Архив тегов | Ümid partiyası

RÜFƏT MURADLI YENƏ BAŞLADI QƏBİRLƏRƏ KƏRKİNMƏYƏ…

Bu yazı 18 yaşı tamam olanlar üçündür.

Yəqin ki, “pedofil”, “zoofil” və “hətta” “nekrofil” terminləri çox adama tanışdır. Bilməyənlər üçün deyirəm ki, məsələn, nekrofil” ölüsevənlərə deyilir. Təfərrüata varmaq istəmirəm.

Maraqlıdır, qəbirsevənlərə, qəbrə sürtünənlərə, şeyi öz adı ilə desək, qəbrə kərkinənlərə nə deyilə bilər?

Rüfət Muradlını tanıyanlar çox olar. Qundaqdan çıxandan siyasətçi adı ilə yal güdür, harda aşıdır, orda başdır. Sütül vaxtında Cəbhədə olub, Cəbhə yıxılan kimi çıxıb aradan.

Vacib bir dəqiqləşdirmə: beş-on gün bundan qabaq Rüfət Muradlı haqqında Vikipediyada məqalə oxumuşdum. Əminəm ki, məni qara basmayıb, məqalə  indi də gözümün qabağındadır və orda bu lotunun cəbhəçiliyindən də məlumat var idi. İndi, yanvarın 5-də, o məqalə yoxdur, nə qədər quqlladımsa,  məqalə çıxmır. Özü götürdüb? Bəlkə türmədə orqanlarla sövdələşəndə bunun cəbhəçi keçmişi də müzakirə olunub?

Yeri gəlmişkən, türmədə niyə Rüfət Muradlının bığı qırxılıb?

FB-da, Ümid partiyasının səhifəsində, Rüfət Muuradlının 50 yaşına təbrik var. Yüz faiz əminəm ki, bu təbrikin mətnini Rüfət Muradlı özü yazıb. Görün özünü necə bəzəyir:

“Şərəfli, mənalı həyat yolu keçən…”

“Vətən, millət fədaisi…”

“Bütöv Azərbaycan sevdalısı…”

“Azərbaycanın ərazi bütölüyü  və s və i.a. mübarizə aparıb”.

Necə aparıb mübarizəni? Buğa kimidir, əsgər getməyib. Nə yolla müharibədən yayınıb?

Rüfət Muradlının İran həyatı çox maraqlıdır. On ildən çox Tehtranda yaşayıb, dövlət televiziyasında işləyib.

İndi özünüz deyin, İranın xüsusi orqanları ilə əməkdaşlıq etmədən xaricii ölkə vətəndaşı dövlət televziyasında işləyə bilərdimi?

Rüfət özü haqqında yazır ki, guya İranda təqiblərə məruz qalıb.

Bunu avam, sadəlövh adamlar üçün yazır? İranda nə təqib? İran təqib eləmir, şübhələndiyi adamın xirtdəyindən yapışıb avtomobil kranından asır. Muradlının isə nə başından, nə bığından bir tük əskik olub, İrana buğa kimi getmşdi, buğa kimi qayıdıb. Və şübhəsiz ki, İranda on ildən çox yaşamış, dövlət televiziyasında işləmiş adam Azərbaycana rahat qayıdıb tutulmursa, deməli, xüsusi orqanlrın agenti, əməkdaşıdır. İrana müalicəyə gedəni gələndən sonra şərləyib tuturlar, bu gedib on ya on ki il dövlət televiziyasında işləyir, gözün üstdə qaşın var deyən olmur.

Özü haqqında daha sonra yazır:

“..üzv olduğu Ümid partiyasında… dünyaya səpələnən 50 milyona yaxın soydaşımızla bağlı aktiv fəaliyyətə başlayıb”.

Bir şey başa düşdünüz? 50 miolyonu bu lotu hardan götürüb? Özü sayıb?

