Архив тегов | qazilər

MARŞALİSSİMUS? QAZILARIMIZIN BAŞINA HAVA GƏLİB…

Dünyada ən azad mətbuat olan Azərbaycan mətbuatı  xəbər verir ki, Azərbaycan qazıları İlham Əliyevə «marşalissimus» rütbəsi verməyi təklif ediblər.

Məşədi İbad demişkən, gedin, gedin qazıya deyin…

Yox , bu misal vecə gəlmədi.

Yadıma düşdü: Məşədi İbad demişkən, çox gözəl, çox pakizə…

Bir məsələ var: bu rütbəni kim verəcək? Rütbələri İlham Əliyev vermir? İndi durub deyəcək ki, mən marşalissimusam? Nəyə görə? Çünki qazıların başına hava gəlib?

Mirzə Əlil bir ekspert kimi sizə deyə bilər ki, marşalissimus rütbəsini Azərbycan prezidentinə dünyada ancaq bir adam verə bilər, o da Türkmənistan qırmızıdərililərinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovdur.

Ay qazılar, bəs siz belə qazısınızsa, niyə demirsiniz ki, yeganə qadın şəhid Arəstəyə nə üçün  bir orden də verilməyib? 

On səkkiz yaşlı sütül uşaqlar həlak olublar, onlara üçüncü dərəcəli dəmir medal verilib. Bu sizin qazı qeyrətinizə toxunmur?

Vallah, ayıbdır! Vuruşmusunuz, yara almısınız, əlil olmusunuz, ancaq qanacağınız yoxdur…

Bəlkə bu təklifi sizə dedirdən var? Kimdir o qurumsaq? Kimdir dünyanı azərbaycanlılara güldürən arsız və şərəfsiz?

Gül kimi qələbəni belə sarsaq təkliflərlə …-a döndərməyin…

Generalissimus Stalinin çopuruna and olsun!

Mirzə ƏLİL

24.07. 2021, Samara

VETERANLARA HÖRMƏT EDİN! QAZİ-QAZİ DANIŞMAYIN!

İlk dəfə “veteran” sözünü “qazi” ilə əvəz etmiş insanın qol-qıçınl sındırmaq, dişlərini qarnına tökmək də azdır. Latın mənşəlibBu gözəl, samballı, beynəlxalq “veteran” sözü kimin gözünıə girirdi?

“Qazi” sözü Azərbaycan folkorunda həmişə neqativ məna daşıyıb. “Qazi”  — lətifələrdə rüşvətxor, imanının pula satmış hakimdir.”Kişi ağzında qızıl kimi söz danışır, sən izə qaz kimi boğazını uzadırsan”, — bunu qazi deyirdi.

Özünü çəkən, dartan adamlara deyirdilər: “Qazi-qazi danışma!”

Üstəlik Üzeyir bəyin ölməz səhnəsi: «Gedin, gedin, qaziyə deyin, qoy kəbini kəssin».

Dili təmizləyirik? Onda gəlin “kitab”, “dəftər”, “məktəb” sözlərini dəyişək. “Dərd”, “dərman” sözlərini dəyişək.

Əgər dillərini təhrif olunmuş fransız, ərəb, ingilis sözləriylə “zənginləşdirmiş” türkləri təqlid etsək,özümüzü gülünc günü qoyarıq. Özümüz cəhənnəm, veteranları gülünc günə qoyarıq.

Veteranlara hörmət edin! Qazi-qazi danışmayın!