Архив тегов | Yelenanın qaçırılması

ARDA GÜLƏR

Türkmü doğrudan da bu gözəl oğlan,

Homer təsvir edən yunanmı bəlkə?
Oyunu gözəldir, özü oyundan,
Vurulub milyonlar indi bu türkə.

 +

Parislər, londonlar arzular onu,
Madridə qıyğacı salırllar nəzər.
Uğrunda bu gözəl cavanın yeni,

Troya savaşı başlaya bilər.

 +

Nə qədər baxsam da, yorulmaz gözüm —
Driblinqi gözəl, fəndləri əla.

Elə ötürür ki, topu, mən özüm,
Vurardım bu yaşda, topal ayaqla.

 +

Milyonlar sevgiylə adını səslər,

Bu sevgi bir anda itər də hərçənd:

Bir gün Ərdoğanla qop-boyun əgər,

Şəklini paylaşsan şəbəkələrdə…

 

19. 01. 2026, Samara