Я окошко не завесила…
Pərdə yox indi pəncərəmdə mənim,
Elə birbaş otağa boylan sən.
Heç bilirsən niyə könlüm sevinir? –
Məni qoyub gedə bilmirsən.
Mənə “qanunpozan” de, incimirəm,
Acığından ələ salıb oynat.
Axı məndim sənin canındakı qəm,
Məndim haram qatan sənin yuxuna.
1916
tərc.: 02-04-1989, Ərəbqardaşbəyli