Misir Mərdanovun təhsil naziri vəzifəsini tutmağının on beş illiyi münasibətiylə Azərbaycanda ümumxalq şənlikləri keçirilib. Qubada, İsmayılllıda, Qəbələdə atəşfəşanlıq olub. Salyanda yeddi nəfər bıçaqlanıb, Nardanda on iki müsəlman başını yarıb.
“Əgər Misir Mərdanov ölərsə, bu, Azərbaycanda hansı nəticələr verə bilər”? – bu sualla və cavabın üç variantıyla AzTv öz tamaşaçılarına müraciət edib.Variantlar:
- Misir Mərdanov ölməzdir!
- Misir Mərdanov ölsə, Təhsil nazirliyi bağlanmalıdır.
- Misir Mərdanov ölsə, Azərbaycanda təhsil ləğv olunmalıdır.
İlkin nəticələrə görə, tamaşaçıların 99 faizi birinci cavavı seçib.