“2020-ci ilin avqust ayından Milli Hərəkatçılar Birliyinin üzvüdür”

“Milli hərəkatçılar birliyi” nə olan şeydir?  

“Rüfət Muradlı 2015-2019-cu illərdə Borçalı Cəmiyyətinin İH-nin üzvü olub”.

Salyanlı hara, Borçalı hara? Lotu Zəlimxan Məmmdəli ilə havayı kabab yeməyin eşqinə?

Rüfət Muradlı özünətərifidə sözə qənaət eləməyib, oxuyub qurtarmaq olmur.

Ancaq maraqlı yerlər var:

“Cümhuriyyət irsinin davamçılarındandır”.

Bunu yazan adamın savadı yoxdur, yəni Rüfət Muradlı kəmsavaddır, çünki Salyanın 4 nömrəli məktəbində oxuyub. Yəqin Aşıq Pənahın qızından dərs alıb.

İrsi davam etdirirlər? İrsi qoruyarlar, irsi dağıdarlar, basıb-yeyərlər…

Ümid partiyasında yal azalan kimi Rüfət Muradlı girib Qubad İbadodğlunun qoltuğunn altına. İqbal Ağazadə özü çox yekəpər adamdır, Yəqin Koroğlu kimi bir oturumda bir quzunun ətini bir qazan plovla yeyir. Ona görə Rüfət Muradlı xəstəhal, pəhrizli adam axtarıb. İbadoğlu da belə adamdır…

Rüfət Muradlı bir neçə dəfə deputatlığa namizəd olub. Və seçki kampaniyasında əsas işi qəbiristanlıqlara gedib qəbirlərə kərkinmək olub. Əsgərlikdən yayınmış, gizlənmiş bu buğa özünü 18-19 yaşlı sütül şəhidlərin qəbrinə sürtüb selfi çəkdirir, ürəyi dağlı anaların boynunu qucaqlayıb Xudayar bəy kimi özünü ağlayan kimi göstərmək istəyir…

Tutasan bunun yaxasından, deyəsən ki, əgər sənin ürəyin general Həşimova belə yanırdısa, niyə əsgərlikdən qaçırdın! Qırışmal, çək gündəyməzini generalın məzar daşından!

Rüfət Muradlı 2

Hər dəfə Rüfət Muradlıdan bir xəbər eşidəndə Salyanın əfsanəvi qoçusu Səmid yadıma düşür. Deyirəm kaş mən də qoçu Səmid kimi kəllə ata biləydim. Günlərin br günü bu Rüfət qabağıma çıxanda ona elə kəllə vuurardım ki, bir də ayılmazdı, ayılsaydı da nəinki şəhid qəbirlərinə, hətta öz xanımına da ömrü boyu yaxın getməzdi.

Şəhid ataları və anaları: uşaqlarınızın qəbirləri üstünə lövhə asın ki, Rüfət Muradlı kimi lotuların, Fazil Mustafa kimi vəkillərin, quldur, talançı məmurların  və s. zir-zibilin məzara yaxın gəlməyi qadağandır!

Yaxşı olar ki, məftilləyib cərəyan buraxasınız. Bu şərəfsizlərin abrı-həyası yoxdur.

Mirzə ƏLİL

05. 01. 2024, Samara

RÜFƏT MURADLI, SALYANIN «VAĞZAL UŞAĞI»

RÜFƏT MURADLI ÜÇÜN ŞƏHİD FACİƏSİ DƏ TOYDUR…

Rüfət_Muradlı 2.jpeg

Rüfət Muradlını İnternetdə tanıyan gündən o bu adam və onun ətrafındakılar mənə Məşədi İbadı bala-bala yeyən lotuları xatırladırlar. Rüfət və onun başındakılar Borçalı, Kərkük, Urmiya, qaçqın, şəhid adıyla hansı “qazların” hesabınasa gündə bir məclis qurdurub qarınlarını otarırlar. Ancaq Rüfət Muradlı mənə həmçinin bir salyanlı yerlimizi xatırladır, salyanlıların öz adı ilə yox, “Beş” çağıırdıqları bu adama Füfət sifətdən də çox oxşayır. Bir neçə il bundan qabaq Salyanda eşitdim ki, Beş ölüb… Allah rəhmət eləsin. Onunla bağlı məqalə çoxdan yazılıb və “Azadlıq” qəzetində çap olunub….

