“Yeni müsavat” qəzeti xəbər verir ki, Gülər Əhmədova tutuqlanıb. Tutulmayıb, tutuqlanıb. Bunun bir neçə səbəbi ola bilər:
- Qəzetçi Rza bəy indiyəcən sağdır və “Yeni müsavat” qəzetinin redaktoru odur.
- Gülər Əhmədovanı Azərbaycan prokurorluğu yox, Türkiyə prokurorluğu tutub – yəni tutuqlayıb.
Mən indi uzaq, qarlı Rusiyada oturub “tutulub” əvəzinə “tutuqlanıb” yazan soydaşımı gözümün qabağına gətirmək istəyirəm… Qadınmı? Kişimi?
Yox, elə yox, belə: Erkəkmi? Dişimi?…