baxımından yöndəmsiz qadının şücaəti ondan bilinir ki, böyük türməyə çevrilməkdə olan ölkəni çoxdan tərk edə bilərdi. Leyla Yunus da, əri də gedə bilərdilər. Ancaq getmədilər. Ona görə də kimin vətənpərvər, kimin isə vətənsoyan olduğu barədə söhbətlər artıqdır.

Xədicə İsmayıl tutulub – heç kim “faciə!” deyib qışqırmır. Ancaq əsil faciə budur! Heç bir cinatət törətməmiş insanın, özü də qadının zindana salınması ölkədəki deqradasiyanın sarsıdıcı səviyyəsini göstərir. Bu ölkədə, kişilərin hər gözəgəlmli qadın görəndə ağız suyu axıtdığı ölkədə, qadına qarşı zorakılıq normadır – hər gün qadınlar doğranılır, güllələnir, yumruq altında öldürülürlər. Vətəndaşların, ilk növbədə uşaqların, qocaların, qadınların təhlükəsizliyini qorumalı olan dövlət özü qadına qarşı cəzasız zorakılıq nümunəsi göstərir. Faciə budur!

Futbol yarışları yaranan gündən hakimlər səhv edirlər. 1966-cı ildə həmvətənimizim köməyi ilə Almaniya finalda uduzub, indi əksəriyyət bu fikirdədir ki, həmin qol səhvən sayılıb. Bizdə isə Tofiiq Bəhramova heykəl qoyulur. Hakimlər çox vaxt səhvi bilərəkdən eləmirlər. Hakimlik də işdir, hansı işdə səhv olmur? Cərrah bıçağı altında nə qədər insan ölür!

Bizim faciəmiz sayılan ya sayılmayan topda deyil. Faciəmiz odur ki, insanlar öz ölkəsində çağırılmamış qomaq kimi yaşayırlar, fikirləşdiklərini deməyə qorxurlar, buna görə də heç fikirləşmək də istəmirlər və get-gedə qoyuna çevrilirlər… Bulvarda Argentinadan gətirilib əkilmiş əcayib baobabların hörməti Azərbaycan övladlarının hörmtindən çoxdur…

Faciə budur!

ШУША 2

13. 12. 2014

Samara

 

AZƏRBAYCAN TƏQVİMİ

20 yanvar faciəsi, Xocalı faciəsi, Məhərrəmlik, Gül bayramı, Qurban bayramı, Muğam müsabiqəsi, Bülbül bayramı, “Qarabağ” komandasının faciəsi…