Bir balanın babası
Olmaq əsil səadət!
Minə səni – çapasan,
Mənzilin — əbədiyyət!
Oyuna, oyuncağa,
Çevriləsən – oynada.
Axtara və darıxa –
İtib getsən dünyadan…
26.09. 2014 Samara
Bir balanın babası
Olmaq əsil səadət!
Minə səni – çapasan,
Mənzilin — əbədiyyət!
Oyuna, oyuncağa,
Çevriləsən – oynada.
Axtara və darıxa –
İtib getsən dünyadan…
26.09. 2014 Samara
Oğrun-oğrun dolaşır,
Oğrun-oğrun uçurlar.
Elə bil çağrılmamış,
Qonaqdılar sərçələr.
Başqa quşların səsi,
Tutub bağçanı-bağı.
Utanır sərçələrsə,
Elə bil oxumağa.
Yox gözəl avazları,
Rəngləri deyil qəşəng.
Bəzəmir ağacları,
Uçuşu-qaçışı ləng.
“Səsi qırılmışların,
Kəsiləydi!” deyən var.
Ancaq ötürüb qışı,
Yazı gətirib onlar.
Yağışlarda islanıb,
Küləklərə dözüblər.
Şaxtada daldalanıb,
Acqarına gəziblər.
Özlərini didiblər,
Sinə dağıdıb onlar,
Kim bilir nə qədərdi,
Bahara çıxmayanlar…
Bağlarda, bağçalarda,
Susmayıblar bircə an.
Beş ay boz sərçələrdi,
Təbiəti yaşadan.
Sadə nəğmələrində,
Yer və göy danışırdı.
Bizə ümid verən də,
Bu xırda quşlarıydı…
14.04. 2014 Samara