Архив тегов | Quran şeirləri

ALLAHIN ƏLLƏRİ

İYUL 2023

“Səcdə eləmirsən, İblis, niyə bəs,
Yaratdığım kəsə öz əllərimlə?” —

Allah deyib – bilir, yəqin ki, hər kəs,

Otuz səkkizinci surədə belə.

 +

Əlbəttə, Allahın sözüdür Quran,

Tamam vasitəsiz nitqidir onun.

Hər sözü müqəddəs sayır müsəlman,
Dəyişməz ehkamdır, əbədi qanun.

 +

Əgər əlləriylə yaranıb insan,
Bəs nəyi yaratmış o, “”Kun!” deyərək?

Əllə nə yaranar, nə cana gələr?
İnsan yaradanda ruh, nəfəs gərək.

 +

Bizi əlləriyə o, yaradıbsa,

Deməli, Allahın əlləri vardır?!

Çiyin var, boyun var, əlləri varsa,
Təbii, başı var, ayaqları da…

 +

Əldən danışarmı əli olmayan?

Başqa üzvlər var, varsa əl əgər.

Ruh deyilmi Allah məkan bilməyən?

O ayəni insan deməyib məgər?

 +

Bu kitab oxunur min üç yüz ildir,
Şübhələrlə çaşan tək mən deyiləm.

Susur, öz içində hərə gizlədir,
İçindən üşənir, bayırından həm.
+

Bu böyük kitabın ziddiyyətləri,
Bir nədir, yüz nədir, min olar hətta.
Ömrün son həddinə çatandan bəri,
Susmağı doğru iş saymıram daha.

 +

Bu böyük kitabın müəllifliyi,
İnsana məxsusdur, buna əminəm.

Allah adından o, sözünü deyib,
Yaxşı çox söz deyib, pis də deib həm.

 +

Bircə şey var  bizə təsəlli olan:

Allah yaradıbdır o müəllifi.

Əllə yaranmamış ancaq o İnsan,
Tanrı qüdrətiylə dünyaya gəlib.

 

15. 03. 2024, Samara

QURAN ŞEİRLƏRİ: ƏMƏL EDİLMƏYƏN ANDIN CƏZASI. 5; 89

5 surğ 89 ayə

Andlarınızdakı boşbağazlığı

Alah sizə keçər, əhd ilə ancaq

And içib bu andı sonra pozsanız,

Alahın cəzası ciddi olacaq.

Təmizlənməninsə budur yolları:

Gərək yedirdəsiz siz on miskini,

Öz ailənizi yedirdən kimi.

Paltar verəsiniz siz ya onlara

Azad edəsiniz ya bir köləni.

İmkanı olmasa bunlara kimin,

Gərək oruc tuta üç gün o insan,

Beləcə ödəyər əvəz andpozan.

Anda əməl edin; beləcə Allah,
Sizə ayələri eləyir izah.

 

  1. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ALINAN XƏBƏRİ YOXLAMAQ. 49;6

сура 49 аят 6

İman gətirənlər! Rəzil bir insan,

Sizə bir xəbəri gətirsə haçan,
Yerinə yetişin, öyrənin hökmən,
Doğrumu deyir o. Bilməyərəkdən,

İncidə bilərsiz yoxsa kimisə,
Peşmanlıq əzabı dərd olar sizə.

08. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ANDINI YALANA DÖNDƏRƏNLƏR. 16; 94-95

ən nəhl

İçdyiniz andları

Döndərməyin yalana.
Yoxsa torpağın üstdə

Bu gün möhkəm dayanan,
Ayaqlarınız çaşar.

Və Allahın yolundan,
Beləcə çıxan insan,
Şər ilə qarşılaşar.

Satmayın heçneçəyə.

Allahla əhdinizi .

Yalnız Allahda olan,
Zəngin eləyər sizi.

07. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ALLAHIN ADIYLA MALINDAN KEÇƏN 2; 261-262

surə 2 ayə 261

Malından kim keçsə Allah adıyla

Bir dənə bənzər ki, bitər o dəndən,

Yeddi sünbül – yüz dən hərəsində də.