                                                  BEŞ!

Yəqin ki, elə dünyanın hər yerində ad almaq şərəfdir, bircə Salyan şəhərindən başqa. Salyanda ad aldın, evin yıxıldı. Salyanlı hələ həyatda ağı-qaradan seçməyi əməlli-başlı öyrənməmiş bir də görür yerliləri yöndəmsiz bir adı bıçaq kimi soxdular onun bioqrafiyasına. Evi yıxılan başına-gözünə vurur ki, günahım nədir, neyləmişəm axı. Salyanlılar bir qapaz da əlavə edib deyirlər ki, kəs səsini, qırışmal, yaxşı fikirləşsən, bilərsən neyləmisən…

Salyanlıların bir-birinə verdiyi çox  adları, düzü, heç kağıza da yazmaq olmaz… Ancaq uşaq-böyük yanında dilə gətirilə bilənləri də var. Məsələn, Beş. Gül kimi addır. Ad sahibi özü də gül kimi adamdı. Mən mərhumu, yaxından da olmasa, tanıyırdım. Əlbəttə, onun da hamı kimi pasportu vardı və pasportdaki adı Beş deyildi. Salyanlılar bu qaraqaş-qaragöz kişiyə ona görə Beş, daha doğrusu, Beş adı vermişdilər ki, ümumiyyətlə lal-dinməz bu adam bütün suallara bircə sözlə cavab verirdi: ”Beş!” “Neçə yaşın var?” “Beş!” “Neçə manat maaş alırsan?” “Beş?” “Neçə uşağın var?” “Beş!” Mərhum Beş yay-qış qaloş geyərdi. Şəhərin harasında yas yeri olsaydı, hökmən naharını ora salırdı.  Yasin oxunduqca qara gözlərini qıyır və başını dərin razılıqla bulaya-bulaya “Sağ ol! Sağ ol!” deyirdi, elə bil ki, mollaya yox, meyxanaçıya qulaq asır.

Allah salyanlılardan razı olsun, xətrinə dəymirdilər…

Beşin ailəsi, uşaqları vardı. Mən ciddi güman edirəm ki, mərhumun başqa yerlərdə də, o cümlədən Bakida yaxın qohumları və hətta uşaqları da ola bilər. Məndə bu güman son illər Baki prokurorlarını diqqətlə müşahidə edəndən sonra yaranıb. Düzdür, mən indiyəcən bir nəfər də canlı Baki prokuroru(canlı olmayanını da) görməmişəm. Ancaq atalar deyib ki, prokurorun üzünü görmə, ittihamını eşit.

Bir neçə il əvvəl Qarabağ müharibəsinin veteranları erməni zabitlərinin Bakıya mümkün gəlişiylə bağlı dinc etiraz nümayişıninə çıxanda, prokuror onlar üçün beş il iş istədi və aldı da. Yəni işi prokuror almadı, müharibə veteranları aldılar. Elə o vaxt şübhələndim: Niyə məhz beş il? Bəlkə o prokurorun əsli salyanlıdır və elə Beşin qohumudur?

İndi prokuror Qənimət Zahid üçün beş il istəyəndə mənim şübhələrim lap artdı. Əlbəttə, Baki prokurorları həmişə beş il istəmirlər, bəzən doqquz il, on il istəyirlər. Ancaq məsələ burasındadır ki, salyanlı Beş də hərdən çaşırdı, doqquz deyirdi, on deyirdi. Hansımız çaşmır ki?

