Архив тегов | Tyütçevin şeirləri

FYODOR TYÜTÇEV. “AĞILLA RUSİYA BAŞA DÜŞÜLMƏZ…”

TYÜTÇEV

 

Ağılla Rusiya başa düşülməz,

Ümumi arşınla ölçən aldanar.

Özəllikləriylə yox ona bənzər —

Rusiyaya yalnız inanmaq olar.

 

Ruscadan tərcümə

16.09. 2019, Samara

 

 

Умом Россию не понять,
Аршином общим не измерить:
У ней особенная стать —
В Россию можно только верить.

1866

FYODOR TYÜTÇEV. “BİZİ ÖYRƏTSƏ DƏ HƏYAT NƏ QƏDƏR…”

TYÜTÇEV

Bizi öyrətsə də həyat nə qədər,

Ürək möcüzəyə inanır yenə.

Qüvvə var  — əbədi tükənməyəndir,

Bir də gözəllik var – solub getməyən.

 

 

 

Elə çiçəklər var, yerdə bitməyən,
Onlar solan deyil yerdəkilər tək,

Günorta yanğısı od da çilyə,

Şeh quruyan deyil ləçəklərində.

 

 

Bu inam heç zaman aldadan deyil,

Yalnız onu yeyib dolanan kəsi.

Çiçəklənənlərin solmaz hər biri,
Hamısı ötüşməz, nə baş veribsə!

 

 

Əziz nemətini bu inamınsa,
Yalnız o insanlar dada bilərlər,

Ciddi fitnələrə kim dayanıbsa,
Sevgi ağrısına dözübsə əgər.

 

 

Əziz nemətini bu inamınsa,
Yalnız o insanlar dada bilərlər,

Ciddi fitnələrə kim dayanıbsa,
Sevgi ağrısına dözübsə əgər.

 

 

 

Kim özü həyatda min əzab çəkib,
Sağaldıb özgənin yaralarını.

Can əsirgəməyib dost yolunda kim,

Axıra qədər də mətin dayanıb.

 

Ruscadan tərcümə

09-13.09. 2019, Samara

 

 

 

Чему бы жизнь нас ни учила,
Но сердце верит в чудеса:
Есть нескудеющая сила,
Есть и нетленная краса. Читать далее

F. TYÜTÇEVİN «İNANMA ŞAİRƏ…» ŞEİRİNİN İKİ TƏRCÜMƏSİ

TYÜTÇEV       

                                           F.İ. TYÜTÇEV

 

İNANMA ŞAİRƏ. İNANMA!

 

İnanma şairə, inanma, gözəl,

Onu özününkü sayma da nahaq.

Şairin eşqindən özünü gözlə,

Odlu gəzəbindən qorxma sən ancaq.

 

 

Onun ürəyini ovlamaq sənin,

Bu körpə könlünün işi deyil ha.

Yaxıcı odları gizləmək çətin,

Bu zərif məsumluq pərdəsi altda.

 

 

Şair qüdrətində təbiıət dinir,

Çatmaz ixtiyarı özünə təkcə.

Bəzən istəmədən ipək telləri,

Yaxar şöhrətinin oduna necə!

 

 

Onu əbəs yerə düşüncəsiz xalq,

Söyüb yamanlayar, gah da ucaldar…

Ürəyi ilan tək demə sancacaq,

Onu aram-aram arı tək sorar.

 

 

Sənin şərəfinə eyləməz o qəsd,

Bil ki, şairin də təmiz əli var.

Pozar həyatını bilmədən fəqət,

Buludlar dalına ya da aparar.

                                                1830-cu illər

ruscadan tərcümə

1983-84-cü illər, Moskva (təxminən)

 

F. TYÜTÇEV

İNANMA ŞAİRƏ…

 

İnanma şairə, inanma, gözəl,
Onu özününkü sayma da heç vaxt.

Alovlu qəzəbdən daha çox səni

Şair məhəbbəti gərək qorxuda.

 

 

Sənin ki ürəyin körpəlik halda,

Necə anlayasan onun qəlbini?
İncə bir məsumluq duvağı altda,
Varmı atəşini gizlədə bilən?

 

 

 

Şairdə təbiət qüdrəti vardır,
O təkcə özüylə bacara bilmir.

Cavan çiyinlərdə buruq saçları,
Qarsıdır özünün tacıyla şair.

Əbəs tərifləyir, ya da qınayır

Şairi, dərindən düşünməyən xalq.

O bir ilan kimi çalmaz ürəyi,

Ancaq arı kimi onu soracaq.

 

 

 

Pozulmaz şairin təmiz əliylə,
Əziz və müqəddəs tutduğun nə var.

Fəqət təsadüfən məhv edə bilər,
Ulduzlar dalına ya da aparar.

 

Ruscadan tərcümə

07-08. 09. 2019, Samara

 

Федор Тютчев. Не верь, не верь поэту, дева

 

 

 

Не верь, не верь поэту, дева;
Его своим ты не зови —
И пуще пламенного гнева
Страшись поэтовой любви! Читать далее

F.İ. TYÜTÇEV. RUS QADININA

        

Uzaq işıqdan, həm sənətdən uzaq,

Uzaq günəşdən, həm təbiətdən.

Uzaq həyatdan, uzag sevdadan,

Qaralar günlərin bütün solaraq.

Dadını duyğuların bilməzsən,

Boşa çıxar xəyalların da tamam.

 

Və gözə gəlmədən həyatın ötər,

Udar adsız və adamsız bir yurd.

Bir anılmaz, aranılmaz yerdə,

Necə ki qeyb olub bir anda itər,

Səmada tüstüdən yaranma bulud,

Payız günü düşəndə çən birdən.

                                                   1848

 

Rus dilindən tərcümə

1984, Moskva