Архив тегов | Söyüdlü kəndi

«EL BİLİR Kİ, SƏN MƏNİMSƏN, AZƏRBAYCAN…» BUNU YALNIZ İLHAM ƏLİYEV DEYƏ BİLƏR…

samed-stalin

Yüz ilə yaxındır ki, hər bir azərbaycanlının, xüsusən azərbaycanca təhsil alanhər bir azərbaycanlının beyninə, yaddaşına at iynəsinin şprisi ilə yeridilən “Azərbaycan” şeiri ilk misrasından absurddur, basməmmədidir və adam xamlamaqdır.

“El blir ki, sən mənimsən”.

El – Azərbaycan xalqı bilir ki, sən, Azərbaycan, mənimsən – bu nədir? “El bilir ki” olmasaydı, yəni akademik şair birbaşa desəydi ki, “Azərbaycan, sən mənmisən”, az-çox abır çərçivəsinə sığardı. El — əslində Azərbaycan özüdür. Yəni Azərbaycan bilir ki, Azərbaycan, səm mənimsən…

Yalnız bir halda bu misra absurd səslənməzdi: əgər o, monarxın, mütləq hakimin dilindən deyilsəydi.

Bəlkə bu şeir Mircəfər Bağırovun dilindən deyilib? Ancaq bir məsələ var: Mircəfər azərbaycanlıları, özü də ən zirəklərini, qabaqcıllarını, qırıb-çatsa da, anaları ağlar, uşaqları yetim qoysa da, mütləq hakim deyildi, onun üstündə Stalin vardı.

Bəlkə şeir Stalinin dilindən yazılıb? Bu, çox mümkündür. Çünki şeirin orijinalı, yəni Stalinin vaxtında çap olunanı Stalinin adı ilə də bitir: “Stalinin eşqiylə sən Güləcəksən hər br zaman… “ və s.

Yəni məsələ qaranlıqdır. Ancaq uzun illər keçəndən sonra bu absurd misra legitimlik qazanır. Azərbaycanda indi hıqiqətən elə bir adam var ki, ürəkdən, arxayın deyə bilər: El bilir ki, sən mənimsən”.

Bu adam İlham Əliyevdir. Hətta indi bizim dal öpüb ayaq yalayan flologiya üzrə fəlsəfə doktorlarımız tam əminlıklə yaza bilərlər ki, Səməd Vurğun elə uzaqgörən olub ki, İlham Əliyev bu fani dünyaya gəlməmişdən otuz il qabaq bütün Azərbaycanın sərvətləri və əhalisi ilə birlikdə ona məxsus olacağını görüb və onun dilindən şeir yazıb.

Yəni İlham Əliyev üzünü Azərbaycana tutub deyir:

“El bilir ki, sən mənimsən!”

Bunu təcili xalqa, daha doğrusu əhaliyə  çatdırmaq lazımdır ki, bilməyənlər də bilsinlər. Təklif: bu birinci misraya dərs ilinin bir rübü həsr edilsin. Bu misra qızılla yığılıb hər sinifdə zirehli şüşəsi olan çərçivə içində asılsın.

Və, nəhayət, bu misra ucuz yüngül metaldan hazırlanan, yəni şəhid medalına oxşayan bir sırğanın üstünə həkk edilib hər bir azərbaycanlının qulağından asılsın.

Bəs nə?!

 

Mirzə ƏLİL

07. 07. 2023, Samara