Mən bilmirəm ki, Baki prokurorları qaloş geyirlər ya yox. Naharlarını yas yerlərinə salıb-salmadıqlarını da bilmirəm. Ancaq salyanlı Beşlə eyni psixotip olduqları aşkardır.

Burda ciddi bir məsələ var: müəlliflik hüququ. Əgər onlar salyanlı Beşlə qohum deyillərsə, ona ad kimi, həyat devizi və rəmzi kimi məxsus sözdən icazəsiz istifadə etmələri qanunsuzdur. Əslində onlar hər dəfə “beş” sözünü işlədəndə salyanlı Beşin ailəsinə öz maaşlarından( Baski prokurorlarının başqa gəlirləri olmaz) pul ayırmalıdırlar. Və tək onlar yox. Putin dövründə çoxlu siyasi hökmlər çıxarmış Rusiya prokurorları da. Günahları yalnız keçmiş səhiyyə nazirinin və prezidendin özünün ictimai qəbul otağına icazəsiz girmək olan onlarla tələbə gənc beş il sərt rejimli cəza alıb türmələrdə çürüyürlər. Bu cəzanı onlara kəsən prokurorlar da ya “beş”i nə möcüzəyləsə bizim salyanlıdan eşidiblər, ya “beş” rəqəminin dustaq tərbiyəsi üçün lap “həkim yazan” olduğunu Baki prokurorlarından öyrəniblər. Hər necvə olsa, Rusiya prokurorlarının salyanlı Beşin ailəsinə, Azərbaycan və  Rusiya ədliyyə sisteminin ən vacib dirəyinə çevrilmiş bu adı ona verən camaata borcu çoxdur.  Borcdan çıxmağı Beşə heykəl qoymaqla başlamaq olar. Bilirəm ki, küçələrimizdə, bağlarımızda, meydanlarımızda yalnız bir adamın heykəli qoyula bilər. Mən şəxsən Beşə heykəli Ədliyyə nazirliyinin qabağında görürəm.

Müxalif fikirli adamların yatdığı türmələrin qabağında isə heykəlin surətlərini qoymaq olar…

                                        24.02.08 Samara

 

  

 

RÜFƏT MURADLI, SALYANIN «VAĞZAL UŞAĞI»

Rüfət_Muradlı.jpeg

Feysbukda Azərbaycanın az-çox tanınmış siyasətçilərindən yalnız bir nəfərlə “dost”luqda olmuşam. Bu dostluq da on beş dəqiqə əvvəl bitdi.

İki ya üç il bundan qabaq Rüfət Muradlı adlı bir nfər mənə dostluq göndərdi. Deməəliyəm ki, mən heç kimə “dostluq” təklif etmirəm, mənə isə az adam “dostluq” göndərir, hamısını qəbul edirəm, hərçənd bir çoxu müəyyən vaxtdan sonra silinirlər. Rüfət Muradlının Ümid partiyasından olduğunu bildim, ancaq məni hardan tanıdığını başa düşmədim. Azərbaycana gedəndə soruşdum, dedilər Rüfət mərhum Telmanın birinci arvadlının qardaşıdır.

Telman mənim Süleyman qardaşımın dostuydu. Birinci ailəsi dağılmışdı. Bu barədə yazmaq istəmirəm…

Cəlil Məmmədquluzadə yazırdı ki, çox burnu əyri gözəllər görüb, ancaq Xudayar bəyin burni ayrı cür əyri idi…