Kimə istəyirsə, artırır Allah.

 +

Keçsə kim malından Tanrı yolunda,

Və danlaq, töhmət də vurmasa əgər,
Allahın o kəsə mükafatı var.

O nə qorxu duyar, dərd bilər nə də.

06. 10. 2022 Samara

QURAN ŞEİRLƏRİ: SƏDƏQƏ HAQQINDA. 2; 263-264

ƏL bƏQARA

Xoş söz, mehribanlıq daha yaxşıdır

Nəinki sədəqə verib kasıba,

Ona tənə, qınaq eşitdirəsən.

Kim sədəqə verib qınasa əgər,

Onun sədəqəsi hədərə gedər.

O kəsə bənzər ki beləsi şöhrət

Eşqiylə malını sərf edər, ancaq,

Nə Axirət bilər, nə də ki, Allah.

Belə bir insansa qayaya bənzər:

Torpaq var üstündə qayanın, hərçənd,
Leysan yağan kimi lüt qalar qaya.

Malını Allahdan lütf qazanmağa,
Kim ki sərf edərsə, təpə üstdəki,

Bir bağa bənzəyər; leysan gedərsə,
İkiqat olacaq onun meyvəsi
Leysan yağmasa da – şeh onun bəsi.

 05. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: VERİRSƏN – YAXŞISINI VER. 2; 267-268

сура 2 аят 267

İman gətirənlər! Öyüddür sizə:

Sədəqə, ianə verirsinizsə
Qazandığınızın, sizinçin ya da

Bitirdiyimizin yaxşılarından

Verin; Elə bir şey verməyin ki, siz,
Əgər özünüzə təklif edilsə,
Ancaq göz yumaraq götürərsiniz.

 +

Şeytan yoxsulluğu sizə vəd edir
Föhşü, simicliyi sizə öyrədir.

Allah hikmət verir kimə istəsə.

Allahın neməti var hikmədəsə.

 

04. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: HAKİMLƏRƏ RÜŞVƏT HAQQINDA. 2; 188

СУРА 2 АЯТ 188

Malınızı yeməyin,
Boş yerə aranızda.

Onu rüşvət verməyin

Məhkəmələrə ya da,

Ki, özgə malına da

Yiyələnib, yeyəsiz,

Bu, günah olan halda.

Bunu bilirsiinz siz.

03. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ORUCLUQ HAQQINDA 2; 183-184

сура 2 аят 183

İman gətirənlər! Sizə orucluq,
Vacib buyurulub, necə ki, sizdən,

Əvvəl gələnlərə qanun olub bu.

Bəlkə də xof olar ürəyinizdə.

+

Bu, ayın müəyyən günlərindədir.

Kimsə sizdən əgər azarlı olsa,
Ya da yol üstəsə, o vaxt qədəri,
Sonra oruc tuta gərək o insan.

+

Belə bir üzrlü səbəb olmadan
Oruc tutmayansa buna əvəz tək

Kasıb insanları yedirdə gərək.

Hansi bir xeyir iş görsə kim haçan,
Xeyrini görəcək özü o insan.

02. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: VALİDEYNƏ HÖRMƏT. 46; 15

сура 46 аят 15

İnsana buyurduq valideyninə

Gözəl münasibət gərək bəsləsin.

Bətnində əzabla daşıyır ana,
Sonra doğmağı da əzablı, çətin.

Süddən ayırınca otuz ay çəkir.
Yetkin qırx yaşına çatır elə ki,

Deyir: “Sövq et, Tanrı, mənim qəlbimi
Valideynimə də, mənə də sonra,
Sənin yetirdiyin nemətə görə,
Minnətdarlıq duyum axıra kimi.

Xeyir işlər görüm sənə xoş olan,
Lütfünü əskiltmə sən də nəslimə,

Sənə üz tuturam, həqir müsliməm”.

01.10. 2022, Samara