Архив тегов | Yusif

ÇÖRƏK ZƏHƏRLİ, HAVA TÜND, KƏSİF…

                                           Osip MANDELŞTAM

Отравлен хлеб, воздух выпит

Çörək zəhərli, hava tünd, kəsif

Asan işdirmi sağaltmaq yaranı!

Bəlkə heç Misrə satılmış Yusif,

Belə qüssəylə üzməmişdi canı.

 

Gecə ulduzlu, yol gedir bədəvi,

Dərin xəyala at belində dalır.

Qanlı çağlar ki ötübdür əbədi,

Bədəvi qoşduğu dastanda qalar.

 

Çox elə fəhm istəmir biləsən,

Oxluğu kim itirdi qumlarda.

Kim at dəyişdi,  — indi hadisələr,

Çıxır artıq üzə dumanlardan.

 

Və əgər nəğməni oxutsa həvəs

Və, nəhayət, nəfəs haqdansa.

Dağıdar hər şeyi – bunlar itməz:

Bir müğənni və bir ulduzlu səma.

1913

 

tərc.: 21.10.1987

Yusif Süleymanlıya

Uzaqdan göyə  çalan,

Bu ağ sulara ha bax –

Çətin deyərsən çayın,

Yönü, axarı hara.

 

Gedir gəmi, ya qayıq,

Motor, ya əl gücüylə.

Bu gen-bol düzən çayı,

Yatağında dincələr.

 

Baxarsan, təsadüfən,

Gözlərinə sataşar.

Gah dayanan, gah gedən,

Bir budaq, ya talaşa.

 

Hey baxarsan sevincək,

Axarı tapdığına.

Talaşa üzər, çəkər,

Diqqətini, vaxtını.

 

Vaxt gedir, dayandığın,

Sahil özü də axar.

Harda olsaq, qıraqdan,

Sənə, mənə baxan var.

25-30 aprel 2008, Samara