Əkrəm Əylislinin son iki videomüsahibəsinə (“Azadlıq” və “Amerikanın səsi”) baxıb təəccüb edirsən: bu kişi özünü təlxəkliyə qoyub ya doğrudan da ağlını itirib: “Mən ermənilərə mesaj göndərirəm”. (!) Ermənilər Ağdamın, Zəngilanın adını dəyişiblər, Zəngilanda təzə kilsə tikiblər, küçələrdə erməni uşaqları marş keçirirlər – bu onlara mesaj göndərir! Mesajı qalib tərəf göndərər, ərazisinin dörddən birini itirən tərəf mesaj göndərirsə, biabırçı məğlubiyyətiylə barışdığını etiraf edir…
Əkrəm Əylisli “Hacı Murad” povestini xatırladır və bununla özünü Lev Tolstoyla bir sıraya qoyur – yəni Əylisli təvazödən ölməz…Lev Tolstoy böyük imperiyanın yazıçısıydı və imperatordan artıq nüfuzu vardı, ona görə soyqırıma məruz qalan az saylı dağlı xalqlara “mesaj” göndərə billərdi. Müharibəni rüsvayçı şəkildə uduzmuş, misilsiz itkilər vermiş xalqın yazıçısından qaliblərə göndərilən mesaj işğalçı əsgərin çəkməsindən öpmək kimidir…