Mən də çox gözəgirən, abırsız, sırtıq insanlar görmüşım, ancaq Rüfət kimisini yox. Bu adam siyasi karyerası üçün, bir vaxt apardığı deputat kampaniyası üçün cənazələri soyumamış şəhidlərdən istifadə edir, onların qəbirləri üstündə fotosessiyalar keçirirdi. Doğrudan da “böyük” təyininə layiq olan, saflıqları, təmizlikləri zaman sınağından çıxmış azərbaycanlıların yubileyləri günlərində bu adam hökmən onların qəbirləri üstündə şəkil çəkdirir, çox hissəsi bığdan ibarət olan utanmaz sifətini adın da, yubileyin də fövqünə qaldırır. Bu adamın osmanlını səriştəsizliklə yamsılayan dilində bir kəlmə səmimi söz yoxdur və bu da onun əqidəsizliyini göstərir. Özünü qondarma “Borçalı”, “Kərkük”, «Urmiya» kimi avantürist, arxasında heç nə dayanmayan proyektlərlə sanballı göstərməyə çalışan, əlvan qalstuklarından başqa tanınılası bir şeyləri olmayan insanları daim başına yığıb iclas keçirən bu Rüfət Muradlı Azərbaycan siyasi həyatında ən vecsiz, ancaq bütün vecsizliyinə baxmayaraq özünü havayı yemləməyə bacarığı çatan bir şəxsdir.

(Ağdamın ya Füzulinin özünə də olmasa, heç yaxınlığına gedib ermənilərə “kiş” deməyə qeyrətləri çatmayan bu şələbığ, qarınlarınnın yekəliyindən pencəkləri düymələnməyən kişilər İraq türkmanlarını, “güneyli soydaşlarımızı” guya müdafiə edir, bu bəhanə ilə hansı “qazların” hesabınasa qurulan məclisərdə yeyib-içirlər).

O məndə onu İnternetdə tanıdığım dəqiqədən ikraf doğurub, ancaq mərhum Telmanın xatirəsinə hörmət kimi ona dəyməmişəm.

Salayn avtovağzalı ötən əsrin 70-ci illərinin əvvəllərində tikilib. O vaxt vağzalda və və vağzal ətrafında “uşaqlar” olurdu – “xoruz” satanlar, marşrutlara ucadan adam çağıranlar… Bu uşaqların tərbiyəsiz olduğunu demək istəmirəm. Ancaq onlar vağzal həyatı üçün zəruri olan üzlülükləri ilə fərqlənirdilər. Və “vağzal uşağı” ifadəsi Salyanda o vaxtlar bəzən ya zarafat, ya da söyüş kimi işlənirdi.

Bax, mənə elə gəlir ki, Rüfət Muradlıya ən çox uyğun gələn tərif “Salyanın vağzal uşağı” dır…

İndi bu adam mənə “tərbiyəsiz” deyir…

Mən bu adamı mərhum Telmana görə “dostluğ»a qəbul eləmişdim. Əslində gərək mərhim Telmana görə onin dostluğunu rədd edəydim.

Səhv eləmişəm…

04.10.17

ƏN LƏYAQƏTLİ NAMİZƏD

(Rüfət Muradlıya)

Adı siyahıya salınan kimi,

Çalışdı soydaşım qəhrəman kimi.

 

Qohumu, qonşunu görüşə yığdı,

Bir az guruldadı, bir az da yağdı.

 

Kasıb toylarına tamada getdi,

Köhnə şalvarını yamadı getdi.

 

Gəzdi ocaqları, nəzir apardı,

Aşura günündə başını yardı.

 

Getdi şəhidlərin qəbri üstünə,

Ağladı, islatdı qəbiristanı.

 

Qucaqlayıb öpdü neçə heykəli,

İtlə, pişiklə də çəkildi şəkli.

 

Ayaqsız əlili dalına aldı,

Dilənçi cibinə qəpik də saldı.

 

Dişsiz qarılarla qol-boyun oldu,

Öpüşdən dodağı, dili yoruldu.

 

Söz verdi deputat keçərsə əgər,

Quru çay üstündə körpü tikdirər.

 

Səs verin! Kim əgər səs verər ona.

Səsini verəcək Azərbaycana!

25.10. 2015 Samara